Əhd almaq və tövhid kəlməsini dedizdirmək

 
Əhd almaq və tövhid kəlməsini dedizdirmək

Yuxarıda verilmiş hədislər Adəm nəslinin onun kürəyindən zərrə şəklində çıxarılıb iki dəstəyə bölünməsini bildirir. Onlar sağ və sol əməl sahibləridir. Uca Allah bu iki dəstəyə xitab edərək demişdir: "Heç nəyə (etdiyiniz bəzi günahlara) baxmayaraq siz Cənnətliksiniz. Sol tərəfdəkilərə isə dedi: Heç nəyə (etdiyiniz bəzi yaxşı işlərə) baxmayaraq siz Cəhənnəmliksiniz".
(Səhihdir. Əhməd: 4/186; İbn Səəd: 1/10; İbn Hibban: 338; Hakim: 1/31. Əbdürrəhman ibn Qatadədən səhih sənədlə rəvayət olunmuşdur.)

Amma Uca Allahın bu insanlara şahid gətirməsi, onlardan Allahın təkliyini təsdiqləmələrini tələb etməsi səhih hədislərdə təsdiq edilməmişdir. Əraf surəsindəki ayəni də bu mənaya yozmaq müəmmalıdır. Təfsir kitabımızda bu ayə ətrafında danışmışıq. Orada bu məsələyə aid hədis və rəvayətləri sənəd və mətni ilə birlikdə qeyd etmişik. Kim araşdırma aparmaq istəyərsə ora müraciət edə bilər. Daha doğrusunu Allah bilir.
(Burada bəzi qeydlər vardır. Şeyximiz əl-Albani İbn Kəsir və şeyxi İbn əl-Qeyyimin bu sözlərini araşdırmış və onların bu məsələdə səhv düşündüklərini qeyd etmişdir. "əs-Silsilətu-s-Səhihə" (4/160/1623). Deyilən mənbəyə bax. Bu elmin dəyərli hissəsidir.)


İbn Abbas (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Allah Numan adlı yerdə (yəni, Ərəfada) Adəmin belindən əhd aldı. Onun belindən hər nəsili ayrı-ayrı çıxarıb arpa dənəsi kimi önünə səpdi və dedi: "Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onların özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. Qiyamət günü: “Biz bundan qafil idik”, yaxud: “Atalarımız daha əvvəl şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər bizi batilə uyanların törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür". (əl-Əraf: 172–173)

(Səhihdir. Əhməd: 1/272; Nəsai "əl-Kubra" 4/440/№ 5602; ("Tuhfətul Əşraf" tərtibi ilə); Təbəri "Cəmiul Bəyan" 6/110/№ 15349; Hakim: 2/544; İbn Əbu Asim "əs-Sünnə" 202. Rəvayətlər Muhəmməd ibn Hüseyn əl- Mərvəzidən rəvayət olunur.
Müəllifin dediyi kimi hədisin sənədi səhihdir. Şeyximiz əl-Albani "əs-Silsilətus səhihə" kitabında (№ 1623) bunu təsdiqləmişdir.)


Bu rəvayət movquf və mərfu sənədlə rəvayət olunur. Mövquf sənəd daha səhihdir.
(Şeyximiz əl-Albani "Səhihə" kitabında (№ 1623) müəllifin bu sözünə irad tutmuş və movquf rəvayətin mərfu hökmündə olduğunu qeyd etmişdir. Elə isə hər iki sənəd arasında heç bir ixtilaf yoxdur.)

Allahın Adəmin nəslindən əhd almasını deyən cumhur məsələni bu rəvayətlə əsaslandırmışlar. Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Qiyamət günü Cəhənnəm əhlindən olan insana deyiləcəkdir: Əgər əlində dünyadakı şeylərdən biri səndə olsaydı onu verib canını qurtarardınmı?" O isə belə deyəcək: "Bəli." Allah təalə isə ona deyəcək: "Mən səndən bundan daha asan bir şey istədim. Sən Adəmin belində olarkən Mənə heç bir şeyi şərik qoşmayacağın barədə səndən əhd aldım. Amma sən isə Mənə şərik qoşmaqda israr etdin."


Geri dön

Inciciceyi

  • 13 iyun 2011 10:46
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twwwwwwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 11 iyun 2011 18:44
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
allah razi olsun twk

--------------------

::..ONSLAUGHT::..

  • 11 iyun 2011 13:16
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TWK winked

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

RaminYek

  • 11 iyun 2011 13:12
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
TWK

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 505
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 1
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}