Maraqla oxuyacağınız romanlar

 
Maraqla oxuyacağınız romanlar

Xulio Kortasar-Bağlı qapı

“Servantes” oteli başqalarının bəyənməyəcəyi yarıqaranlığı, sakitliyi, boşluğu ilə xoşuna gəlmişdi. Təsadüfi yol yoldaşı gəmidə ona bu oteli təriflədi və dedi ki, o, şəhərin mərkəzində yerləşir. Və budur, artıq Montovideoda, Petrone özünə düz ikinci mərtəbənin holluna çıxan vannalı otaq götürdü.

Elə açarlar asılmış taxta lövhəyə baxarkən o başa düşdü ki, otel demək olar ki, boşdur. Qonaqlar onu cibinə qoymasın deyə hər bir açara böyük mis nömrə bərkidilmişdi. Lift hollda, jurnal köşkünün və telefon siyahısının yanında, onun qapısından bir neçə addımlıqda dayanırdı. İsti, az qala qaynar su gəlirdi və bu, az da olsa, boğanaqlığı və yarızülməti adama unutdururdu. Hərdən göyərçinin gəzişdiyi kiçik pəncərə qonşuluqdakı kinoteatrın damına açılırdı. Hamam otağında hava nisbətən təmiz, pəncərə daha böyük idi, lakin orada da baxışlar divara dirənirdi, otağın damı üzərindəki kiçicik göy parçası isə gərəksiz görünürdü. Mebel xoşuna gəldi – çoxlu yeşiklər, siyirmələr və xüsusən nadir olan çoxsaylı asılqan.
Mehmanxana müdiri - hündür, arıq, keçəl – qızıl sağanaqlı eynək taxırdı və bütün uruqvaylılar kimi, bərkdən və cingiltili səslə danışırdı. O dedi ki, ikinci mərtəbədə çox sakitlikdir, yalnız bir, qonşu nömrə tutulub və otağın sakini olan qadın işdən gec qayıdır. Ertəsi gün Petrone həmin qadınla liftdə üz-üzə gəldi; o, qadını irishik kə kimi əlində tutduğu nömrə açarından tanıdı. Portye hər ikisindən açarı alıb taxta lövhədən asdı, qadınla isə məktublar barədə danışdı. Petrone görə bildi ki, o, hələ cavandır, bütün yerli qadınlar kimi, çirkin və pis geyimdədir.

O, təxmini hesabladı ki, mozaika təchizatçıları ilə müqavilə bağlanılması təxminən bir həftə çəkəcək.

Axşamüstü o, əşyalarını yerləşdirdi, kağızları sahmana saldı, hamamda yuyundu və gəzintiyə çıxdı, sonra isə idarəyə yollandı. Danışıqlar gecəyədək uzandı, arada vaxt tapıb kafedə içki içdilər və şəxsi evdə şam yeməyi yedilər. Otelə onu saat ikidə gətirib çıxardılar. O yorulmuşdu və yatağa girən kimi yuxuladı. Saat doqquzda o, yataqdan qalxdı və hələ yarıyuxulu halda düşündü ki, gecənin yarısında uşaq səsindən oyanmışdı.

Oteldən çıxarkən o, portye ilə (o, alman ləhcəsi ilə danışırdı) bir-iki kəlmə söhbətləşdi, ondan avtobus marşrutları və küçə adlarını öyrənərək, dağınıq baxışlarla nömrəsinə aparan holla göz gəzdirirdi. Onun qapısı ilə qonşu qapı arasında pyedestala Miloslu Veneranın zövqsüz nüsxəsi qoyulmuşdu. Heykəldən sonra, böyürdə, hər yerdə olduğu kimi, kürsü və jurnal stolu qoyulmuş kiçik qonaq otağına giriş görünürdü.

Söhbət ara verdikdə sakitlik kül dumanı kimi mebel və mərmər döşəməyə çökürdü. Lift dözülməz halda guruldayır, eynilə bu cür qəzet xışıldayır, kibrit çöpü çıqqıldayırdı.

