Behiştin şadlıq evinə kimlər daxil olacaq?

 
Behiştin şadlıq evinə kimlər daxil olacaq?

Şadlıq elə bir haldır ki, daxildə yaranır. Qəm və qüssənin əksidir. Adətən, elə bir rəftardır ki, ona şadlıq deyilir. Yəni, deyilir ki, insan şadlıq halındadır.

Şadlığın Qurandakı mənası

Şadlıq bəzən Quranda “fərəhə, fərəhu, təfrəhə, təfrəhu, yəfrəhu, fərəhuna, fərəhinə” sözləri ilə bəyan edilmişdir.

“Fərəh” sözünün mənası

Fərəh - qəm və qüssənin əksidir. Qəlb ləzzətindən və ruhun meyl etdiyi şeylərə çatmasından ibarətdir. Quranda bir neçə mənada işlədilmişdir.

1. Davakarlar haqqında Allah buyurmuşdur: “Allah (lovğalanıb) şadlıq edənləri dost tutmaz”. (“Qəsəs”, 76).

2. Razı olmaq haqqında isə buyurar: “O kəslərdən ki, dinlərini parçalayıb bölük-bölük oldular və hər bölük öz yanındakına (əlindəkinə) sevinir”. (“Rum”, 32).

3. Şadlıq və xoşhallıq haqda Allah buyurur: “Allahın öz fəzl-kərəmindən onlara verdiyi (nemətdən) sevinməkdədirlər. Və onların ardınca (gəlib) hələ onlara qatılmamış (şəhadətə nail olmamış) (qardaş)larının da heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (“Ali-İmran”, 170).

Fərəh hər yerdə şadlıq və xoşhallıq mənasında işlənmişdir. Ancaq “Qəsəs” surəsində “fərəheyn” kəlməsi o kəslərə aid edilmişdir ki, Allah məhəbbətindən uzaqlaşmışdılar. Burada “fərəh” kəlməsi o şeyə aid edilmişdir ki, həddini aşarsa, axirəti yaddan çıxarar. Bu cür fərəh Allah məhəbbətinə mane olduğu üçün qadağan edilmişdir. Bu cür insanlar onlara əta olunan nemətlərə görə Allaha şükür etməzlər. Nəfsi ləzzətlərə çatmaq istəyi o qədər çoxdur ki, saleh əməllərə diqqət etməzlər.

İmam Rza (ə) bu haqda buyurmuşdur: “Dünya ləzzətlərindən az bir hissəsini nəsibiniz qərar verin, qəlbinizin xahişlərini dini yolla əldə edin. Ehtiyatlı olun ki, bu işdə sizin mərdlik və şərafətinizə zərər dəyməsin. İsrafa düçar olmayasınız. Gəzməklər və ləzzət bəxş edən məşğuliyyətlər sizə həyatı idarə etməkdə yardım edər və onun köməyi ilə dünya işlərinizdə müvəffəq olarsınız”.

Dində gəzməyin və şadlığın əhəmiyyəti

Həyatın hər bir sahəsinə diqqət göstərən İslam dini insanın həqiqi ehtiyaclarına uyğun proqram təqdim etmişdir. Sevinməyi və şad olmağı insan həyatının müvəffəqiyyətinin lazımlı amili kimi tanıtmışdır.

İmam Əli (ə) buyurur: “Şadlıq - ruhun sevinməsinə və şadlığın yaranmasına səbəb olar”. Peyğəmbəri-Əkrəmdən (s) gələn hədisdə deyilir: “Behiştdə elə bir yer vardır ki, oraya şadlıq evi deyərlər. Oraya heç kim daxil ola bilməz, ancaq uşaqları sevindirənlərdən başqa”.

Günün proqramlaşdırılması haqda İmam Rza (ə) buyurur: “Çalışın ki, gününüz dörd hissəyə bölünsün. İbadət üçün saat, Allahla xəlvət etmək üçün saat, ruzi qazanmaq üçün saat, inanılmış və eyblərinizi qəbul edən, daxildən sizə sadiq olan insanlarla ünsuyyət üçün saat və gəzmək və ləzzətləriniz üçün saat. Gəzinti saatında vəzifələrinizi yerinə yetirmək üçün güc toplayın”.

Sevinc gətirən amillər

İslam şadlıq dinidir. Ancaq fəsada bulaşmış şadlığı qəbul etmir. Allah Təala buyurur: “Bütün şadlıq və sevinc amillərinin başında Allaha iman və İlahi təqva durur. Dinin sayəsində həqiqi şadlıq əldə edilər”.

Mənəvi şadlıq və sevinc əldə etməyin yollarından biri dinin tövsiyələrinə qulaq asmaqdır. Belə ki, din deyir ki, dünyaya bağlılığınızı azaldın, uzaq arzulardan əl çəkin, zahid və qane olun. Çünki insan hər nə qədər dünyanın zahirinə, mal-dövlətinə bağlı olarsa, daha çox qəmgin olar.

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Dünya zahirinə güclü əlaqə, qəm və qüssəni artırar”.

İnsanı həyatda şadlandıra bilən amillərdən biri də gəzməkdir. İnsan ruhunun gəzməyə ehtiyacı vardır. Sağlam gəzinti insana ən yaxşı ləzzət bəxş edər, onu sevindirər.

Allah Təala və Məsumların (ə) dediyi kimi həyatda günah olmazsa, həyat şirin olar və daha çox şadlıq cərəyan edər. Quran buyurur: “O kəslərin ki, təqvası vardır, həyatları şirin olar” “Güldürən və ağladan - həqiqətən, Odur”. (“Nəcm”, 43).

Allah Təala Quranda səfər etməyə və səyahət etməyə göstəriş vermişdir. Bu yolla insan keçmişdəkilərin taleyindən xəbərdar olsun və ibrət götürsün. Həm də təbiətin gözəlliyindən ləzzət alsın və sevinsin.

İdman və oyun da insana şadlıq bəxş edər. İdman elə bir şadlıq gətirən amildir ki, dinimizin müqəddəslərinin də ona inayətləri vardır. Peyğəmbər (s) buyurmuşdur: “Övladın atası üzərindəki haqqı odur ki, atası ona yazmağı, üzməyi, ox atmağı öyrətməlidir. Ancaq halal yolla ruzisini təmin etməlidir”. “Hər kim mömini şad edərsə, məni sevindirmişdir. Hər kim məni şad edərsə, həqiqətən, Allahı şad etmişdir”.


Geri dön

ASMIYA

  • 20 sentyabr 2011 00:02
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
TEK ISTEYIM ALLAHIMIN (C.C) RAZILIGINI QAZANIM. YOXSA REBBIMIN DERGAHINA HANSI UZLE CIXARAM, PEYGEMBERIMIN (S.A.V.S) NURLU, TEMIZ UZUNE NECE BAXARAM.

ALLAHIM HEPIMIZI PENAHINDA SAXLASIN. BIZI BIZE BURAXMASIN. YOXSA NEFSIMIZ BIZI ELE KECIRER. wassat

TESEKKUR EDIREM.

--------------------


Inciciceyi

  • 13 iyun 2011 09:07
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twwwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 12 iyun 2011 18:30
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

lider

  • 12 iyun 2011 15:21
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Sevinc ADU

  • 12 iyun 2011 15:06
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
Cox sag olun.

NELLY19

  • 12 iyun 2011 15:04
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk.......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}