Mən sevilmək istəyirəm

 
Mən sevilmək istəyirəm

Mən də sevilmək istəyirəm, mənim üçün narahat olan, mənim üçün darıxan bir nəfəri istəyirəm. Mənə tez-tez zəng edib hardasan deyə soruşan, fasiləsiz mesajlarını yazan bir nəfəri istəyirəm. Məni hər zaman gözləyən, bir dəqiqə də olsun məndən ayrı qalmayan bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm...

Mən də sevilmək istəyirəm, mənim üçün xoş sözlərini deyən, mənim üçün yaşayan, mənim üçün nəfəs alan bir nəfəri istəyirəm. Həyatını mənimlə paylaşan, mənimlə sirrini bölüşən, dərdimə şərik çıxan bir nəfəri istəyirəm. Mənə baxınca özünü, özünə baxınca məni görən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm...

Mən də sevilmək istəyirəm, hər görüşə gedəndə çiçək almaq istəyirəm və hər görüşə gedəndə onun gecikməsini gözləmək istəyirəm. Onunla bir yerdə gəzib, ona saatlarla baxmaq istəyirəm. Saçlarına sığal çəkib, dünyanın ən gözəl sözlərini demək istəyirəm. Əllərini əllərim içinə alıb, onun istiliyini duymaq istəyirəm. Axı mən də sevilmək istəyirəm...

Mən də sevilmək istəyirəm, məni qısqanan, məni öz sual atəşinə tutan bir nəfəri istəyirəm. Hər gün məndən küsən və mənim də onun nazı ilə oynamaq istədiyim bir nəfəri istəyirəm. Və bəzəndə məni qısqandıraraq, mənim boynuma sarılacaq bir nəfəri istəyirəm. Dözərəm hər şeyə. Axı mən də sevilmək istəyirəm...


Mən də sevilmək istəyirəm, yağışlar altında gəzib, tökülən hər damlalarda sevgimi bölüşmək istəyirəm. Keçdiyimiz küçələrdə, yollarda sevgimizin izini qoyub, hər daşda, hər bir şey də xatirələrlə iz qoymaq istəyirəm. Yaşadıqca nəfəsimə nəfəs verən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm...

Mən də sevilmək istəyirəm,
elə bir sevgilə ki, heç zaman məni atıb getməsin. Elə bir sevgilə ki, bu sevginin sonu olmasın. Elə bir sevgilə ki, qabağımızda heç bir maneə olmasın. Elə bir sevgilə ki, o sevgilə yaşayım, o sevgilə nəfəs alım və o sevgilə ürəyim döyünsün. Və elə bir sevgilə ki, bizi ölüm də ayırsa belə sevgimiz ruhlarımızda yaşasın. Axı mən də sevilmək istəyirəm...

Mən də sevilmək istəyirəm, sevdiyimlə xoşbəxt həyatımızı qurmaq istəyirəm. Heç nə yox, bir şey istəyirəm - mən də sevilmək istəyirəm


Geri dön

By DOĞRU

  • 15 iyun 2011 00:47
  • Məqalə: 22
  • Şərh: 122
  • Bal:
amma men yoooxxxxxxxxxxxxxx

--------------------
‎"Şeytana niye kızıyorsun ? Bir iyilik yap da o sana kızsın."

Inciciceyi

  • 13 iyun 2011 09:10
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Mən də sevilmək istəyirəm, sevdiyimlə xoşbəxt həyatımızı qurmaq istəyirəm. Heç nə yox, bir şey istəyirəm - mən də sevilmək istəyirəm

twwwwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lider

  • 12 iyun 2011 15:36
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
twkr

twkr

Sesli_girl

  • 12 iyun 2011 15:09
  • Məqalə: 7
  • Şərh: 100
  • Bal:
{awards}
superdi heqiqeten tewekkurler......... feel

NELLY19

  • 12 iyun 2011 15:07
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk.......

HaYaT_GuZeL

  • 12 iyun 2011 14:02
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
Sitat: SkYlInE
ya toje xo4u sevilmek

and I wink deyirem elebil dil kursundayiq wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 33

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}