Müşavirə axşama yaxın bitdi. Petrone 18 iyul küçəsi ilə gəzişdi, sonra isə Müstəqillik meydanındakı kafedə şam yeməyi yedi. Hər şey yaxşı gedirdi və ola bilsin ki, Argentinaya qayıdış vaxtı güman etdiyindən də yaxındı. O, Argentina qəzeti, bir qutu nazik qara siqar aldı və otelə getdi. Otelin düz yanındakı kinoteatrda iki, artıq baxdığı film nümayiş olunurdu; amma o, ümumiyyətlə heç yerə getməyə həvəsli deyildi.

Mehmanxana müdiri onunla salamlaşdı və ona daha bir mələfə dəstinin lazım olub-olmadığını soruşdu. Onlar bir qədər söhbətləşdilər, siqar çəkdilər və sağollaşdılar.

Yatmazdan əvvəl Petrone özü ilə götürdüyü sənədləri səliqəyə saldı və tənbəlliklə qəzetə göz gəzdirdi. Mehmanxanada dözülməz sakitlik vardı; Soriano küçəsindən keçən tək-tük tramvaylar bir anlığa sükutu dağıdırdı, lakin bundan sonra yenə ölü sükut çökürdü. Petrone sakitcə və həm də tələsmədən qəzeti zibil səbətinə atdı və dağınıq halda güzgüyə baxaraq əynini soyundu
.

Pərvin Abbasov-Qadın bir anda necə fahişə oldu?


“Neftçilər” metrosunun çıxışında - işdən evə getdiyim yolun üstündəki avtobus dayanacağında həmişə beş-altı fahişə durur. Daha doğrusu, dayanacaqda yox, körpünün altında. Körpünün altı elə dayanacağa bitişikdir. Metrodan çıxıb dayanacağa gedənlər mütləq müştəri gözləyən bu qadınların yanından keçməlidir. Artıq istifadə müddəti çoxdan bitdiyi açıq-aşkar hiss olunan bu “qədim peşə” sahiblərinin azı 35 yaşı olar. Aralarında daha yaşlıları da var.
Hər gün cavan oğlanların, orta yaşlı kişilərin, lap elə ağsaqqal “dayday”ların onlarla söhğətə girişməsini seyr edə-edə marşrut gözləyirik. Kişilərin arasında fahişələrə həm “ciddi”, həm də qeyri-ciddi niyyətlə yaxınlaşan var. Yəni ki, ciddi-ciddi qiymət danışıb saunaya, ya da harasa başqa yerə gedirlər. Ancaq cibində pulu olmayanlar elə-belə, sadəcə məzələnirlər.

O gün də beləydi.

Yaxınlığımda durmuş iki qızın söhbətindən məlum oldu ki, fahişələrlə söhbətə girişən oğlanlardana biri bunların tanışıdır. Hətta tanışdan da irəlidir. Sən demə, oğlan indi dayanacaqda avtobus gözləyən bu iki qızdan birinə ürəyini açıbmış. İndi də onu görməyən oğlan fahişələrdən biriylə danışırdı. Bura adamların çox olduğu qarışıq bir yer olduğundan, oğlanın sevdiyi qızı görməməsi normal idi.

- Aldadıb telefon nömrəmi aldı... Hər gecə səhərəcən sevgi SMS-ləri yazır... Mən yatıram, ancaq o yenə yazır. Durub səhər dərsə gedəndə oxuyuram SMS-lərini... İndi gör kimin dalınca sülənir... Hazırlaşırdım ki, ona “hə” deyim. Yaxşı ki, deməmişəm. “Vsyo”, qurtardım onunla, nə vaxt qabağıma çıxsa üzünə tüpürəcəm!

Aha, deməli bu uzunsaç qısayubkalı qız tələbədi. Düzdür o, ərini yataqda başqa qadınla tutmuş bir qadın kimi də olmasa, hər halda çox əsəbiləşmişdi. Oğlanın hətta üzünü də yaşlamaq istəyirdi – tüpürcəklə.

