Gəlin gülək

 
  • 12.06.2011, 17:09
  • Bölmə: Yumor
  • Müəllif: Poppy
Gəlin gülək

1.Bir Amerikalı ilə Yapon safariyə çıxmışlar. Hər ikisi də son texnoloji silahları da bir-birlərinə göstərmək üçün yanlarında götürmüşlər. Uzaqda bir şir görürlər. Amerikalı lazer tüfəngilə şirə atəş açır. Amma boşa çıxır güllə. Dərhal Yapon peykdən istiqamətləndirməli tüfəngilə şirə atəş açır. Lakin o da boşa. Şir bunları görüncə üzərlərinə doğru gəlməyə başlamış. Amerikalı bir qurtum viski içib sonunu gözləməyə başlamış. Yapon dərhal idman ayaqqabılarını geyməyə başlamış. Amerikalı soruşmuş: -Nə? Şirdən sürətli qaçacaqsan? -Yox, səndən sürətli qaçsam yetər.

Gəlin gülək

2.Dəlixanada bir gün, bir dəli xəstə baxıcını yanına çağırar. Mənə tez 5 şüşə kola gətir deyir. Xəstə baxıcı buna hirslənir və xəstəyə beş yumruq vurur. Al kolalarını deyir. Aradan zaman keçdikdən sonra yenə eyni xəstə, baxıcını yenə çağırır. Bu səfər xəstə; xəstə baxıcını yumruqlayır. Baxıcı, nə olub? deyir. Xəstə cavab verir: - Şüşələri gətirdim.

Gəlin gülək

3.Həkim məni hara aparırsınız? - Morqa. Axı mən
daha ölmədim ki?! - Heçnə olmaz biz də hələ çatmamışıq.

Gəlin gülək

4.Evdə qadın ərini ağ yuyub qara sərir: - Heç olmazsa bu yan qonşularımızı nümunə götür. Neçə illik evlidilər, amma bir-birlərinə hələ bal ayındakı kimi davranırlar. Adam arvadını avtomobildə, qapının qarşısında, hər yerdə öpür. Təəssüflər olsun! Sən niyə eyni şeyi edə bilmirsən? - Edərəm etməsinə amma, mən qadını yaxşı tanımıram axı..

Gəlin gülək

5.Adamın biri yolda gedərkən bir şüşəyə təpik atır; şüşədən cin çıxır.
Cin istə məndən nə istəyirsən deyir, adam da üzr istəyirəm; bir daha olmaz, deyir.

Gəlin gülək

6.Əli Misirdə oxuyan bir şagirddir. İmtahanlar bitir və yay tətilinə girəcəklər.. Atası Əliyə zəng edir və imtahanların necə keçdiyini soruşur. Əli də bilmədiyi halda çox yaxşı keçdi deyir və sonra atası onu işlərində kömək etməsi üçün çağırır. Əli getməmişdən əvvəl yoldaşına son olaraq belə deyir; Əhməd sən qiymətlərimi öyrənərsən və mənə zəng edərsən. Əgər telefona atam cavab
versə Məhəmmədin Əliyə salamı var deyərsən mən anlayaram ki, bir kəsirim var. Əhməd qeydləri öyrənir və zəng edir. Telefona atası cavab verir və Əhməd belə deyir: - Əmi, Əliyə söylə ona bütün Ümmedi Məhəmmədin salamı var..

Gəlin gülək

7.Bir gün bir uşaq dəniz sahilində gəzirmiş. Birdən bir lampa görür və lampaya təpik vurur. Lampanin içindən bir cin çıxır və deyir:
-Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın. İndi məndən nə istəyirsən denən.
-Üzr istəyirəm.

Gəlin gülək

8.Molla bardağı qızına verir vә üzünә iki şillә çәkib deyir:
Gözətlə sındırma ha!
Qızın günahsız döyüldüyünü vә ağladığını görәnlәr deyirlәr:
Molla, bu günahsız qızı nә üçün döyürsәn?
Vurdum ki, bardağı sındırmasın, yoxsa sınandan sonra nә etsәn yersizdir.

Gəlin gülək

9.Mollaya üzlü bir qonaq gәlir. Gecә yeyib-içәndәn sonra yerlәr salınır, yatmaq istәyirlәr. Qonaq başını yuxarı qaldırıb tavandan asılmış üzüm salxımlarını görən kimi mızıldaya-mızıldaya oxuyur:
Bizim yerlәr, bizim yerlәr.
Yatanda üzüm yeyәrlәr.
Molla yorğanı düzәldә-düzәldә cavab verir:
Bizdә elә adәt yoxdur:
Saxlayıb gündüz yeyәrlәr.

Gəlin gülək

10. İki sevgili yeməyə çıxırlar, yemək yeyəndə oğlan qızı qucaqlayır və deyir:
Əzizim atapleniyaya oxşayırsan. Qiz deyir: Nədi bəyəm çox istiyəm ? Oğlan deyir: Yox qabırqaların görsənir.

Gəlin gülək

11.Müəllim sual verir:- Kim mənə iki hadisənin eyni vaxtda olması haqda misal gətirə bilər ?
Uşaq əlini qaldırır:-Atamın da anamın da toyu təsadüfən eyni günde olub.

