Eldar və Nigar Türkiyə televiziyasında

 
Eldar və Nigar Türkiyə televiziyasında

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyənin “Kanal D” telekanalında “Bəyaz şou” proqramının qonağı olub. Türkiyə televiziya məkanının ən nüfuzlu tok-şoularından olan və Bəyazid Öztürkün apardığı proqramda iştirak edən tamaşaçılar Eldar və Nigarı Azərbaycan bayraqları ilə qarşılayıblar. Demək olar ki, iştirakçıların əksəriyyətinin əlində Azərbaycan bayraqları olub. Bundan başqa, zalda böyük Azərbaycan bayrağı da görünüb.

Amma nə qədər qəribə olsa da, Bəyazid Öztürk proqrama Eldar və Nigar üçün tərcüməçi də dəvət edib. “Eurovision-2011”-in qaliblərinə tərcüməçiliyi Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva edib. Aparıcının özü Eldar və Nigarla anlaşmaqda çətinlik çəkmədiklərini desə də, verilişə onunla eyni dildə danışan qonaqlar üçün niyə tərcüməçi dəvət etdiyinə izah verməyib. Tərcüməçi xidmətindən istifadə əslində proqramın gedişində iştirakçıların bir-birini başa düşməsində çətinlik yaradıb. Vəziyyət o yerə çatıb ki, proqramda iştirak edən Türkiyənin tanınmış jurnalisti və teleaparıcısı Halit Kıvanc “Tərcüməçi azərbaycancadan azərbaycancaya tərcümə etdiyi üçün mübahisə yaranır” deyə müdaxilə edib.
Eldar Qasımov isə Bəyazid Öztürkə Azərbaycan türkcəsini öyrənməyi təklif edib. Aparıcı Azərbaycana gəlməyi çox istədiyini bildirib: “Mən hamıya deyirəm ki, Azərbaycan musiqisi dünyanın ən gözəl musiqilərindən biridir. Əlinizdə albom yoxdursa, internetə girin və Azərbaycan musiqisinə baxın. Məsələn, “Küçələrə su səpmişəm”. Məni valeh etdi. Məncə, Azərbaycan musiqisi “Eurovision”la birlikdə layiq olduğu yeri tapdı. Çünki özünü tanıtmaqda çox gecikib. Azərbaycan musiqisi çox müdhişdir”.

Verilişdə iştirak edən Alişan isə Azərbaycan tamaşaçıları barədə danışıb. Onun sözlərinə görə, türkiyəli müğənnilər Azərbaycana konsert verməyə gələndə ehtiyatlanırlar. Alişan bildirib ki, Azərbaycanda tamaşaçılar musiqini seçməyi bacarırlar və pis musiqini heç vaxt alqışlamırlar. O, yeni albomunda Azərbaycan mahnısına da yer verdiyini deyib. Amma mahnının adını açıqlamayıb.
Eldar və Nigar proqramda “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəldikləri “Running Scared” mahnısını ifa ediblər.







Geri dön

qarant

  • 18 iyun 2011 16:13
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
mende baxdim verlish gozel idi amma eldarin orda oturushu hech de bizim mentalitete uyqyn olmayan oturush idi bele hseylere diqqet etsek dahada yaxshi olardi hem de yaninda ondan yashca boyuk olan insanlarin ve xanimlarin yaninda ele otumasi chox pisss o bir sayqizisliqdi ( ayaqini ele qoyub oturmasi ) her kese teshekkurler

tweety6666

  • 15 iyun 2011 20:45
  • Məqalə: 0
  • Şərh: 159
  • Bal:
{awards}
he men de baxdim.dogurdan Eldar yaxsi cavablar verirdi. fellow molades

shehla.kerimli

  • 14 iyun 2011 10:44
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
MEN TVDEN BAXDIM YAXSIKI ELDARLA NIGAR BIZIM QATIQ MUGENNILER KIMI TURKIYEYE GEDEN KIMI DILLERINI DEYISDIRIB TURK DILINDE DANISMADILAR HALALDIIIIIIIIII.................

Inciciceyi

  • 13 iyun 2011 10:35
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 11 iyun 2011 16:15
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
men tv den izledim halaldi super twk

--------------------

naz

  • 11 iyun 2011 15:54
  • Məqalə: 0
  • Şərh: 559
  • Bal:
{awards}
dunen men de baxdim...Eldarin hereketleri ,sozleri lezzet eledi,esas de deyende ki,evrovisionu biz udmushuq ve siz bizim dilde danishmagi oyrenmelisiniz...ELDAR SUPER...HALALDI

--------------------
SEVGI ETIR KIMIDIR,HAMIDA VAR AMMA HAMIDA ORIGINAL DEYIL...!

aysel16

  • 11 iyun 2011 15:31
  • Məqalə: 96
  • Şərh: 409
  • Bal:
{awards}
halal olsun eldara azerbaycanca danisirdi.nigar ise hec ne basa dusmur ve danisa bilmirdi halbuki eri turk idi.amma bizimkiler ile az danisdi bayaz en cox o birsi qonaqlarla sohbet etdi.

--------------------

Sweet life

  • 11 iyun 2011 14:57
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
bravo!!! love

--------------------

jalicka

  • 11 iyun 2011 14:54
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
aferin olara xebere gore tesekkurlerrrrrrrrrrrrrr

hazal kaya

  • 11 iyun 2011 14:30
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler

nmnm

  • 11 iyun 2011 14:25
  • Məqalə: 35
  • Şərh: 169
  • Bal:
{awards}
tesekkurler baxdım

NELLY19

  • 11 iyun 2011 14:20
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk.............

CandyGirl

  • 11 iyun 2011 14:11
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
baxdim maraqliydi

--------------------

RaminYek

  • 11 iyun 2011 13:54
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
twk dunen baxdi 1-ci yeri o biri qonaqlardanda az fikir verirdiler mence

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}