Gəl biz susaq biz kimikki,Qoy Sabir desin

 
Gəl biz susaq biz kimikki,Qoy Sabir desin

Allah sənə rəhmət etsin, ey böyük şair ! Nə uzaqğörən bir insan imişsən?!
İndi millətin qeyrət, namus adı çəkənlərini zindana salır, amma iffətini çölə atanlara
gül verib başa çixarırlar. Yaxşı bilirik ki, bizim millətin bu gününə o dünayadan qan ağlayarsan!

ERMƏNİLƏR BİZƏ GÜLÜR - ƏN AZI ONA ĞÖRƏ Kİ, ONLAR MÜSƏLMAN DEYİLLƏR!

Bu görüntünü bütöv bir millətin adına yazıb sonra fəxr eləyən kişilər başlarına yaylıq
atsalar daha münasbdir! (Fotoya görə üzr istəyirem. Bütün dünya bunu görür.
Bizim görməyimiz isə qeyrətimizin kimlərin əlində oyuncaq olmasını dərk etməkdən otrüdür)


Kim nə deyər bizdə olan qeyrətə?!
Qeyrətimiz bəlli bütün millətə !...


Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünər mərdlərik, nərlərik,
Iş görəcək yerdə, söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə ?!

Çırmanarıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi - bir ay gəlməmiş,
Asta qaçıb dürtülərik xəlvətə,
Kim nə deyər bizdə olan qeyrətə ?!


Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrətü-milliyyəmizi atmarıq,
Əhlimizi başqalarına satmarıq,
Bir quruşa, bir pula, ya bir çetə !
Kim nə deyər bizdə olan qeyrətə ?!

Bizdə görünməz nə fəsadü nifaq,
Işləmədə bir-birimizdən qoçaq,
Bax, budur islamı gətirrik qabaq;
Boyləcə xidmət olunur millətə,
Kim nə deyər bizdə olan qeyrətə ?!


Bir işə min hummətimiz var bizim !
Bax, neçə cəmiyyətimiz var bizim !
Bundan gözəl niyyətimiz var bizim !
Ay bərəkallah, bu gözəl niyyətə !
Kim nə deyər bizdə olan qeyrətə ?!

Hansı məkatib ki, onu açmadıq ?
Hansı sənaye ki, para saçmadıq ?
Verdiyimiz sözdən uzaq qaçmadıq;
Işlərimiz mindi bütün surətə !..
Kim nə deyər bizdə olan qeyrətə ?!


Bax, neçə darüləcəz, dari-elm !
Bir neçə məktəb, neçə asari elm !
Bizlərik, əlbəttə, xəridari-elm !
Çatmışıq ondandı belə hörmətə !..
Kim nə deyər bizdə olan qeyrətə ?!

Bizdə nə fəhlə tapılar, nə gəda,
Bizdə nə sail və nə bir binəva,
Bəxtəvər övladımıza mərhəba!
Baş aparıb hər biri bir sənətə!..
Kim nə deyər bizdə olan qeyrətə?!


Etmişik ifa atalıq mehrini,
Çəkmişik övladımızın fikrini,
Ömrümüz olsa görərik bəhrini,
Onda ki, onlar uyacaq sirqətə,
Həbsdə məşğul olacaq işrətə,
Fəxr edərik biz də bütün millətə!

Kim nə deyər bizdə olan qeyrətə?!
Ay bərəkallah, bu gözəl niyyətə!..


Geri dön

Narka E-ZaDe

  • 8 avqust 2011 13:54
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
xebere gore twk.....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Poppy

  • 14 iyun 2011 11:51
  • Məqalə: 79
  • Şərh: 692
  • Bal:
{awards}
tesekkurler

--------------------

Inciciceyi

  • 14 iyun 2011 08:33
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}

Hansı məkatib ki, onu açmadıq ?
Hansı sənaye ki, para saçmadıq ?
Verdiyimiz sözdən uzaq qaçmadıq;
Işlərimiz mindi bütün surətə !..
Kim nə deyər bizdə olan qeyrətə ?!



twwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Abuzer_el_Gafari

  • 14 iyun 2011 00:30
  • Məqalə: 8
  • Şərh: 369
  • Bal:
{awards}
sagol m.e sabir

Sevinc ADU

  • 14 iyun 2011 00:09
  • Məqalə: 2
  • Şərh: 181
  • Bal:
{awards}
Cox gozel seirdir,tesekkur.....

YazYamuru

  • 13 iyun 2011 23:20
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
KiM NE DEYER BiZDE OLAN QEYRETE?!
AY BEREKALLAH,BU GÖZEL NiYYETE.
wink wink wink
aayy ne super $eirlerdireeee cooooxx sagolun......

--------------------



Lindo

  • 13 iyun 2011 23:12
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
əla Sabirdən xoşum gəlir tşk

R.M_FaNaTka

  • 13 iyun 2011 23:11
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
oooooooooooooo bak bak xeberin bawliqi super di ha Gəl biz susaq biz kimikki,Qoy Sabir desin zaten menim SAbirin seirlerinden cox xosum gelir super seirdir twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 34

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 722
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}