Maraqlı məlumatlar

 
Maraqlı məlumatlar

SÜNİ YARPAQLAR
Şimali Karolinanın Dövlət universitetinin mütəxəssisləri "süni yarpaq" yaradıblar. Heliumla dolu olan bu qurğu işığın təsiri altında elektrik enerjisi istehsal edə bilir. Bu ixtira, layihə müəlliflərinin fikrincə, mövcud silisium günəş panellərinə nəzərən daha sərfəli və ekoloji cəhətdən təmizdir.
Həmin elastik qurğular - içində işığa həssas molekulları olan su əsaslı geldən ibarətdir. Bu ixtira yaşıl ağaclarla rəqabət edə biləcəkmi? Məlum deyil. Meşələrin böyük sürətlə qırılmasının qarşısını almaq mümkün olmayan bir zamanda belə bir ixtira lap yerinə düşdü. Yəqin ki, gələcəkdə hər yerdə belə yarpaqları olan ağacları görə biləcəyik.

SİM kartlı zibil qablar
Hər millətin mədəniyyətinin bir hissəsi onun yaşadığı yeri necə təmiz saxlamağından ibarətdir. Elə şəhər var ki, orda zibil atmaq üçün zibil qabları belə yoxdur. Amma onlara əks olaraq elə şəhərlər mövcuddur ki, orada yerə atılmış bir əşya tapa bilməzsiniz.
Britaniyada bu problemi həll etmək üçün fərqli bir yol tapıblar. Onlar günəş batareyaları ilə işləyən zibil maşınları icad ediblər. Bu maşınlar günəş enerjisindən istifadə edirlər və içərisinə atılmış tullantıları sıxaraq zibil qabının tutumunu artırırlar. Big Belly Bins adlanan bu zibil konteynerlərinin tutum həcmi 800 litrdir və adi eyni həcmli qablardan 8 dəfə çox zibil yerləşdirə bilirlər.
Bundan başqa, yeni zibil maşınları SIM-karta malikdir, bunun sayəsində onlar, konteynerdə zibilin səviyyəsi 85%-a çatarkən, onlara xidmət edən personala xəbər (mesaj) göndərə bilirlər.
Daily Mail-in verdiyi xəbərə görə, belə modelin bir ədədinin qiyməti təxminən 3,5 min avro təşkil edəcək. Hal-hazırda bu cür konteynerlər sınaq çərçivəsində Kembricdə Green End Road parkında qurulmuşdurlar.

Qalstuk haqqında nə bilirsiniz?
Roma İmperatorluğu dövründə cəmiyyətdə olan təbəqələrin nümayəndələrini bir-birindən fərqləndirmək üçün boyuna bağlanan rəngli parçalar XVII əsrdə başqa istiqamətdə istifadə olunmağa başlandı. İngilis dövlət adamı və siyasətçisi Oliver Kromvell boynuna bağladığı sadə bir ağ parçası ilə əsilzadələrə olan etirazını bildirdi.
Rəngi, forması, hətta düyünləmə biçimi dəyişsə də, qalstuk bu gün də onu taxan insanın həm xasiyyətini, həm cəmiyyətdə tutduğu mövqeyini göstərən bir atributdur.
Həqiqətən də qalstuk, sahibinin daxili dünyasına səyahət etmək üçün əla fürsətdir. Qalstukun rəngləri, biçimi və naxışları sahibi haqqında ətraflı məlumat verir.
Qalstukun bu xüsusiyyəti çoxdan kəşf olunub. Roma İmperatorluğu dövründə yalnız əsilzadələrin boyunlarına bağladıqları gözəl ipək parçalarına baxdıqda bu xüsusiyyət daha aydın görünür. O zamanlar boyuna bağlanan parça nə qədər enli və bəzəkli olardısa, sahibinin bir o qədər zəngin olduğunu bildirirdi.
Patrisilər ilə Plebeylər dövründən qalan, fərqin boyunlara bağlanan parçadan bilinməsi adətini XVII əsr İngiltərəsində Oliver Kromvell aradan götürmək fikrinə düşdü və balanslaşdırılmış bir qərar verdi.
Boyuna parça bağlanacaq, ancaq zənginlik simvolu olmayacaq. O günə qədər boynu çılpaq olanlar da adi bir parça bağlaya biləcək. Beləliklə, həm əsilzadələrə etiraz etdi, həm də adi insanlara qalstuk bağlamağa icazə verdi. Əslində qalstukun bizim günlərimizə qədər gəlib çıxmasına səbəbkar oldu.


Geri dön

Inciciceyi

  • 13 iyun 2011 09:06
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twkler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

angeloka

  • 12 iyun 2011 23:12
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
ferqli felsefi dusunce feel ..................................................
......

R.M_FaNaTka

  • 12 iyun 2011 18:30
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər

--------------------

YazYamuru

  • 12 iyun 2011 15:57
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeeeeeee sagol eziyyet cekdin wink te$ekkürleeeeeerrrrr....

--------------------



play girl

  • 12 iyun 2011 15:35
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}
maraqli idi twk

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

Bu Menem

  • 12 iyun 2011 15:01
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
maraqlidir winked

Sevinc ADU

  • 12 iyun 2011 14:55
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
Maraqli xeberdir,tesekkurler......

lema

  • 12 iyun 2011 14:09
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Qalstukun tarixçesini bilirdim amma qalanları menim üçün yeni idi.twk maraqlı xebere göre.....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 31
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}