Bu halınızdan utanırsız?

 
Bu halınızdan utanırsız?

1.Suda çimərlik geyiminin çıxması

Yayda dənizdə və ya hovuzda çimərkən bu halla rastlaşmamış olmazsınız. Çevrilərək atlanma, dalğalı dənizdə arxası üstə üzmə kimi hərəkətlərdən sonra qəfil çimərlik geyimi sürüşüb düşür. “Onsuz da hamıda eynidir” desək də, bu pərt haldan çıxmaq heç də asan olmur.

2.Ağızdan söyüş qaçırmaq

Hətta ən mədəni və məsum insanlar da əsəbləşəndə ağızlarından bir söyüş qaçırırlar. Təsadüfən ağzımızdan qaçırdığımız bir söyüş sonrakı sözlərimizin ciddiliyinə də kölgə sala bilir.

3.Ana-övlad münasibəti

Analar üçün övladları heç vaxt böyümür, onlar üçün həmişə narahatdırlar. Məsələn, təsəvvür edin, tələbə yoldaşlarınızla futbol maçı zamanı ananız gəlib sizə: “Oğlum, tərlədin, qoy bu dəsmalı belinə qoyum, yoxsa xəstələnərsən” desə, necə olar?

4.Burun ifrazatları

Əslində, pis bir şey deyil. Anatomik ehtiyaclarımızdan biridir. Üstəlik hər kəsdə olur. Di gəl ki, burun suyu axmağa başlayanda hər şey dəyişir. Bu axının qarşısını kəsmək cəhdləri hamını pis vəziyyətə sala bilər.

5.“Tutmayan” zarafatlar

Sizə gülməli olan zarafatı etdiyinizdə heç kimin gülməməsi əsl fəlakətdir. O ortamdan nə qədər tez uzaqlaşsanız, o qədər yaxşıdır.

6.İş tədbirində sərxoşluq

İş səbəbi ilə gəldiyiniz tədbir və ya partidə içib özünü itirmək…Qurşaqdan aşağı zarafatlar, dəli kimi rəqslər, arada sərxoşluqdan kiminsə üstünə yıxılmaq…və səhəri gün işə getməmək üçün yerin dibinə keçmək istəyi...

7.Dişdə ilişib qalan göyərti

Bütün gün zarafatlar etmisiz, qəhqəhələrə boğulmusuz, dişinizdə ilişib qalan göyərtidən xəbərsiz…Hamı baxsa da, deyə bilməyib. Ən dürüst dostunuz yenə də güzgüdür.

8.Səhv mesaj

Mesajı həmsöhbətinizə deyil, dedi-qodusunu etdiyiniz şəxsə çaşıb göndərmək qədər utancverici nə ola bilər? Üstəlik, dedi-qodusunu etdiyiniz insan mesajı anladığını bildirmək üçün həmin mesajı sizə yenidən göndərsə? “Zarafat edirdim” bəhanəsi köməyinizə çatsın...

9.Uşaq evin güzgüsüdür

Danışmağa başlayan uşaq riskdir. Evinizə qonaq gəlib, hər şeyi mükəmməl etmisiniz. Birdən yenicə danışmağa başlayan övladınız ailə daxili söhbətləri mızıldamağa başlayır... “Uşaqdır da...” desəniz, kim inanar?

10.Dost deyilik, tanışıq

Bəzən dostumuz ictimayyət arasında söyüşdolu bir lətifə, hekayə danışar, ya da konsertdə, partidə içib özünü itirər, danışığının fərqinə varmaz...Ən yaxşı bəhanə - yox, dost deyilik, sadəcə tanışıq...

11.Sevməyib oxuduğumuz mahnılar

Xüsusilə səhər vaxtı insanın dilinə hansısa mahnı düşür. Bu mahnı popular, amma heç sizin sevmədiyiniz bir mahnı olsa? Sözlərini çox eşitmişik, hər yerdə pisləmişik, birdən kimsə onu sizin mırıldadığınızı eşidir... “Mən əslində ona qulaq asmıram” deyə bilərsiniz, əgər inandıra biləcəksinizsə...

12.Pis xatirələr

Yeni dostlarınızı köhnə məhəllə, məktəb yoldaşlarınızla həvəslə tanış edirsiniz. Birdən köhnə dostlardan biri sizin başınıza gələn, amma heç xatırlamaq istəmədiyiniz gülməli hadisəni danışmağa başlayır. Məsələn, kişisinizsə, nə vaxtsa içib ətək geyindiyinizi yeni dostlarınız eşitsə, necə olarsınız?

13.Afaq yox, Afət!