O biri qız daha ayıq görünürdü. Rəfiqəsinə deyirdi:

- Aaz, sən sonra onun boynuna heç nə qoyammayacaqsan eee. Yaxşısı budu, elə iş başında tut, sözünü de, biabır elə onu...

Əvvəl qız “nə??” deyib razılaşmadısa da, sonra ağlına batdı. Əllərini belinə qoyub düz oğlan tərəfə getdi.

Hiss olunurdu ki, indicə aləm qarışacaq.

Düz oğlanın iki metrliyində durub, rəfiqəsinə göz vurdu, yəni gör indi bunun başına nə oyun açacam.

Oğlan bədbəxt yaman pis yerdə tutulmuşdu. Yazığın arxası pis tərəfə durduğundan sevgilisini görmürmüş.

Qız hələ də əlini belinə qoyub durmuşdu. Sanki daha da qəzəblənmək istəyir, ya da nə deyəcəyini düşünürdü. Bəlkə də stress atırdı (bəzən adamda belə olur, hədsiz əsəbiləşdiyin məxluqata baxıb stress atırsan).

Ancaq qızın “oyun açmağa” imkanı olmadı. Çünki artıq onu yaşı 15-dən 75-cən səkkiz-doqquz kişi əhatəyə almışdı. Onlardan qızın fahişə olmadığını bilən təkəc mən idim. Hə, demədim axı, mən də orda, qızı əhatəyə alanların arasındaydım. Ancaq məqsədim qızın sevgilisinə nə deyəcəyini, nələr baş verəcəyini öyrənmək idi. Qalan kişilər çoxdandı körpünün altında bu yaşda fahişə görmədiklərindən yazıq qızı dairəyə salmışdılar. Fahişə zənn etdikləri qıza söz atan, onu körpünün ortasına – daha qaranlıq yerə dartıb aparmaq istəyən kim…

Qız kiminsə adını çəkib qışqırmağa başladı. Aydındı. Fahişəylə danışan uğursuz sevgilisini çağırırdı. Oğlan adamları yarıb qıza çatmaq istədisə də, alınmadı. Daha doğrusu alındı, ancaq başqa şey - maraqlı bir mənzərə: oğlan qıza tərəf, qız da oğlana tərəf can atırdı. Oğlanın söhbətləşdiyi fahişə qadın bu uzunsaç qızayubkalı qızın həmkarı olduğunu, onun müştərisini əlindən almaq istədiyini düşünüb, qızın üstünə atılırdı. Başqa kişilər onları ayırmaq əvəzinə, “qaqaş “panyatkan” olsun, çıx get” kimi sözlər deyərək, oğlanı qızdan aralandırmağa çalışırdılar. Yəni, get başqasını tap, bu fahişənin səndən qabaq müştərisi var. Oğlan onlara “fahişə”nin sevdiyi qız olduğunu başa sala bilmirdi. Qız da, oğlan da dəliyə dönmüşdü. Ağız deyəni qulaq eşitmirdi.


Ken Kizidən-Sən kral deyilsən!

Dayan, dayan... Bu kişinin adı necəydi? Yaddaşımı büsbütün ələk-vələk elədim ki, bəlkə o, hafizəmin hansısa küncündə düşüb qalıb. Sonra fikirləşdim ki, axı niyə belə səfeh şeyə vaxt sərf edirəm? Elə bil hansısa sərxoşu yerindən qaldırmaq istəyirdim, o isə heç cür qalxmaq bilmirdi... Yox, Sadom ilə Qomorra deyil. Heç Romanın yıxılmağı da deyil. Ooo, dayan bir, tapdım! Biz burada İsa ilə vaxt barəsində mübahisə edirdik, bu xüsusda sitatlar gətirirdik: “Göyün üzü ilə uçaraq İblisin cərgəsinə qoşulur, yenə bir qədər uçur və bilmərrə çəkilib gedir”. Ho-ho-ha-ha... Əxbar, 20:70, yaxud buna oxşar bir şey. Deyəsən, bir şey xatırlayıram. Amma nə isə, davam edək (1. Apokalipsis. Parafraz. 20:7: “Min ilin sonunda İblis qaranlıqdakı məhbəsindən qurtulacaq və xalqları haqq yolundan döndərəcək...”)

