14 iyun Beynəlxalq Qan Donoru Günüdür

 
14 iyun Beynəlxalq Qan Donoru Günüdür


Müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların (ürək, böyrək, mədə-bağırsaq, qara ciyər və s.) müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Bununla əlaqədar olan məsələlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Xalqımızın donorluğa östərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və humanizmi, həmrəyliyi bu işin təşkilinə böyük kömək edir.

Tarix.
1931-ci ilin aprel ayında Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Semaşko adına xəstəxananın nəzdində qanköçürmə kabineti yaradılmışdır. Bu qanköçürmə kabineti 1934-cü ildə Azərbaycan qanköçürmə stansiyasına çevrilmişdir. Bu andan respublika qanköçürmə xidmətinin inkişafında yeni etap başladı.

Sovet İttifaqı dövründə Azərbaycanda il ərzində qanvermələrin ümumi sayı bugünkündən daha çox idi. 1986-cı ildə Azərbaycanda qanvermələrin sayı 173,000 olmuşdur. Bu, Azərbaycanda indiyədək mövcud olan ən yuxarı illik qanvermə göstəricisidir. 2001-ci ilədək qanvermələrin sayı hər il azalaraq 13,000 düşmüşdür. Qanvermələr barədə məlumatların 100% doğru olmadığı ehtimal edilsə belə, o məlumatlar vəziyyətin nə dərəcədə ciddi olmasının aydın göstəricisidir. Qanvermələrin bu qədər az sayı Azərbaycan əhalisinin qanköçürməyə olan əsas ehtiyaclarının ödənilməsinə belə yetmir. Azərbaycanda qan bankı və qan köçürmə xidmətlərinin keyfiyyəti səksəninci illərdən başlayaraq ikinci minilliyin başlanğıcına qədər olan müddət ərzində kəskin şəkildə pisləşdi. İİV/AİDS virusunun yayılmasının qarşısının alınması məqsədilə 2002 ilin payızında BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycandakı Nümayyəndəliyi Azərbaycanda Qan bankının və Qanköçürmə Xidmətlərinin Bərpası layihəsinin icrasına başlandı. Layihənin əsas vəzifəsi Azərbaycanda təhlükəsiz və stabil qan bankının və qanköçürmə xidmətlərinin yaradılmasına yardım etməkdən ibarət idi. Layihə Oslo Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı Nümayyəndəliklərindən olan məsləhətçilərin dəstəyi ilə Pricewaterhouse Coopers -in Norvecdəki Məsləhət Şurasının məsləhət çiləri tərəfindən həyata keçirilir. Layihənin icra müddəti ərzində Azərbaycanda qanvermələrin sayı 2002-ci ildə 14,000-dən 2005-ci ildə 22,000-ə (65%) qədər artmışdır. Bundan əlavə, Bakıdakı qan bankında könullu, ödənilməyən qan donorlarının faizi 48%-dən 76%-dək, Gəncədəki qan bankında isə 58%-dən 72%-dək armışdır.

2002- 2003- cü illlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibi Elxan Rəhimov Norveçdə Beynəlxalq Deleqat proqramı çərçivəsində çalışdığı zaman, Norveç Qızıl Xaçı ilə Azərbaycanda Qan Donorluğu proqramının inkişafına dair razılığa gəlmişdir. Nəticədə, 2004-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Norvec Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə könüllü təmənnasız qan donorlarının cəlb etmə fəaliyyətlərinin həyata keçirilməsinə başlamışdır.

Azərbaycanda qan donorluğun inkişafı adlı proqramı həyata keçirilir. Bu proqram Respublikada könüllü təmənnasız qan donorlarının cəlb edilməsinə yönəlmişdir..

Respublikada aparılan Azərbaycanda Qan bankının və Qanköçürmə Xidmətlərinin Bərpası adlı Proqram çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Respublika Səhiyyə Nazirliyi B.Ə. Eyvazov adına Elmi-tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutu arasında 2004-2007ci illər üçün Anlaşma Memorandumu imzalanmışdır.
Proqramın əsas məqsədi olan könüllü təmənnasız qan donorlarının cəlb edilməsi ilə yanaşı əhalinin bu sahədə maarifləndirilməsi çox vacib fəaliyyətlərdən biridir. Bununla bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Talassemiya Assosiasiyası, Azərbaycan Hemafiliya Assosiasiyası ilə birgə, Qan Bankının mütəxəssislərinin vasitəsi ilə müntəzəm olaraq tələbələrlə görüşlər, təlim-məşğələlər və qanvermə aksiyaları təşkil edirlər.

2004-2006-ci illərdə Azərbaycanda donorluğun inkişafı adlı proqram, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Sabirabad regional mərkəzlərində 62 nəfər təlimatlandırılmış könüllülər tərəfindən 20643 nəfər əhali arasında qan donorluğuna aid əyani vəsaitlər paylanmaqla təbliğat işləri aparılmışdır. Könüllülər təhsil ocaqlarında, müəssisələrdə, təşkilatlarda qan donorluğu haqqında məlumatların səviyyəsini öyrənmək məqsədi ilə sorğular keçirmişdirlər. Belə ki, 1000 nəfərdən 68% qan vermək istəklərini bildirmişlər.
Belə ki, Respublikanın müxtəlif təşkilatlar və təhsil ocaqlarında Lider Televiziya Şirkəti, İqtisad və Tibb Universitetlərində, Tibb Kollecində, Aviasiya Akademiyasında, Milli Elmlər Akademiyasında, Neft Akademiyasında, Qafqaz Universitetində və s. kimi təşkilatlarında qanvermə aksiyaları keçirilmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən və eyni zamanda Qan Bankının verdiyi məlumatlara görə 2004-2006 illər ərzində 1220 nəfər könüllü təmənnasız olaraq qan vermişdir.


