Ömrü Ramazan olanın axirəti bayram olar!

 
Ömrü Ramazan olanın axirəti bayram olar!

Zamanı və insanı yaradanın, vəhyi endirənin, zamanı və insanı vəhylə şərəfləndirənin adı ilə başlayıram...
Zaman da eynən insan kimi bir sirr yumağıdır. Zaman yumağının içində nəyi gizlətdiyini ancaq Allah bilir. Yaşanmış zamanın hesabını aparan, yaşanacaq zamana dair xəyallara dalıb planlar quran yeganə məxluq insandır.
Zaman, insan və vəhy...
Üçünün birləşdiyi nöqtə "şahidlikdir".
Allah zaman və onu əmələ gətirən parçalara and içər.
"And olsun əsrə... Açılan sabaha and olsun... Quşluğa and olsun... And olsun gündüzə... Keçib getməkdə olan gecəyə and olsun... Şəfəqə and olsun..." Hamısı da vəhy olan bu andların məqsədi zamanın insana şahid olduğunu xatırlatmaqdır. Bu xatırlamanın məqsədi də insanın zamandan gözəl şəkildə, doğru və əlverişli istifadə etməsidir. Əks təqdirdə insan, ona ehsan edilən zaman nemətini öz əleyhinə şahid qılmış olacaqdır. Bu, ikitərəfli ziyandır: Birincisi zaman əmanətini zay etmək surətiylə, ikincisi onu əleyhinə duran şahidə çevirmək surətiylə.
Ömrü Ramazan olanın axirəti bayram olar!
Zamanı insana şahid tutan Allah, insanı da Öz zatına şahid tutmuşdur. Kəlimə-i şəhadət, bu şahidliyin ən gözəl ifadəsidir. Allaha şahid olmağa çağırılmaq həm bir şərəf, həm də şərəflərin ən böyüyüdür. Zira Allaha şahid olmaq şahidliklərin ən böyüyüdür və ən böyük olana şahidlikdir. Ən böyüyə şahid olmaq ən böyük şərəfə nail olmaqdır. Zatıyla qaim, öncəsiz ön və sonrasız son, mütləq diri və sonsuz varlıq sahibi Allahın insanın şəhadətindən əldə edəcəyi heç bir mənfəəti yoxdur! O, zatına şahid tutmaqla insanı şərəfləndirmək istəmiş, ona bəxş etdiyi ağıl və iradənin önünə sonsuz bir üfüq açmışdır. Məgər Allah zu'l- me'aric, yəni "təkamül mərtəbələrinin sahibi" [70:3] deyilmi? İnsana da bu mərtəbələrə ucalması üçün imkanlar vermiş, fürsətlər bəxş etmişdir.
Ömrü Ramazan olanın axirəti bayram olar!
Allahın bəxş etdiyi bu ucalıq və yüksəliş imkanlarının başında vəhy gəlir. Vəhy də eynən zaman və insan kimi şahiddir. Şahid olduğu üçündür ki, vəhy özünü məcid, kərim, əziz kimi sifətlərlə təqdim edər. Bu sifətlərin hamısı da "fail" [şahid] kimidir. İlahi kəlam insana enmişdir və insan o kəlamı daşıyıb-daşımayacağından dolayı hesaba çəkiləcəkdir. Vəhy endiyi insanın ona qarşı davranışı haqqında şahidlik edəcəkdir. "Gəzən Quran" olan Peyğəmbərin "şahid" [şahidən] olaraq göndərilməsi də vəhyin şəhadəti bağlamanda anlaşıla bilər.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 12:46
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 29 may 2011 20:20
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN=)

--------------------

nilayka

  • 2 may 2011 19:36
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Tşk xəbər üçün dəyərli yazıdi. Allah razı olsun

--------------------

_RONALDO_

  • 28 fevral 2011 18:26
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------

MuslimGirl

  • 2 yanvar 2011 12:42
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Azeri_Gozeli,
Gecə Şehi,
deymez. Cox sag olun

Just For Legend

  • 5 dekabr 2010 16:39
  • Məqalə: 407
  • Şərh: 3195
  • Bal:
{awards}
cox sag ol xeere gore

--------------------

Azeri_Gozeli

  • 12 oktyabr 2010 19:13
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah her kesin orucunu qebul elesin cox sag ol

--------------------

MuslimGirl

  • 30 avqust 2010 19:05
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Ulya,
deymez,ezizim.

Ulya

  • 20 avqust 2010 17:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol bele gozel movzuya gore

MuslimGirl

  • 19 avqust 2010 00:28
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Sitat: dangerous_angel
ALLAH RAZI OLSUN=)

Allah butun muselmanlardan razi olsun!

Sitat: ZoLuShKa
Allah oruc tutanlarin oruclarini qebul etsin.Amin

Amin!

Sitat: Yusif
bayramimiz mubarek olsun

Hamimizin bu mubarek bayrami mubarek olsun!

Yusif

  • 19 avqust 2010 00:15
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
bayramimiz mubarek olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}