Gəlin gülək

12.Ana, o kişi kimdir?
- Hansı bala?
- O saçları biz-biz durmuş, gözləri qızarmış kişini deyirəm.
- Hə bala, o sənin atandır. İnternetə qoşulub... :-)

Gəlin gülək

13.Bir gün bir kişi evdə yemək yeyəndə həyat yoldaşı onu arxadan tava ilə vurur. Neyləmişəm mən deyəndə arvadı deyir:
- Cibində kağız tapdım üzərində Daisy yazıb. O kimdi?
-Daisy? eh.. Mən at yarışı oynayıram axı. Bax ordakı atların birinin adıdır.
Həyat yoldaşı:
- Bağışla mən səni çox qısqanıram səni.
Aradan 1 həftə keçəndən sonra yenə arvadı əlində telefon ilə gələrək tava ilə kişini vurur. Kişi deyir:
- Axı bu dəfə nə etmişəm?
Həyat yoldaşı:
- Heç nə. Atın mesaj yazıb al cavab yaz.

Gəlin gülək

14.Bir həkim xəstəsindən soruşur:
- Oğlum sənin bir qulağını kəssəm nə olar?
Dəli:
- Canım ağrıyar,həkim
- Bəs iki qulağını da kəssəm?..
Dəli:
- Onda görə bilməyəcəm ki?..
Həkim:
- Nə əlaqəsi var oğlum!?
Dəli:
- Necə yəni nə əlaqəsi var?! Eynəyimi harama taxacam?!

Gəlin gülək

15.Bir dəfə Bakıdan Naxçıvana uçan təyyarədə qız pilota yaxınlaşıb deyir:
Bir kişi var,özünü atmaq istəyir.Nə qədər eliyirik sakitləşmir.
Pilot soruşur ki,necə adamdır?
-Başı sarıqlı,əli-qolu sınıq,burnu qırıq
-Dəyməyin!O elə həmişə burada düşür

Gəlin gülək

16. Bir dost digərinə: - Sənin ayaqqabilarinin biri
niyə sari, o biri qirmizidir? – Bilmirəm, evdəki də belədi.

Gəlin gülək

17.İki dost işdən evə qayıdırdı. Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm

Gəlin gülək

18.Kiçik bir uşaq, hamilə bir qadının qarnına toxunaraq:
-Nə var sizin qarnınızda xala?
Qadın:
-Uşağım var,balam,deyə cavab verər.
-Sizin Uşağınızmı?
-Bəli
-Onu sevirsinizmi?
-Bəli
-Çoxmu sevirsiz?
-Bəli balam.
-Elə isə niyə yediz?

Gəlin gülək

19. Yol polisi bir maşını saxlayır və sürücüyə deyir:
-sizi təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul hədiyyə edirik. Bəs bu pulnan nə etmək fikrindəsiniz ?
Sürücü deyir: çox təşşəkür edirəm. Mən bu pulnan əvvəlcə özümə prava alacam.
Polis təəcüblə soruşur : Necə ? Sizin pravanız yoxdu ?
Sürücünün yanında oturan arvadı isə: “cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir “.
Polis çaşqınlıqla soruşur : necə ? siz içkilisiniz ?
Bu zaman arxada oturan daha 1 nəfər sürücüyə deyir : “ mən sizə dedim axı oğurluq maşınla gəzməyə getməyək yoxsa problemimiz olar.”
Bunu eşidən polis dəli olur və yenə soruşur : necə ? maşın oğurluqdu ?
Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir: “ ayə qağa, nə oldu post qayını keçmədik ?


Geri dön

kurbanov999

  • 30 noyabr 2011 23:31
  • Məqalə: 4
  • Şərh: 72
  • Bal:
saol guldum

--------------------
http://legend.az/uploads/posts/2011-11/1322019021_sahte.gif

..:MeleK kiz:..

  • 18 oktyabr 2011 11:28
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
usaga baxanda adamin gulmeyi gelir

sweaty

  • 5 avqust 2011 16:46
  • Məqalə: 0
  • Şərh: 135
  • Bal:
{awards}
tesekkurler

Sirli Melek

  • 21 iyun 2011 09:36
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Dəlixanada bir gün, bir dəli xəstə baxıcını yanına çağırar. Mənə tez 5 şüşə kola gətir deyir. Xəstə baxıcı buna hirslənir və xəstəyə beş yumruq vurur. Al kolalarını deyir. Aradan zaman keçdikdən sonra yenə eyni xəstə, baxıcını yenə çağırır. Bu səfər xəstə; xəstə baxıcını yumruqlayır. Baxıcı, nə olub? deyir. Xəstə cavab verir: - Şüşələri gətirdim.

MARAQLİDİ)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 13 iyun 2011 08:55
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk super wink lol

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

NELLY19

  • 12 iyun 2011 19:36
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk.............

xezerlenkeran

  • 12 iyun 2011 18:49
  • Məqalə: 1
  • Şərh: 281
  • Bal:
{awards}
bew ile yeddi eyni idi 8i cox oxumuwam o birilleri maraqli idi twk

Bu Menem

  • 12 iyun 2011 18:18
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws marali ve gulmelidir winked

R.M_FaNaTka

  • 12 iyun 2011 18:17
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
super idi baciw tesekkur edirem wink

--------------------

light_in_the_dark

  • 12 iyun 2011 17:48
  • Məqalə: 4
  • Şərh: 126
  • Bal:
{awards}
bir ikisi gulmeli idi wink duzdur sonuncunu oxumuwdum ama digerlerine nezeren en gulmeli o idi.yenede twk smile

--------------------
MEN HEYATIMDA YALNIZ BIR OGLANIN ARXASINCA QACARAM : O DA OGLUM YERIMEYI OYRENEN ZAMAN YIXILMASIN DEYE......

lema

  • 12 iyun 2011 17:14
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
gülmeli idi.amma bir letifeni iki defe yazmısan.twk....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 63
Cəmi: 84

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}