Azərbaycanlı məşhurlar bu yay harada istirahət edəcəklər?

 
Azərbaycanlı məşhurlar bu yay harada istirahət edəcəklər?

Xalq artisti Nazpəri Dostəliyeva: "Təbii ki, il boyu gərgin iş prosesindən sonra gərək yaxşıca istirahət edəsən. Amma neyləmək olar ki, yay aylarında da, necə deyərlər, “işimiz başımızdan aşır”. Hələ qarşıdakı 2 ay ərzində görüləsi o qədər işim var ki. Məhz bu üzdən vaxt tapan kimi əzizlərimizlə sadəcə, bağ evimizə yollana bilirəm. Bu il heç bir yerə gedə bilməyəcəm".

Xalq artisti Faiq Ağayev: "Hələlik, bu haqda dəqiq məlumat verə bilmərəm. Çünki mən adətən, istirahətə 1 həftə qalmış məkan barədə fikirləşirəm. Çox vaxt uzaq ölkələrə səyahət etməyi xoşlayıram. Neçə ildir arzusundayam ki, Dominikan Respublikasına gedim. Hər zaman olduğu kimi sakit istirahəti sevirəm. Çox vaxt tək istirahət etməyi xoşlayıram. İstirahətdə təxminən 7 gün və ya 14 gün qala bilirəm".

Xalq artisti Yaşar Nuri: "Yay ərzində heç yerə getmək fikrində deyiləm. İstirahətimi Bakıda keçirəcəyəm.
Bir də ki, mən müalicə üçün yenidən Türkiyəyə getmək fikrindəyəm".

Müğənni Sevda Yahyayeva: "Əslində çox istərdim ki, digər ölkəyə gedib yaxşıca istirahət edim. Amma işlərim çoxdur. Ola bilsin, avqust ayında 10 günlük istirahətə getdim. Dünyanın istəlin yeri ola bilər. Dəqiq bir məkan seçməmişəm. Onu bilirəm ki, bu istirahət ancaq avqust ayında baş tuta bilər".

Müğənni Nura Suri: "Bu yay da hər il olduğu kimi, ailəlikcə Türkiyəyə səfər etmək istəyirdik. Amma planlarım dəyişdi. Çünki evimi yenidən təmir etdirirəm. Çox istəyirdim bütün ailəmi başıma toplayıb, 1 həftəlik Türkiyəyə gedəm. Amma evimə görə alınmadı. Elə bu səbəbdən də istirahətimizi bağ evimizdə edəcəyik. Yenə də ailəmlə, əzizlərimlə birgə olacağam".

Müğənni Xuraman Şuşalı: "Əgər həkimlər icazə versə, planlarımız çox böyükdü. Ancaq uşağımız hələ körpədir. Həkimər məsləhət bilsə, getmək istədiyim bir neçə yer var - Türkiyə, Dubay. Oraları həm gəzmək istəyirəm, həm də alış-veriş etmək fikrim var. Ailəmlə birgə getməyi planlaşdırıram. Bildiyiniz kimi, mənim yoldaşım rejissordur. Digər ölkələrə getsəm, orada mənə klip çəkəcək. İstəyirəm fərqlilik olsun. Amma bununla yanaşı, mamamı Yessentukiyə aparmaq istəyirəm. Müalicə almasına ehiyacı var. Bir sözlə, planlarım çox böyükdür".

Müğənni Elnur Məmmədov: "Ailə həyatı qurandan sonra əgər vaxtımız olsa, o zaman Avropa ölkələrinə bal ayına gedəcəyik. Amma düşünmürəm ki, vaxtım olsun. Təsəvvür edin ki, toyun səhəri günü məni dövlət tədbirinə çağırıblar".

Birgə istirahət edən məşhurlar

Müğənnilər Rəhim Rəhimli və Röya Ayxan

Rəhim Rəhimli: "Hər zaman olduğu kimi, mən bu yay da sevdiyim Türkiyədə istirahət edəcəm. Amma bu il bir az fərqli olacaq. Çünki bu yay mənim və həmkarım Röyanın ailəsi ilə birgə Türkiyənin Quş Adasına istirahətə gedəcəyik. Bir həftə istirahət etməyi düşünürük".

Prodüser Tarix Əliyev (Tolik) və stilist Anar Ağakişiyev

Tolik: "Bu il stilist Anarla qeyri-adi istirahət etməyi düşünürük. Belə ki, gəmi ilə 14 günlük kruizə çıxmağı planlaşdırırıq. Bu kruizə viza almamaq üçün ya İstanbuldan ya da İtaliyadan gedilir. Bu səfəri ilk dəfə olaraq, iyul ayında həyata keçirməyi planlaşdırırıq. Həmin kruiz gəzintisində çox zaman 1000-1500 nəfər insan olur. Çox istəyirik ki, alınsın. Amma "Titanik" gəmisi kimi batmasaq, yaxşı olar".

Aysel Teymurzadə Londonda nə axtarır?

Azərbaycanlı müğənni işlə bahəm, alış-verişlə də məşğuldur. azərbaycanlı müğənni, "Eurovision-2009" mahnı müsabiqəsində Araşla duet oxuyaraq, III yer tutmuş Aysel Teymurzadə Londondadır.

O, Londonun dəbədəli Soho səmtindəki məşhur "Dean St.Sduio" musiqi studiyasında "Bu gecə" (Tonight) sinqlini yazdırır.

