Sevgim

 
Sevgim

Allahım ən gözəl ana sevgisini bəxş etdi mənə. Məni körpəliyimdən tək buraxmadı. Gecələr beşiyim üzərindən laylay səsi kəsilmədi. Xəstə oldum yanımdan çəkilmədi sağalana qədər. Problemim oldu söylədim ona, qulaq asıb çarəsini etdi. Orta mktəbdə oxuduğumda müəllimlər hər mənim adımı çəkəndə mənimlə fəxr etdi. Universutetə sənəd verəndə mənimlə birgə həyəcan yaşadı. Qəbul olduğumda sevincim onun sevinci oldu. Çətinliyim oldu universitetdə hər vasitə ilə kömək etdi... Həyatımda bir sıra problemlər yaşadım, əlacını anama danışmaqda tapdım, əlbətdə ki, yenə kömək etdi. Anam mənimlə fəxr edir, amma mən ideal övlad ola bilmədim. Allahım ən gözəl dost sevgisini bəxş etdi mənə. 1 – ci sinifdə bir qızla tanış olduq. Kimin ağlına gələrdi ki, bu qədər yaxın olacağıq. Hər günümüz birgə keçdi. Ancaq gecələr yatarkən bir – birimizdən ayrıldıq. Hər zaman bir – birimizin məsləhətlərinə ehtiyac duyduq. Oxşar cəhətlərimiz olduqca çox idi. Həyatımızda baş verən hadisələr çox oxşar idi. Bircə fərq zaman fərqi idi. Ya onda öncə baş verərdi ya məndə. Dostluğumuza paxıllıq edənlər də az olmadı. Yalanlarla aramızda olan münasibəti yıxmağa çalışdılar. Öz yaşıdlarımızdan da oldu, yaşlı nəsildən də. Amma yenə də axırda özlərinin səhv olduğunu anlayıb da bir söz deyə bilmədilər...Illər keçdi... İlləri saxlamaq ki, mümkün deyil. Aramızdakı məsafə uzandı. O artıq öz ailəsi ilə çox gözəl həyatı yaşayır. Uzaqlaşmağımız kimlərinsə ürəyindən oldu, amma nəticədə biz bizsiz qaldıq. Çox uzağıq, onun da mənim də bir – birimizə ehtiyac duyduğumuz anlar olur. Amma yenə də, nəticədə “uzaqlaşdıq”. Allahımdan bu yalanlarla dolu olan həyatda əsl sevgi istədim. Diqqət, qayğı, hörmətə ehiyac duyduğumda Ondan əsl sevgini istədim. Mənə “bir”ini göndərdi. Mənə lazım olan hər istəyimi onda görə bildim. Bu da heç vaxt ağlıma gəlməyən tanışlığım oldu. Bəzən deyirəm, hardan hara qədər gəldik. Hər şey bir “Salam”dan başladı. Amma gün – gündən hər şeyin daha da dərinləşəcəyini heç düşünməzdim... Həyatımın çalarları dəyişdi, sən, həyatıma daxil olduğun andan. İlk öncə özünü, sonra isə özümü sevdirdin mənə. Mən səni sənə görə deyil, mən özümü səndə tapdığım üçün sevdim. Səndən sadəcə sevgi dolu bir ürək istərdim. Hər gün düşünürəm, görəsən bunun sonu nə vaxt bitəcək... Amma nə vaxtsa o günü qarşılmaq istəməzdim. Çox qorxuram... O gün bir gün məni də tapar deyə qorxuram. Allahımdan çox şey istədim. Verdi mənə istədiyim hər bir şeyi. Amma bəzilərini əlimdə saxlamağı bacarmadım. Vaxtında qiymət verə bilmədim. Bəlkə də yaşımın azlığı da buna təsir etdi...


Geri dön

RaminYek

  • 13 iyun 2011 12:44
  • Məqalə: 44
  • Şərh: 568
  • Bal:
Heri seeen qeweng xeberdi
love

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

Inciciceyi

  • 13 iyun 2011 09:04
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allahımdan çox şey istədim. Verdi mənə istədiyim hər bir şeyi. Amma bəzilərini əlimdə saxlamağı bacarmadım. Vaxtında qiymət verə bilmədim. Bəlkə də yaşımın azlığı da buna təsir etdi...
Ehhhhhhhhhhhhhhhhh
Cox menalidi twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 12 iyun 2011 18:27
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
cox menali yazi idi tesekkur ediren

--------------------

Damla_Damla

  • 12 iyun 2011 16:39
  • Məqalə: 31
  • Şərh: 92
  • Bal:
{awards}
ELA COX XOŞUM GELDI

--------------------

_Gunel_

  • 12 iyun 2011 15:45
  • Məqalə: 0
  • Şərh: 385
  • Bal:
{awards}
twk

girlplay

  • 12 iyun 2011 15:32
  • Məqalə: 11
  • Şərh: 697
  • Bal:
{awards}
twk superdi

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

Sesli_girl

  • 12 iyun 2011 15:22
  • Məqalə: 7
  • Şərh: 100
  • Bal:
{awards}
Eh..........superdir.xebere gore tesekkurler.. feel

lider

  • 12 iyun 2011 15:12
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
ELA TEWEKKUR

Bu Menem

  • 12 iyun 2011 14:58
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked

NELLY19

  • 12 iyun 2011 14:57
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
twk.......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 44
Cəmi: 66

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}