
Dünya planetinin peyki Ayda,
Dünyadakı qədər su olduğu bildirilib
İnternetdə dərc olunan Science Express adlı elmi jurnalda yer alan bir
araşdırmada, Ayda, ehtimal edilənin 100 mislindən daha çox su olduğunu göstərir
Araşdırmanı qələmə alan alimlər, 1972-ci il dekabr ayında Aya edilən son səfərdə
Apollo 17-nin astronavt larının Aydan gətirdikləri kiçik vulkanik kristalların tərkibindəki
qurumuş magmanın içində su və başqa uçucu maddələrə rast gəlindiyini bildirib.

Araşdırmanı yazanlardan, geologiya professoru James Van Orman,''Milyardlarla il əvvəl
vulkanik fəaliyyətlərin, Ayın dərinliklərindən səthə atılan və daha sonra quruyan
magmadan alınan nümunələr, Ayın dərinliklərində nə qədər miqdar su
ola biləcəyini göstərəcək və əlimizdə olan ən yaxşı ölçüdür''kimi sözlər işlədib.
Van Orman, Ayın daxili quruluşunun dünyanın daxili
quruluşuna çox bənzədiyini sözlərinə əlavə edib.
Araşdırma, elm adamlarının Aydan gətirilən vulkanik kristallardan olan maqma üzərində
apardıqları araşdırmada, su toplanıldığı, flor, xlor və kükürd kimi uçucu maddələrə rast
gəlindiyi, su və bu maddələrin, Dünyadakı okeanların
dibində qurumuş magmalara bərabər olduğunu qeyd edir.

Araşdırmaya qatılan geoloq Alberto Saal,''Bu araşdırma bizə, Aydakı qurumuş
magmada olan primitiv su miqdarının Yer planeti qabığının üst təbəqəsindəki
qurumuş magmanın içində olan su miqdarıyla eyni olduğunu göstərir''dedi.
Araşdırmanı qələmə alan alimlər, kəşflərinin eyni zamanda, dünyanın ilk şəkil alma
radələrində bir miqdar maddə kütləsinin, dönən bir diskdən sıçrayan palçıq kimi
dünyadan ayrıldığını və bu maddənin Ayı əmələ gətirdiyini bildirən nəzəriyyəni də gücləndirdiyini bildirib.
Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description

























