Çay və qəhvə alarkən nələri bilmək vacibdir?

 
Çay və qəhvə alarkən nələri bilmək vacibdir?

Tamlı məhsullara müxtəlif tərkib xüsusiyyətlərinə və təsiretmə qabiliyyətinə malik olan bir çox yeyinti məhsulları aid edilir. Bu mallar əsəb və ürək-damar sisteminin fəaliyyətinə, eləcə də iştahanın artmasına və yeyinti məhsullarının həzminə müsbət təsir göstərir.
Ticarət şəbəkəsində müxtəlif növ tamlı məhsullar, o cümlədən çay, qəhvə, ədviyyələr, spirtli və spirtsiz içkilər realizə olunur. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti gündəlik qida rasionumuzda özünəməxsus yer tutan tamlı məhsullar arasında çay və qəhvənin insan orqanizmi üçün xeyirli olduğunu bildirir, çay və qəhvə məhsulları müəyyən xassələrə malikdir. Onları bilmək maraqlı olar.

Çayın tərkibində 300-dən çox müxtəlif birləşmələr və maddələr vardır. Tərkibinin belə zəngin olması çayı fizioloji cəhətdən dəyərli edir. Çay insan orqanizminə fizioloji təsirinə görə əvəzsiz içkidir. O nəinki susuzluğun qarşısını alır, həm də orqanizmi gümrah vəziyyətdə saxlayır. Onun iş qabiliyyətini artırır, insanın sinir sisteminə bərpaedici təsir edir, onun fəaliyyətini gücləndirir, yuxunu dağıdır, yaxşı tərlədici vasitə rolunda çıxış edir. Baş ağrısını dayandırır, qan təzyiqini normaya salır. Gərgin fiziki və zehni əməkdən sonra çayın içilməsi yorğunluğu çıxarır, iş qabiliyyətini bərpa edir.

Çayın əsas keyfiyyət göstəriciləri qüvvədə olan normativ sənədlərə uyğun olmalıdır. Hər bir çay tərkibindəki xam çayın növ və istehsal texnologiyasından asılı olaraq standartın tələbinə cavab verməlidir. Çay havası yaxşı dəyişdirilən quru və təmiz yerdə saxlanmalıdır. Çayı rütubətli yerdə saxlamaq olmaz.
Qəhvə də qidalanmamızda özünəməxsus yer tutur. Qəhvənin quru maddələrinə kofein, zülallı maddələr, yağ, minerallı maddələr və s. daxildir. Bir qayda olaraq yüksək keyfiyyətli qəhvə sortlarında kofeinin miqdarı nisbətən çoxdur. Normal saxlanılma şəraitində ekstraktlı maddələrin miqdarı 7-10 il müddətində dəyişmir.
Çiy qəhvə dənləri ətirsiz olmaqla ağız büzüşdürücü xassəyə malikdir. Keyfiyyətli qəhvə içkisi almaq üçün qəhvə dənlərini hər cür kənar qarışıqlardan təmizləyib 160-220ºC temperaturda qovururlar. Qəhvə özünəməxsus dad-tam və ətir kəsb edir.

Təbii qəhvə çiy, qovrulmuş, bütöv dən, yaxud qovrulub üyüdülmüş halda ola bilər. Keyfiyyətindən asılı olaraq əla və I növlərə ayrılır. Həll olan qəhvə xırda dənəvər, qəhvəyi rəngli, özünəməxsus təbii qəhvə ətrinə və dadına malik olan tozvari məhsuldur.
Qəhvə və qəhvə içkiləri təmiz, quru yerlərdə quru yerlərdə, 75%-dən çox olmayan nisbi rütubətdə saxlanmalıdır. Qəhvə bankalara, yaxud da alüminium folqadan paketlərə qablaşdırılır.


Geri dön

NELLY19

  • 3 avqust 2011 12:38
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
tesekkurler xebere gore

Inciciceyi

  • 14 iyun 2011 09:01
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

RaminYek

  • 14 iyun 2011 00:37
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
oO twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

R.M_FaNaTka

  • 13 iyun 2011 22:45
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm tesekkurler amma menimde qehveden xosum gelmir

--------------------

Poppy

  • 13 iyun 2011 22:17
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
tesekkkruelr ilkm serh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}