Miladın 999 il, 11 ay və 30-cu günüdür dayanıb, Ermaniya ilə Farşlandiyanın uzun sürən cütlüyü yenə də hansısa mənfi- müsbət göstəricilərdə toqquşub. Toplar hardasa qıyma hazırlayır. Onun adı Otto idi. Şahzadə Otto qoca şah Böyük Ottonun yeganə oğluydu, dini ayinlərə hörmətlə yanaşan adam idi, altı rahib, yeddi keşiş ona ağıl öyrətməklə məşğul idilər. Özü də onlardan nəsə öyrənirdi. İdeal resept – mənəvi qidadır. Hələ uşaq vaxtından Otto artıq İncili əzbər bilirdi və yeddi keşiş ona Giyamət Günü barədə danışanda ləzzətdən bihuş olurdu. Səsi qalınlaşan zaman isə artıq bütün Bibliyanın kəlamları dişlərinin arasından ətrafa səpələnirdi. Rahiblər ürəklərini belə ondan əsirgəmirdilər. Üzündə ilk tüklər peyda olanda isə o, artıq vəhyqabağı titrətmələrdə olduğu kimi, bədəni uçunurdu və axirət mələklərini seyr edirdi.

Xəyal! Heyvanlar, cəng arabası, asiman... keşişlər düşünürdülər ki, onların yetirməsinin artıq dövlət işlərinin sükanı arxasında əyləşib dövlət gəmisini idarə edərək gələcək yüzilliklərə doğru hərəkət etmək vaxtı çatıb. Budur, onlar Böyük Ottoya məktub yollayırlar ki, gənc Otto açıq-aşkar varisliyi qəbul etməyə və sükan arxasına keçməyə, yəni Müqəddəs Övliya taxtına çıxmağa hazırdır. Ancaq qoca Otto bu işlərə bir az başqa cür baxırdı. O öz qvardiyasını yollamışdı ki, onun əleyhinə olan riyakarları zəncirləyib, tutub gətirsinlər. İşə bax, dövlət gəmisini idarə etmək istəyir! Atan sənə başa salar necə idarə etmək lazımdır. Məhkəmə gedənə qədər Böyük Otto özü bir qədər sükan arxasında oturmağı qərara aldı.

Keşiş ona bayrağı hara sancmağı öyrədirdi! Şah qəti hökm verməyə tələsmirdi, hələ öyüd-nəsihət verirdi ki, görsün, onu başa düşürlərmi? Və o, təzimlər döyən zaman, deyilənə görə, yeddi qisasçı mələk onun imperator bədənini didib-dağıtdılar. Bu yeddi tikəni isə imperatorluğun hər tərəfinə səpələdilər. Bu tikələrin heç biri bir daha öz bədənlərini görmədilər.

Beləcə, Böyük Ottonun oğlu Qanlı Otto adını qazanaraq taxt-taca sahib oldu – kafirlər, zinakarlar, cadugərlər və bu qəbil işlərlə məşğul olanlar onun qamçısı altından sağ çıxmırdılar. Qamçılama onun sarayında keçirilirdi və bir müddət sonra vilayətdə, ümumiyyətlə, cinayətkar, kafir və cadugər qalmadı. Tezliklə belə bir qənaətə gəldi ki, dünyəvi fikirlər onun axırına çıxacaq və birdən... elan etdilər ki, dünyanın sonu yetişir. Qiyamət Günü Yeni İlə təyin olunur.

