Loğmanın (ə) oğluna nəsihətlərindən: Sirr saxlamaq

 
Loğmanın (ə) oğluna nəsihətlərindən: Sirr saxlamaq

Loğmanın (ə) oğluna nəsihətlərindən: Sirr saxlamaq [Aforizm,Nəsihət]

Loğman (ə) oğluna üç şeyi tövsiyə etdi: “Oğlum! Sirrini zövcənə (arvadına) demə, təzə varlanmışdan borc alma və gözətçi ilə dostluq etmə”. Loğman (ə) dünyasını dəyişdikdən sonra, oğlu onun tövsiyəsini təcrübədən keçirtmək istədi. Bu səbəbdən, bazara gedib soyulmuş bir qoyun aldı. Onu xurcuna qoydu. Sonra arvadının yanına gəlib, dedi: Mən adam öldürmüşəm, onu evdə basdırıram. Heç kimə demə!

Onu evin yanında basdırdı. Sonra, təzə varlanmış bir adamın yanına gedib ondan borc aldı. Gözətçi ilə dostluq etdi. Bir müddət keçdikdən sonra, arvadı ilə dava edərkın onu vurdu. arvadı fəryad eçəkərək ona dedi: Bir kişini öldürmüsən, indi məni də öldürmək istəyirsən?!

Həmin vaxt arvad bu işi padşaha xəbər verdi. Loğmanın (ə) oğlu gözətçi dostunun evinə qaçdı. Gözətçi padşahın yanına getdikdə həmin qadını onun kənarında gördü. Padşah ona dedi: O kişini necə tapa bilərəm?

Gözətçi dedi: O mənim dostum olduğu üçün, mən onun yerini bilirəm. Sonra dostunu yoxlamaq üçün onun yanına getdi. Loğmanın (ə) oğlu dedi: Aman ALLAH, sən axı mənim dostumsan, mən gəlib sənə sığınmışam!

Gözətçi dedi: Bu, qadındır və padşahın əmri, səni gizli saxlamağımdan daha ağırdır. Sonra dostunu tutub padşahın yanına apardı. Həmin vaxt, borc sahibi onun yaxasından yapışıb dedi: Bəlkə, səni öldürəcəklər və ya asacaqlar, o zaman mənim malım nə olacaq? Loğmanın (ə) oğlu ona dedi: bunların əlindən səbir olana qədər səbr et. Borc sahibi: Möhlət verirəm, gərək, birinci mənim pulumu ödəyəsən-dedi. Oğlan padşahın hüzuruna yetişdikdə padşah ona dedi: Ey Loğmanın (ə) oğlu, bu sənə layiq olmayan bir işdir. Nəyə görə günahsız bir insanı öldürmüsən?

Loğmanın (ə) oğlu dedi: Şah sağ olsun!Bir nəfəri göndərin gedib ölünü görsün. Axtarış vaxtı xurcunun ağzını açdılar. Onun içindən dərisi soyulmuş bir qoyunu çıxartdılar. Bunu bilən padşah gülüb soruşdu: Bu nə işdir?
Dedi: Atam üç şey tapşırmışdı ki, onları təcrübədən keçirtmək istədim. Təcrübə etdikdən sonra, atamın sözlərinin doğru olduğunu anladım.


Geri dön

Inciciceyi

  • 16 iyun 2011 10:00
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twkler maraqli hekayedi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

RaminYek

  • 14 iyun 2011 13:47
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
cox saolun!

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}