Ölməyi istəyib, ölə bilməyəcəksiniz

 
Ölməyi istəyib, ölə bilməyəcəksiniz

Tam sinənizin ortasında bir yeriniz ağrıyacaq. Evinizin sizi içinə sığdıra bilməyəcək qədər dar olduğunu görəcəksiniz.
Küçəyə atılacaqsınız. Küçələr də dar gələcək. Eynilə bədəninizin ürəyinizə dar gəldiyi kimi.
Nə dənizin mavisi açacaq içinizi, nə tərtəmiz səma.
Özünüzü daşıya bilməyəcək qədər çox böyüyəcək, bir tərəfdən də itəcək qədər kiçiləcəksiniz.
Bəziləri sizə bir şeylər izah edəcək dayanmadan
.


‘‘Əhəmiyyətli olan sağlamlıqdır.'' ‘‘Yaşamaq gözəldir.'' ‘‘Boş ver, hər şey unudular.'' Siz heç birini eşitməyəcəksiniz.
Gözyaşlarınızdan ətrafı görə bilməyəcəksiniz.
Ona ölməyini istəyəcək qədər nifrət edəcək, az sonra qollarında ölmək istəyəcək qədər çox sevəcəksiniz. Həmişə ondan bəhs etmək istəyəcəksiniz.
‘‘Ölümə çarə tapıldı'' ya da ‘‘Sabah qiyamət qopacaqmış'' desələr başınızı qaldırıb ‘‘Nə dedin?'' deyə soruşmayacaqsınız.
Tək qalmaq istəyəcəksiniz. Həm də izdihamların arasında itmək. İkisi də çatmayacaq.
Keçmişi düşünəcəksiniz. Az qala hər dəqiqə. Amma pisləri ataraq.
Onunla keçdiyiniz yerlərdən keçmək istəyəcəksiniz. Getdiyiniz yerlərə getmək.
Bu sizə heç yaxşı gəlməyəcək. Amma bilə-bilə edəcəksiniz.
Biri sizə içinizdəki ağrını söküb ata biləcəyini söyləsə, qaçacaqsınız. Əslində xilas olmaq istədiyiniz halda, o ağrını yaşamaq üçün müqavimət göstərəcəksiniz.
Həyatınızın qalanını onu düşünərək keçirmək istəyəcəksiniz.
Əksini iddia edənlərə nifrət edəcəksiniz. Hər kəsi ona bənzədib.
Kimsəni onun yerinə qoya bilməyəcəksiniz.
Heç bir şey əyləndirməyəcək sizi.
Dərmanlayara sığınacaqsınız. Bir neçə saat başınızı bulandıran amma əsla onu unutdurmayan. Yalnız bir müddət buzlu şüşənin arxasından seyr etdirən.
Bütün mahnılar sizin üçün yazılmış kimi gələcək. Boğazınız düyünləniləcək, dinləyə bilməyəcəksiniz. Yatmaq çətin, oyanmaq asan olacaq.
Səhəri iplə çəkəcəksiniz. Bəzən də ‘‘Heç günəş doğulmasa'' deyəcəksiniz.
Nə gecələr rahatlaşdıracaq sizi nə gündüzlər. Ölməyi istəyib, ölə bilməyəcəksiniz.
Yuxular görəcəksiniz gerçək olmasını istədiyiniz. Hər sıçrayaraq oyandığınızda onun adını söylədiyinizi görəcəksiniz.
Telefonu gözləyəcəksiniz.. Axtarmayacağını bilə-bilə. Ağlayaraq danışacaqsınız sizi axtaranlarla.
Ürəyiniz yanacaq. Bir daha sevməməyə and içəcəksiniz. Həyata dair heç bir şey etmək gəlməyəcək erəyinizdən.
Onun səsini bir dəfə də eşitmək üçün yanıb alovlanacaqsınız. Dəfələrlə axtardığı günlərin qiymətini bilmədiyiniz üçün özünüzə nifrət edəcəksiniz.
Yaşadığınız şəhəri tərk etmək istəyəcəksiniz. Onunla heç bir anınızın olmadığı bir yerlərə gedib yerləşmək.
Amma bir ümid. Onunla bir gün bir yerdə qarşılaşma ümidi. Bu ümid sizi getməkdən saxlayacaq.
Gəl getlər içində yaşayacaqsınız.


Geri dön

Inciciceyi

  • 16 iyun 2011 09:58
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twkler tesirli melumatdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

tekna_297

  • 14 iyun 2011 23:34
  • Məqalə: 37
  • Şərh: 527
  • Bal:
{awards}
buyurun...

--------------------
emo

...

  • 14 iyun 2011 21:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
olmey istedim lap

R.M_FaNaTka

  • 14 iyun 2011 19:31
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk edirem

--------------------

MiLeyla

  • 14 iyun 2011 15:19
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
recourse BU SEVEREK AYRILANLARIN NE COX DERDI VARMIS.BU SOZLERDENDE ELE CIXIRKI YIXIL OL.AMA YASAMAQ GOZELDI.YANIZ EQAIST INSANLAR HEYATDA OZ HISLERI UCUN TASAYANLARDIR.MENCE INSAN REALIST OLMALIDI.REBBIMIZIN BIZE VERDIYI BU EMANETI LAYIQINCE YASAYAQ. smile

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Musique Sage

  • 14 iyun 2011 14:33
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
maraqlidir

qaraqan_girl

  • 14 iyun 2011 14:11
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
tesekkurler

hazal kaya

  • 14 iyun 2011 13:53
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
spasibo winked

RaminYek

  • 14 iyun 2011 13:52
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
sps

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}