Qonşularla ünsiyyətin ən yaxşı yollarından biri onların övladları ilə oynamaqdır. Xüsusilə uşaq azyaşlıdırsa...Amma vay o gündən uşağın adını səhv deyəsiniz... “Can, nə şirindi bu uşaq. Can, Afaq, axşam neynədin bağçada?” – desəniz və cavabında uşağın anası: “Afaq yox, Afət!” desə... Hər halda, bu üsul qonşu ilə münasibətləri qaydaya sala bilər.

14.“Qızımız....”

Elçiliyə gələn sevgilinizin atası sözə başlayır: “Ev sizdən- çıraq bizdən, əl sizdən- ətək bizdən, qız sizdən- oğlan bizdən...Qızımız....qızımız...qızımız”. Elçi gəldikləri qızın adını unudan oğlan atası, onu vəziyyətdən çıxarmağa çalışan oğlan anası, pərt olan gələcək bəy, adı unudulan gələcək gəlin, əsəbi qız valideynləri...

15.Dükanlar açıq

Ən çox kişilərin başına gələn hadisədir: şalvarın qarşısındakı zəncirin açıq qalması. Bu hadisə təkcə “dükanı” açıq qalan tərəfə yox, qarşısındakını da utandırır.

16.Sünnət şəkilləri

Bu da kişilərin ən sevmədiyi xatirələrdən biridir. Sevgilinə uşaqlıqda necə məsum, şirin olduğunu göstərmək üçün albomları tökürsən. Təsadüfən sünnət şəkilləriniz – narazı sifət, qırmızı ətək, başına toplaşan fərəhdolu kişi qohumlar...

17.Qapı arxasında

Hər hansı bir məkana birinci dəfə gedəndə çoxumuzun başına gəlir. O yerə, binaya yad olduğumuzu bildirməmək üçün özümüzü həmin yeri tanıyırmışıq kimi göstəririk. Bizi pərt edən isə qapılar olur. Qapını səhv istiqamətdə açmağa çalışmaq, sonra girişin o qapıdan deyil, başqa tərəfdən olduğunu öyrənmək çox pis vəziyyətdir. Ağlında bir sual qalır: Görəsən, çox adam görmədi?

18.Kartda pul yoxdur

Artıq hər kəsin bir neçə plastik kartı var. Mağazalarının əksəriyyətində də kartla ödəmə aparılır. Siz də istədiyiniz əşyaları alıb gəlmisiniz, kassada kartı uzadırsınız. Satıcı kartınızı qaytararaq ya “Kartınızın müddəti bitib”, ya da ən pis halda “Hesabınızda pul yoxdur” deyəndə növbədə duran alıcıların yanında pərt olmaq...

19. yaşdan yuxarı

On səkkiz yaşınız yenicə tamam olub. Əvvəllər getmək, almaq istədiyiniz hər şeyi indi edə bilərsiniz. Azərbaycanda çox tətbiq olunmasa da, xarici ölkələrdə şəxsiyyət vəsiqəsi olmadan nə içki, nə siqaret, nə də diskoya girə bilərsən. Nə də olmasa, 18 yaşın məsumiyyəti hələ də üzündə bilinir...

20.Dünya çox balacadır

Əlli illik tanışınız da olsa, çox da yaxşı tanımadığınız, sadəcə bir neçə dəfə gördüyünüz insan haqqında fikirlər yürütməyin. Dünyanın nə qədər balaca olduğun “Facebook” sayəsində anlamalı olmalısınız...

Xəbərin müəllifi: Günel Əsgərzadə
P.S. Bəs, siz hansı halınızdan utanırsız?


Geri dön

R.M_FaNaTka

  • 13 iyun 2011 16:15
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
twk

--------------------

KRiPToS

  • 13 iyun 2011 13:38
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Sehv mesajlar menim en boyuk derdimdir!!!

Her kese hemise sehv mesaj yaziram!!!
lol lol lol

--------------------

YazYamuru

  • 13 iyun 2011 12:42
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
hhhmmm maraqlidir...
Men meni terifleyende utaniram wink

--------------------



jalicka

  • 13 iyun 2011 12:26
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrr

Inciciceyi

  • 13 iyun 2011 12:22
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twk
Sehvi buraxmadiqdan sonra utanmaq now lazim

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

RaminYek

  • 13 iyun 2011 12:16
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

Musique Sage

  • 13 iyun 2011 11:58
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
maraqlidir

Poppy

  • 13 iyun 2011 11:57
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

qonce

  • 13 iyun 2011 11:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqli idi,tesekkur oxudum.

№1

  • 13 iyun 2011 11:46
  • Məqalə: 12
  • Şərh: 78
  • Bal:
{awards}
Sevməyib oxuduğum mahnılar. Bundan cox utanirim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}