Məhəbbətin nə qədər dərindir?

 
Məhəbbətin nə qədər dərindir?

SUALLAR

1- Sevdiyiniz şəxsin evinə tərəf gedirsiniz, qarşınızda iki yol var. Onlardan biri qısa, amma olduqca yorucu, digəri isə uzun, amma olduqca maraqlı və mənzərəlidir. Sevgilinizə qovuşmaq uçun onlardan hansı birini seçərdiniz?

2- Yolda biri ağ, digəri qırmızı rəngdə olan iki qızılgül kolu görürsünüz. Güllərdən iyirmi ədəd dərib sevgilinizə aparmaq istəyirsiniz. Onlardan neçəsinin ag, neçəsinin qırmızı olmasını istərdiniz? (Sizin gül dəstəniz həm eyni rəngdə, həm də ikirəngli güllərdən ibarət ola bilər).

3- Nəhayət sevgilinizin evinə çatırsınız. Sevgilinizin ailə üzvlərindən biri qapını açır. Siz onu həm çağırtdıra bilərsiniz, həm də özünüz çağıra bilərsiniz. Necə hərəkət edərsiniz?

4- Evə daxil olub sevgilinizin otağına girirsiniz, amma orada kimsə yoxdur. Gülləri otağa qoymaq qərarına gəlirsiniz. Gülləri pəncərənin kənarına qoymağa üstünlük verərdiniz, yoxsa sevgilinizin çarpayısına?

5- Hava qaralır. Siz və sevgiliniz ayrı-ayrı otaqlarda yatırsınız. Səhər yuxuda oyandıqdan sevgilinizin otağına gedirsiniz. Sizcə, o hələ yatmış olar, yoxsa oyaq?

6- Evə qayıtmaq vaxtıdır. İndi necə qısa və yorucu yolu seçərdiniz, yoxsa uzun və maraqlı yolu?

CAVABLAR.

1- Yol eşqdən xəbər verir. Əgər qısa, asan və yorucu yolu seçirsinizsə, çox tez aşiq olacaqsınız. Yox əgər uzun yolu seçsəniz, çox tez aşiq olmayacaqsınız və bunun üçün çox vaxt sərf etməli olacaqsınız.

2- Qırmızı güllərin sayı sevgiyə nə qədər çox önəm verməyinizdən, ağ güllərin sayı isə əksinə, yaratdığınız əlaqədə sevgilinizdən nə qədər məhəbbət gözlədiyinizdən xəbər verir. Məsələn, əgər 18 ədəd qırmızı və yalnız 2 ədəd ağ qızılgül seçsəniz, bu o deməkdir ki, siz sevgilinizi 90% sevir, 10% isə ondan məhəbbət gözləyirsininz.

3– Üçüncü sual sizin yaratdığınız əlaqədə meydana çıxan çətinliklərə necə münasibət göstərməyinizdən xəbər verir. Əgər sevgilinizi onun ailə üzvlərinin biri tərəfindən çağırmasını xahiş edirsinizsə, bu sizin qarşılaşacağınız çətinliklərdən qorxduğunuzdan, eyni zamanda çətinliklərin öz-özünə həll olacağına ümid bəslədiyinizdən xəbər verir.
Lakin özünüzün onun otağına geməyiniz çətinliklərə sinə gələ bilməyinizdən və onları mümkün qədər tez həll etmək istəməyinizdən xəbər verir.

4– Gülləri evin hansı yerinə qoymağınız sevgilinizi görməyə nə qədər can atdığınızdan və bunun arzusunda olmağınızdan xəbər verir. Əgər onları çarpayının üzərinə qoyursunuzsa, bu sizin onu çox görmək istəməyinizdən xəbər verir. Pəncərənin kənarına qoymanız isə o deməkdir ki, əgər onu uzun müddət görməsəniz belə, ciddi çətinlik meydana gəlməz.

5– Beşinci sual sevgilinizin hansı xarakter və xüsusiyyətdə olduğuna sizin münasibətinizdən xəbər verir. Əgər siz onu otağında yatdığı yerdə görsəniz, bu sizin onu olduğu kimi sevməyinizdən xəbər verəcək. Yox əgər oyaq vəziyyətdə görsəniz, bu o deməkdir ki, siz onu öz istədiyiniz kimi görmək istəyirsiniz.

6– Evə qayıtmaq istərkən qarşınızda olan yol məhəbbətinizin davamlı olmasından xəbər verir. Əgər qısa yolu seçirsinizsə, bu eşqinizin qısamüddətli olacağından xəbər verir. Yox, əgər uzun və mənzərəli yolu seçirsinizsə, bu o deməkdir ki, sevginiz uzunmüddətli və davamlı olacaq.


Geri dön

Inciciceyi

  • 13 iyun 2011 11:41
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twwwwwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Bu Menem

  • 11 iyun 2011 13:56
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

YazYamuru

  • 11 iyun 2011 00:05
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeeee neyseee.. feel ..

--------------------



::..ONSLAUGHT::..

  • 10 iyun 2011 23:22
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk sual ve cavablara gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

kukla_2019

  • 10 iyun 2011 22:45
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
MƏHƏBBƏT nədirki onunda dərinliyi necə olsun.
İndi məhəbbət hər yerdədir.Zibil vedrəsini açsan belə məhəbbətlər adamın üstünə mikrob kimi atdanır.

R.M_FaNaTka

  • 10 iyun 2011 21:56
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
yoxlamadim twk

--------------------

MiLeyla

  • 10 iyun 2011 20:48
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
BUNLAR HAMISI ROMANTIKLERIN ISIDI.MENLIK DEYIL.MEN GEDIM DERSLERIMI OXUYUM. fellow

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}