İş arasındakı fasilədə isə Aysel London butiklərinə baş çəkib, alış-veriş etməyi də unutmur.

Müğənni Zamiq Barselonada nə gəzir?

Azərbaycanın bir sıra şou-biznes təmsilçilərinin yay tətilini xaricdə keçirməsi ənənə halını alıb. populyar müğənnilərdən olan Zamiq də istisna deyil. O, yay tətilini Barselonada keçirməyə hazırlaşır.

Futbol fanatı olan Zamiq, indidən Barselonada keçiriləcək futbol matçlarından birinə bilet də alıb.

İfaçı Barselona səfərinin ona neçəyə başa gələcəyini açıqlamayıb.

Faiq Ağayev kimi “Eurovision 2012” müsabiqəsinin aparıcısı görür?

“Bu dəfəki “Eurovision” müsabiqəsində görmək istədiyim qadın aparıcıları - Nərgiz Cəlilova, Kamilə Babayeva, bir də Ayseldir. Çünki Aysel iştirak edib, təcrübəsi var, Avropa tamaşaçısı onu tanıyır. Və müəyyən bir gözəl xarizması da var. Hüsniyyəni də qeyd edərdim. Onun da ingilis dili mükəmməldir”.

Bakıda keçiriləcək 57-ci “Eurovision 2012” müsabiqəsində görmək istədiyi qadın aparıcılarının adlarını xalq artisti Faiq Ağayev Day.Az Radiosunun "Bizim qonaq" verilişində açıqlayıb.

Bundan əlavə, F.Ağayev görmək istədiyi kişi aparıcılarının da adını gizlətməyib:

“İlham Qasımov, Nəsib Nur, Tural Əsədov və Emin Musəvini “Eurovision”un aparıcısı kimi görürəm. Amma mənə elə gəlir ki, Emin Musəvi gərək bir az arıqlasın,” - xalq artisti, Emin Musəvinin Nəsib Nur kimi arıqlamalı olduğunu deyib.

F.Ağayev özünü də bu beynəlxalq müsabiqədə aparıcı kimi görür. Müğənni qeyd edib ki, əgər etibar və etimad göstərilsə, canla-başla üzərinə düşən missiyanı həyata keçirər:

“Aparıcı kimi daha çox özümü realizə etmiş görürəm. Təbii ki, orada aparıcı kimi dünya ulduzları iştirak edir. Dünya ulduzları da Azərbaycana gələcəklər. Tərifləmək olmasın, öz potensialıma inanıram və özümə daha çox güvənirəm. Belə bir böyük etibar və etimad mənə göstərilsə, canla-başla həyata keçirərəm”.

Faiq Ağayev filmə çəkilib

Azərbaycanın xalq artisti Faiq Ağayev ATV-nin «10-lar» verilişinə açıqlamasında qarşıdan gələn solo konserti haqda danışıb. «Ənənəyə uyğun olaraq, bu il də ad günümdə konsert verəcəyəm. Çünki ad günümü pərəstişkarlarımla birlikdə keçirmək istəyirəm. 2008-ci ildə rekorda imza atmışdım - bir neçə gün ard-arda verdiyim konsertin hamısı anşlaqla keçmişdi. Doğrudur, «Bu şəhərdə» və «Bakılı oğlanlar»dan olan yumoristlərimiz istisnadır. Amma onlar qrup halında, mən isə tək çıxış edirəm».

«Bu dəfəki konsertim əvvəlkilərdən ifa olunacaq mahnılarla, dekor və rəqslərlə fərqlənəcək. Hər mahnı üçün video hazırlanıb. Bundan başqa, konsertdə həyatımla bağlı sənədli film də nümayiş etdiriləcək», - deyə F.Ağayev bildirib.


Geri dön

Inciciceyi

  • 13 iyun 2011 11:30
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twkler maraqli xeberdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

heyasiz204

  • 11 iyun 2011 12:31
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

ELIZA29

  • 11 iyun 2011 12:28
  • Məqalə: 0
  • Şərh: 208
  • Bal:
{awards}
BUNLAR YAY TETILINE GETSELER BES RESTORANLAR NECE IWLEYECEK????????

NELLY19

  • 11 iyun 2011 12:26
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk............

sexy_girl Susana43

  • 11 iyun 2011 11:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
onlarin yeri ...... twk

Stephanie

  • 11 iyun 2011 11:08
  • Məqalə: 0
  • Şərh: 343
  • Bal:
{awards}
hamisina yaxshi istirahetler
wink

hazal kaya

  • 11 iyun 2011 00:33
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler amma bunlardan mene ne?

Sweet life

  • 10 iyun 2011 23:19
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
yaxwi istirahetler...

--------------------

::..ONSLAUGHT::..

  • 10 iyun 2011 23:06
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk!

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

MiLeyla

  • 10 iyun 2011 22:53
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
BEZILERINI CIXMAQ SERTILE MARAQLIDI.THANK YOU wink

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

R.M_FaNaTka

  • 10 iyun 2011 21:43
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
bilsem nolacaqki yanlarina gedecem?? wink

--------------------

YazYamuru

  • 10 iyun 2011 21:37
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Heeeeeeee $ou biznesden bolluca melumat topladiq sagol deyerli melumatlar ücün wink
maraqli idi ....

--------------------



RaminYek

  • 10 iyun 2011 21:35
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
twk!

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 108

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}