İki qurbanlıq arasındakı fərq

 
İki qurbanlıq arasındakı fərq

Allahın özünə «Xəlil» (dost) seçdiyi Həzrəti İbrahim sınaq meydanına çəkilir.
O, Allahın əmri ilə sevimli həyat yoldaŞı Hacəri və illər boyu həsrətində olduğu
İsmaili susuz səhraya aparmıŞdı. İbrahim (ə), Hacər və İsmail susuz səhrada.
Bir azdan İbrahim (ə) gedəcək, Hacər ilə südəmər İsmail tək qalacaq.
Onlar artıq təkdirlər. Allahın dostu beləcə öz ailəsini qurban verir.

İki qurbanlıq arasındakı fərq

Allah yer üzündə öz yerinə xəlifə seçdiyi İmam Hüseyni (ə) ailəsi və səhabələri ilə
birlikdə Kərbəla çölündə görmək istəyir. Həcc ziyarəti qurtarar-qurtarmaz Allah aŞiqləri
artıq Kərbəla çölündədirlər. Hacər İsmailin ah-naləsini eŞidib səhraya üz tutur,
su tapmasa da qayıtdıqda Allahın onlara hədiyyə etdiyi və İsmailin ayaqları altında Zəm-Zəmin
qaynadığını görür. İnsanlar qiyamətə qədər bu sudan içəcək, dəstəmaz alacaq.

İki qurbanlıq arasındakı fərq

Amma İmam Hüseyn (ə) də xanımlarını və körpə südəmər ciyərparəsini Kərbəla
çölünə gətirdi. Amma Hacərdən fərqli olaraq İmam Hüseynin (ə) xanımlarını susuz
qoyub döydülər, boyunlarından, qulaqlarından zinət əŞyalarını qopardılar.
İsmaildən fərqli olaraq Əliəsğər üçün su qaynamadı, susuz qalmaqla yanaŞı atasının
qolları üstə körpə bağazı üç guŞəli oxla vurulub qanına qəltan oldu.
İbrahim (ə) ailəsi ilə birlikdə imtahandan çıxdı və Allah onlara Zəm-Zəmi hədiyyə etdi.

İki qurbanlıq arasındakı fərq

İmam Hüseyn (ə) də imtahandan çıxdı, amma Allah ona göz yaŞını hədiyyə etdi.
Qiyamət gününə qədər onu sevənlərin göz yaŞları İmam Hüseynin (ə) hədiyyəsidir.
Zəm-Zəm suyu ilə dəstəmaz almağın və onu içməyin savabı yoxdur. Amma İmam Hüseyn (ə)
üçün axıdılan göz yaŞlarının savabı olduqca çoxdur. Çünki Zəm-Zəm suyu daŞı yararaq
çıxır, İmam Hüseyn (ə) üçün axıdılan göz yaŞları isə qəlb evindən çıxır.
Bunlar Şairənə sözlər deyil, həqiqətdir. Peyğəmbər (s.ə.s) sevimli övladının müsibəti
haqda buyurduğu hədislərdən birində buyurur: Qiyamət günü Hüseynim üçün ağlayan
gözlər bəla görməz.İmam Cəfər Sadiqdən (ə) nəql olunan hədisdə buyurulur:
Kim babam İmam Hüseynə (ə) ağlasa, yerindən qalxmazdan əvvəl günahı
dəryalar qədər olsa belə hamısı bağıŞlanar.

İki qurbanlıq arasındakı fərq

Elə bu səbəbdən də Peyğəmbər (s.ə.s) və məsum imamlar İmam Hüseynin (ə) faciəsinin
hər il qeyd olunmasına təkid etmiŞlər. Bundan əlavə, baŞ verən hadisəni hər il
qeyd etməklə İmamın (ə) bizlərə örnək olaraq qoyduğu azadlıq məktəbini xatırlamıŞ
oluruq. İmam Hüseyn (ə) qiyamı «Qanın qılınc üzərindəki qələbəsi» idi.
Tarixdə bəlkə də ilk dəfə idi ki, məğlub edən yox, məğlub edilən tərəf qələbə
çaldı.AŞura hadisəsi bizlərə xeyrin Şər üzərində qələbəsini simvolizə edən hadisədir


Geri dön

Inciciceyi

  • 16 iyun 2011 09:07
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

RaminYek

  • 15 iyun 2011 21:23
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

NELLY19

  • 15 iyun 2011 14:38
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tewekkur edirem maraqli xeber ucun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}