2004-cü ildən başlayaraq, bu günə kimi, 14 iyun Ümumdünya Donor Günü Azərbaycan Qızıl aypara Cəmiyyəti tərəfindən təntənəli surətdə qeyd olunur. Həmin gün qan verən şəxslərə, onların belə xeyirxah addımlarına görə xüsusi minnətdarlıq bildirilir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada könüllü təmənnasız qan donorlarının sayının artırılması sahəsində fəaliyyətini davam etdirməkdədir. Belə ki, sağlam həyat tərzi sahəsində maarifləndirmə aparmaq və könüllü təmənnasız donorlarını cəlb etmək məqsədi ilə gənc könüllü donorlardan ibarət Club 25 adlı donorlar Assosiasiyasının yaradılmasına dair fəaliyyət başlamışdır.

Klubun əsas məqsədi Respublikada qan xəstəliklərindən əziyyət çəkən insanlara və qan verən şəslərə(donorlara) xüsusi qayğının göstərilməsindən ibarətdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir hissəsi olan bu klubun üzvlərini cəmiyyətimizin konüllüləri və ümumiyyətlə gənclər təşkil edir. Belə ki, onlar, bu sahədə səhiyyə maarif işi aparmaqla yanaşı Respublikada qan ehtiyyatının bərpa olunmasında əhəmiyyətli yer tutacaqdır. Respublikada talassemiya, hemofiliya və leykemiya Assosiasiyaları ilə əlaqələri qurmaqla yanaşı həmi uşaqlara psixo-sosial dəstəyin təşkil edilməsi də nəzərdə tutulub. Gələcəkdə bu klubun Beynəlxalq Club 25 şəbəkəsinə daxil olması da nəzərdə tutulub.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sağlamlıq işçiləri və könüllüləri Beynəlxalq Qızıl Xaç/Qızıl Aypara Hərəkatın 7 Prinsipinin ruhuna sadiq qalaraq Respublikada ən zavallı insanların həyatlarını yaxşılaşdırmaq işini davam etdirəcək onların sağlam olmasına, normal ətraf mühütin yaradılmasına sağlamlıqla bağlı bütün tədbirlərin keçirilməsinə və eyni zamanda sağlamlığa təsir edən bir çox mənfi amillərin qarşısının alınmasına yardımçı olacaqlar.

QAN HƏYAT VƏ GÜC MƏNBƏYİDİR!

Donor sözü Bağışlayan deməkdir.
Donor qanı yeni həyat verir, başqasının həyatını xilas edir.
Könüllü, təmənnasız verilən qan təhlükəsiz qandır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən tövsiyyə. Könüllü və təmənnasız qan verən zamanı , qan verən şəxsin heç bir marağın olmamasını göstərir. Belə hallarda hər-hansı bir xəstəliyə yoluxma təhlükəsinin faizi azdır.
Qan verən insan zərər çəkmir, əksinə, qan vermək xeyirlidir:
Sizin qan hüceyrələrininz təzələnir və aktivləşir;
Sizin həyatınız üçün vacib orqanların (ürək, böyrək, mədə-bağırsaq, qara ciyər və s.) fəaliyyəti artır;
Sizin qanınız ( qan qrupu, hemoqlobin, hepatit B, C, HİV/QİCS və s.) xəstəliklərin göstəriciləri mütəxəssislər tərəfindən pulsuz yoxlanılır; Donorluğun əsas meyarı: XƏSTƏYƏ MAKSİMUM FAYDA VƏ DONORA HEÇ BİR ZƏRƏR VERMƏMƏKDİR
Kim qan donoru ola bilər?
Yaşı 18-65 arasında olan hər bir sağlam şəxs;
Çəkisi 50 kq, boyu 150 sm-dan az olmayan şəxs;
İnfeksion xəstəliklər(sarılıq, malyariya və s.) keçirməyən şəxs;
Cərrahi əməliyyat keçirməyən şəxs;
Görmə qabiliyəti normal və (-5),(+5) qədər olan şəxs;

[color#CC0000]Hər birinizi qan verməyə çağırırıq!

Etdiyiniz bu xeyirxahlıq bəlkə bir gün Sizin və ya yaxınlarınızın həyatını xilas edəcəkdir.
[/color]


Geri dön

Inciciceyi

  • 16 iyun 2011 09:31
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

hazal-kaya

  • 15 iyun 2011 02:13
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
yaxşı gündü məncə

R.M_FaNaTka

  • 14 iyun 2011 19:22
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

hazal-kaya

  • 14 iyun 2011 19:08
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
teşekkürler

qonce

  • 14 iyun 2011 17:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,oxudum bildim bilmirdim.

lema

  • 14 iyun 2011 16:32
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
hamısını oxudum bu günün qan donor günü olduğunu bilmirdim.gözel mövzuya toxunmusan.twk baciş....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

RaminYek

  • 14 iyun 2011 16:31
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
TWK

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

hazal kaya

  • 14 iyun 2011 16:15
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
xebere gore twk

nigar_kolik

  • 14 iyun 2011 16:07
  • Məqalə: 1
  • Şərh: 93
  • Bal:
{awards}
ne diyim

Beynəlxalq Qan Donoru Günümuz mubarek wink
twkler

--------------------
Sev amma ürəkdən olsun...
gəl amma əbədi olsun. ..
getmək istəsən mənidə apar. ..
getdiyimiz yer qara torpaq olsun...!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}