Şeytanın oyalaması:Boş vaxt!

 
Şeytanın oyalaması:Boş vaxt!

"O zaman bosh qaldiqin vaxt dayanmadan(dua ve ibadetle) yorulmaqa davam et."(Sherh .7.)

Uca Allah Şeytanın insanlar üçün açıq-aşkar bir düşmən olduğunu və insanları azdırmaq üçün davamlı fəaliyyət halında olacağını Quranın bir çox ayəsində bildirir. Şeytanın, Quran əxlaqından uzaq yaşayan insanlar üzərindəki hiyləgər fəaliyyətlərindən biri də bu kəsləri "boş vaxt" keçirməyə təşviq etməsidir. Çünki boş vaxt keçirmək, insanı İslamın gətirdiyi gözəl əxlaqdan uzaqlaşdıracaq bir ruh halına salar və insani İslam əxlaqının yayılmasına xidmət etməkdən çəkindirər.

İnsan şeytanın bu telqininden xilas olmaq üçün vaxtını necə istifadə etməlidir?

Mö'minlər zamanlarını ən yaxşı şəkildə qiymətləndirmək üçün necə bir səy gostermelidirler?

Bəzi insanlar, yaradılış məqsədlərini düşünmədən, nəfslərinin arzularıyla oyalanıb boş və faydasız işlərlə məşğul olaraq həyatlarını davam etdirir və puça vaxt keçirirlər. "Gününü gün etmə" olaraq adlandırdıqları səhv məntiqlə, yalnız dünyadakı nemətlərin ən yaxşısına və ən çoxuna sahib olmağı hədəfləyerlər. Onlar üçün əhəmiyyətli olan, bu zamanı öz nəfslərinin istəkləri istiqamətində qiymətləndirməkdir.

Bu kimi şəxslər olduqca boş və faydasız işlərlə keçirdikləri uzun vaxtları, özlərinə "sıxlıq" və ya "məşğuliyyət" olaraq adlandira bilerler. Halbuki bu sıxlıq, bu kimi şəxslərin şuursuzluğunu qızışdıran boş bir vaxt itirmədən başqa bir şey deyildir. Inkar edənlərin boş oyalanmaları ayələrdə belə xəbər verilir:

"O inkar edənlər müsəlman olmağı neçə-neçə dəfələr dileyecekler. Onları burax;
yesinlər, yararlansınlar və onları (boş) əməl oyalasın.
Gələcəkdə biləcəklər. "(Hicr Surəsi, 2-3)

İnsan Şeytanın Telqininden Xilas olmaq üçün Dərin Düşünməyi öyrənməlidir

Boş vaxt keçirməyi gözəl görmək, Şeytanın insanlara verdiyi bir təlqindir. Din əxlaqına görə yaşamayan cəmiyyətlərdə insanlar üçün boş vaxt keçirmək, onların istifadə etdiyi ifadəylə "vaxt öldürmək" çox məşhurdur. Lakin mömin, Allahın ona lütf etdiyi vaxtını, hər anını Allaha yaxınlığını artıraraq, daha dərin düşünərək, Müsəlmanlara fayda verəcək fəaliyyətlər edərək, İslam əxlaqının yayılmasına xidmət edərək keçirməlidir.

Allaha səmimi olaraq inanan bir adam, Şeytanın dünya həyatında insanlara bəzəkli göstərdiyi boş oyalanmalardan özünü tamamilə uzaq tutmalıdır. İnsan ancaq bu şəkildə aydın bir zehinlə gərəkli olduqu kimi dərin düşünə bilər. Quranda möminlərin boş işlərdən üz çevirdikləri belə bildirilmişdir:

"Onlar, 'tamamilə boş' şeylərdən üz çevirenlerdir." (Muminun Surəsi, 3)

İnsan Vaxtını Allah Rızası Üçün istifadə etməlidir

Dünyadakı vaxt insanlar üçün çox qiymətlidir. Buna görə hər bir insan yaşadığı hər an Allahın razılığının ən çoxunu axtarmalıdır. Bir insan vaxtını boş və özünə fayda verməyəcək mövzularla keçirirsə və düşündüyü bir çox şey o adamın axirəti üçün faydalı deyilsə, bu adam böyük bir itki içində ola bilər. Bu səbəbdən möminlər hər an belə bir ehtimalın şüurunda olub, Şeytanın xoş və asan göstərməyə çalışdığı "boş və gərəksiz" düşüncələrdən tamamilə uzaqlaşmalidir.

Abbas (ra) dan rəvayət edildiyinə görə Peyğəmbər Əfəndimizin (s.ə.s.) bir hədisində bu məsələ ilə əlaqədar belə buyurmuşdur:

"Saqlamliq və boş vaxt, insanlardan bir çoxunun bunlardan
faydalanmaq barəsində aldandıqları iki böyük nemətdir." (Buxari, Rikak 1)

İnsan Dünya Həyatının Geçiciliğinin şüurunda olaraq Vaxtını istifadə etməlidir

İnsanların bir çoxu dünya həyatının bir gün gəlib də bitəcəyini və keçmişdə yaşamış insanlar kimi özlərinin də enində sonunda torpağa verileceklerini ağıllarına gətirməzlər. Yaşadıqları həyatın demək olar sonsuza qədər sürəcəyi kimi bir xəyala özlərini inandırırlar. Dünyadakı vaxtlarını necə istifade edecekleriniı çox ətraflı olaraq planlar, çox uzun müddətli proqramlarhazirlayarlar.

Ancaq bir çox insan hazırladığı planların l heç birini reallaşdırmadan, özünü ölümlə qarşı-qarşıya tapar. Göz açıb bağlayana qədər dünyadakı vaxtının bitdiyini görer və birdən Allahın hüzuruna hesab vermək üçün alınar. Artıq Allahın dünyada ona verdiyi müddəti necə keçirdiyini açıqlamaq məcburiyyətindədir. Əgər vaxtını Allahın razı olacağı ümid edilən xeyirli və faydalı bir şəkildə keçirmişse cənnəti ümid edə bilər, ancaq əgər Allahı, axirəti və din əxlaqını unudaraq yaşamışsa belə bir adam üçün sonsuz cəhənnəm əzabı hazırlanmışdır. Belə bir vəziyyətdə insan geriyə dönüb vaxtını ən xeyirli ən gözəl şəkildə qiymətləndirmək üçün sahib olduğu hər şeyi verə bilər. Ancaq Allah ayələrdə bu vəziyyətdən çevrilin olmayacağını və peşmanlığın bir fayda gətirməyəcəyini bildirmişdir. Bu səbəblə insanın hələ qarşısında imkan varkən və Allah canını almamışken axirətini düşünməsi və vaxtını ola biləcək ən xeyirli şəkildə istifade etmesi lazımdır.(Harun Yahya)


Geri dön

Inciciceyi

  • 13 iyun 2011 09:29
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Su Perisi

  • 12 iyun 2011 11:28
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
"O zaman bosh qaldiqin vaxt dayanmadan(dua ve ibadetle) yorulmaqa davam et."(Sherh .7.)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 42
Cəmi: 67

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 28
Cəmi: 164
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}