O, əyanlarını imperator pivəxanasına çağırıb elan edir: “Qiyamət Günü yaxınlaşır. Biz gərək yüksək bir dağ zirvəsinə çıxıb Qiyamət Gününün gəlişini adımıza layiq şəkildə qeyd edək. Qoy elə bilinsin ki, bu Qiyamət Günü bizim tələbimizlə gəlir”. “Doğrudan da, - məiyyəti razılaşdı, - qorxunc məhkəmə”.

Və yeni min ilin ərəfəsində o, bütün generallarını, sağlam qocaları, qadınları, yeddi rahibi, altı rahibəni, öz arvadını, donuz balasını, Mastiv cinsli itini və şərabla dolu çəlləkləri at arabalarına yükləyib yaxınlıqdakı təpəyə yollandı. Qaranlığın başlanğıcıdır. Keşişlər ibadət etməlidir və onlar da təpəyə qalxırlar.

Donuzlardan birini kəsib sümükdən ayırırlar, sonra tikələrini doğrayıb şişə keçirirlər. Sümüklər ancaq günahkarları qamçılamağa yarıyar. İndi əylənmək olar. Atılıb-düşərək oynamağa başladılar. Qaranlıqda mələkləri seçmək olmurdu. Sonra səhər özünü yetirdi və qəribə də olsa, Qiyamətdən əsər- əlamət yox idi. Otto azca incidi. Arvadını tikanlı sözlərlə acıladı. Keşişlər yenə ibadət edirdilər. Hə, dünyanın sonu yetişmədiyindən onlar əvvəlki ayinləri əldən buraxdıqları üçün heyfsilənirdilər. O zaman Otto keşişlərdən birini bişirməyi qərara aldı. O biri keşişlər üçün bu, problem yaratdı. Allah tamahkar və acgözləri sevmir. Onlar gecəni yatmayıb təzədən tonqal qaladılar və öz günahlarıyla baş- başa qaldılar. Sənin canında kabus dolaşır və çığırırsan. Zar-zar ağlayırsan və başına kül tökürsən, çığırmaqdan boğazın qovuşur. Gözünün yaşından ocaq sönür. Ancaq səhər... səhər... torpaq əvvəlki vəziyyətinə qayıdır. Və Günəş şəfəq saçır. Otto yenə əsəbiləşir, yenə axirət görünmür.


Geri dön

Inciciceyi

  • 13 iyun 2011 09:44
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Twwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 11 iyun 2011 23:37
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
uzundu vaxt olanda oxuyaram twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Sweet life

  • 11 iyun 2011 19:48
  • Məqalə: 53
  • Şərh: 1254
  • Bal:
{awards}
roman okumak icin pek vaktim yok amma soz baska zaman okurum!!!

--------------------

light_in_the_dark

  • 11 iyun 2011 19:31
  • Məqalə: 4
  • Şərh: 126
  • Bal:
{awards}
Ikisini oxudum ama arxasi yoxdu deye maraqsizdi ama yenede eziyyete gore twk smile

--------------------
MEN HEYATIMDA YALNIZ BIR OGLANIN ARXASINCA QACARAM : O DA OGLUM YERIMEYI OYRENEN ZAMAN YIXILMASIN DEYE......

Jasmi

  • 11 iyun 2011 18:59
  • Məqalə: 0
  • Şərh: 694
  • Bal:
{awards}
oxudum maraqliydii bes niyee axira qeder deyill ele bil yarimcigiydii

--------------------

MiLeyla

  • 11 iyun 2011 17:42
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
fellow UZUNDU VAXT YOXDU.THANK YOU

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

R.M_FaNaTka

  • 11 iyun 2011 16:04
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
oxumadim baciw tesekkurler

--------------------

jalicka

  • 11 iyun 2011 15:33
  • Məqalə: 27
  • Şərh: 1960
  • Bal:
{awards}
tesekkurler xebere gore

RaminYek

  • 11 iyun 2011 15:21
  • Məqalə: 44
  • Şərh: 568
  • Bal:
{awards}
uzundu vaxt olanda oxuyaram twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}