Çevrilmə

 
Çevrilmə

Yorğunluqdan və əsəbdən Eldarın sifəti uzanmışdı. Uzun müddətdirki onunla otağın düz ortasında burun buruna, göz gözə oturan Təkliyi indi ona bir az da yaxınlaşmışdı. Gözləri kiçilib noxud boyda olmuşdu, qulaqları sallanıb çənəsinə çatmışdı. Ayaqaları isə hərəkətsizlikdən bir birinə birləşmişdi. Otağı çox soyuq idi.Qolları balacalaşdığından Təkliyinə sarıla bilmirdi. Barmaqları da cıqqılılaşmışdı. Otağı, öz ağuşuna almış qulaq batırıcı səssizlik Eldara əzab verməyə başlamışdı. O əzab çəkirdi. Gözlərindən axan bir damla yaş uzanmış sifətində xeyli yol qət etdi, çənəsinə çatanda dayandı. Bir neçə saniyə ərzində dondu, kiçik buz parçasına çevrildi. Qarşısında, əcaib formada çömbəlmiş vəziyyətdə oturan və mənasız nəzərlərlə ona baxan Təkliyi həmin, çənəsində donmuş göz yaşını ovcuna aldı. İsitdi. Sonra ərimiş göz yaşı ovcunda buxarlandı. Yox oldu. Təkliyi gözünü qırpmadan, yazığı gələrcəsinə Eldara baxırdı, həmçinin Eldar da ona…amma O məcburiyyətdən baxırdı…

Birdən pəncərə tərəfdən bir xoş səs eşidildi. Bu musiqi idi. Eldarın donmuş ürəyi indi musiqinin taktlarına uyğun döyünməyə başlamışdı. Elə indicə həmin pəncərədən Günəş boylandı, düz onun otağına baxırdı və gülümsəyirdi. Nə oldusa elə indicə oldu. Bir anda günəşin istisindən Təkliyi əriməyə başladı. Eldarın qəlbindəki ağrılar daha da artırdı. Amma bu onun xoşuna gəlirdi, ona həzz verirdi. Ürəyi kövrəlmişdi. Sanki bu son nəyinsə başlanğıcı idi. “Rekviyem gərçəkləşirdimi yoxsa?”. Bayqaki musiqi Eldarın çox xoşuna gəlmişdi, sərxoş olmuşdu sanki. O bəstəkar olmaq qərarına gəldi, bir anda barmaqları uzandı, hardansa qələm tapdı. Ona sarıldı. İlk bəstəsini indi otağında can verən Təkliyinə həsr etdi: musiqinin adını “Rekviyem” qoydu. Artıq Təkliyi indi tam ərimişdi. Döşəmədəki aralı taxtalardan aşağı damcılıyırdı
Eldarın sevincdən gözləri bərəlmışdi, qoz dənəsinə oxşayırdı. Sifəti yumrulaşmışdı, hərarətdən qızarmışdı. Birdən qapı tərəfdən astadan addım səsləri eşidilməyə başladı. Bütün bədənini bürümüş kədər və qorxu Onun qəlbinin incə tellərinə toxunaraq hüznlü bir musiqi, bir melodoya yaratdı. Qapı arxasındakı naməlum kəs barmaqları üstə yeriyirdi, sanki Eldarın qəlbindəki hüznlü melodiyanı duyub bu melodiyanın sədaları altında tanqo oynayırdı. Qapı bir balaca aralandı. Həmin naməlum kəsin qaynar nəfəsi otağa daxil oldu. Eldarın balaca qəlbi daha möhkəmdən atmağa başladı. Bayaqdan qəlbindəki hüznlü melodiya bir anda ağır, gərgin rok musiqisi ilə əvəz olundu.


Qapı tam aralandı. Eldarın iki həftədir küsdüyü və ayrıldığı sevgilisi Aynur incə addımlarla içəri daxil oldu və Ona tərəf irəliləməyə başladı. Eldarın əlləri ona tərəf uzandı. Bayaqdan otağı öz ağuşuna almış koredici qaranlıq getdikcə otağdan sivişdi, yoxa çıxdı. Aynur günəş kimi işıq saçırdı. O da əlini Eldara tərəf uzatdı. Eldarın ayaqları bir birindən aralandı və rəqsedirmişcəsinə ayağa durdu. Aynur gözləriylə ondan üzr istədi və onun qəlbini yenidən əllərinə aldı. Əl ələ, göz gözə addımlayaraq otağı tərk etdilər. Bu isə həmin qəddar, cani otağın sonuydu. O da əlaltısı Təklik kimi yeraltına gömüldü.

Aynur və Eldar birlikdə yeni musiqi bəstələdilər. Adını “Sevgi” qoydular və bu musiqinin sədaları altında bir ömür rəqs etdilər.


Geri dön

sevgi yalandir

  • 17 sentyabr 2011 20:10
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
xebere gore tesekkur

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

winxclub_bloom

  • 1 sentyabr 2011 02:18
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
bu musiqinin sədaları altında bir ömür rəqs etdilər.
INSALLAH HAMININ HEYATI BELE GOZEL OLAR......

--------------------

Inciciceyi

  • 13 iyun 2011 09:15
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Xebere gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 12 iyun 2011 18:38
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twk

--------------------

KRiPToS

  • 12 iyun 2011 13:29
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
Maraqlidir!!!
Tesekkurler!!!

--------------------

qonce

  • 12 iyun 2011 12:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Uydaaaa?ne maraqlidir,cox beyendim,super.Tesekkur eziyyet cekmisiniz.

Jasmi

  • 12 iyun 2011 12:42
  • Məqalə: 0
  • Şərh: 694
  • Bal:
{awards}
maraqli bir o qederde qeribee hekayedii tewekkurlerr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 52

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}