Ruhunuzu oxşayacaq şeirlər

 
Ruhunuzu oxşayacaq şeirlər

Bəxtiyar Vahabzadə - Bəhanədi...

Dişlərim töküldü,saçım ağardı,

Yaşın nə günahı?,yaş bəhanədi.

Taleyim daş atdı,başımı yardı,

Buna daş neyləsin?,daş bəhanədi.

...Bəzən baharda da saralır yarpaq,

Taleyin əlində hər şey oyuncaq,

İnsanı öldürən əcəldir ancaq,

Azar da ,bezar da, boş bəhanədi.

Ruhunuzu oxşayacaq şeirlər

Bəxtiyar Vahabzadə- Şəhidlərdən

Qantökən öz tökdüyü qana cavab vermədi,

Cavab vermək bir yana,"Yox,mən haqlıyam!",-dedi.

Adamların başına od ələmək haqq imiş?

Səksən yaşlı qarını,on üç yaşlı uşağı güllələmək haqq imiş?

Olmayan bir günahı qan ilə yumaq üçün,

Bizim hüququmuzu bizdən qorumaq üçün

Qanımızın günahsız tökülməsi haqq imiş?

Zorlunun əllərilə haqlının qollarının bükülməsi haqq imiş?

Məntiqə bax,ay ALLAH!

Qanımızı tökənə bundan sonra yenə də biz inanaq,ay ALLAH?

Ruhunuzu oxşayacaq şeirlər

Ramiz Rövşən - Şirin -şirin yuxudaydıq

Şirin-şirin yuxudaydıq,

Bir zalım oyatdı bizi.

Anaların gucağından

Bu dünyaya atdı bizi.

Düşdük yolların ağına,

Baxtımızın sorağına,

Qatdı bizi qabağına,

Əlində oynatdı bizi.

Ruhunuzu oxşayacaq şeirlər

Nüsrət Kəsəmənli - Məni görməmisən...

Bəzən büdrəmişəm, düzü yanında,

Sevgidən salmışam sözü yanında.

Min dəfə keçmişəm azı yanınnan,

Məni görməmisən, görməmisən sən.

Gözlərim həsrətlə dolub qalmışam,

Yolunda gül kimi solub qalmışam,

Üz-üzə gələndə donub qalmışam,

Məni görməmisən, görməmisən sən.

Ruhunuzu oxşayacaq şeirlər

Baba Pünhan - Mən nə dedimki..

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!

Məzlumlara qan udduran alçaqları bir-bir,
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

Xofdan əyilib bütpərəs olmuşlar önündə,
Qansız bütü inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuşlara xatırladan oldum,Qafilləri hüşyar elədim, mən nə dedim ki?!


Geri dön

Narka E-ZaDe

  • 8 avqust 2011 13:54
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
xebere gore twk.....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Kvant

  • 14 iyun 2011 13:51
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
Duzun desem men bu sayda menasiz .yersiz hecne gormedim.Seirlerinde yeri varrrrrrrrrrrrrr!!!!!!!!!!!!!

--------------------
Zeifler icinde guclu olmaqdansa .gucluler icinde zeif olmaq daha yaxsidir!!!!

Inciciceyi

  • 14 iyun 2011 08:49
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler super weirlerdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

INSAN RUHU

  • 14 iyun 2011 00:10
  • Məqalə: 0
  • Şərh: 86
  • Bal:
{awards}
Xofdan əyilib bütpərəs olmuşlar önündə,
Qansız bütü inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuşlara xatırladan oldum,Qafilləri hüşyar elədim, mən nə dedim ki?!

ALLAH RAZI OLSUN!!!

fashion_girl

  • 13 iyun 2011 23:24
  • Məqalə: 0
  • Şərh: 425
  • Bal:
{awards}
super seirdirler

--------------------
ALLAH SEN MENI DOSTLARIMDAN QORU, DUSMENLERIMLE OZUM BAS CIXARA BILEREM..

nuh

  • 13 iyun 2011 23:13
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
hammisin oxdum.eladi.tesekkurler

R.M_FaNaTka

  • 13 iyun 2011 22:42
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Nüsrət Kəsəmənli - Məni görməmisən...

Bəzən büdrəmişəm, düzü yanında,

Sevgidən salmışam sözü yanında.

Min dəfə keçmişəm azı yanınnan,

Məni görməmisən, görməmisən sən.

Gözlərim həsrətlə dolub qalmışam,

Yolunda gül kimi solub qalmışam,

Üz-üzə gələndə donub qalmışam,

Məni görməmisən, görməmisən sən.

--------------------

YazYamuru

  • 13 iyun 2011 22:41
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Gözlerim hesretle dolub qalmi$am
Üz üze gelende donub qalmi$am
Meni görmemisen,görmemisen sen...

Eeeehhhh nece var eledir...
te$ekkürler gözel $eirlerdir.....

--------------------



Ghost

  • 13 iyun 2011 22:31
  • Məqalə: 658
  • Şərh: 185
  • Bal:
{awards}
xebere gore twkkkkkkkkkkkkkk

xebere gore twkkkkkkkkkkkkkkkkkk

Bu Menem

  • 13 iyun 2011 22:31
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws eladi winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 10
Cəmi: 20

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}