Ad qoyarkən düşünün

 
Ad qoyarkən düşünün

Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu gecə isim verildiyi kimi, doğumunun üçüncü və ya yeddinci günündə ad qoyula bilər.
Peyğəmbər (s.ə.s) oğlu İbrahim dünyaya gəlincə: “Bu gecə bir oğlum doğuldu - ona İbrahim Peyğəmbərin adını verdim” , - buyurmuşdur (Əbu Davud, Cənaiz, 24). Bu hədis adın nə zaman qoyulacağı barəsində önəmli bir dəlildir. Həmçinin, Peyğəmbər (s.ə.s) bir kimsəyə birdən artıq ad qoyulmasını da bizə bildirmişdir.(Buxari Mənakib, 17, Müslim, Fəzail, 124)
Mənası İslam əqidəsinə uyğun olmayan, dinin yasaqladığı bir anlam daşımayan adların uşaqlara verilməsi düzgün deyil.
Peyğəmbər (s.ə.s) yeni müsəlman olanların cahiliyyə dövründəki adlarını dəyişdirməzdi. Ancaq bu adlar arasında mənası çirkin və ya Allahdan başqasına qulluğu ifadə edənlər varsa, məsələ müşriklərin ibadət etdiyi bütlərdən biri olan Uzzanın qulu anlamındakı Abduluzza, Kəbənin qulu anlamındakı Abdulkabə və ona bənzər isimləri, xüsusən Allahın qulu mənasındakı Abdullah və ya Rəhmanın qulu mənasında Əbdürrəhman kimi adlarla dəyişdirdi. Kəsmək anlamına gələn Sarim ismindəki bir səhabənin adını da, xoşbəxt mənasına gələn Said, Bərra olan bir qadının adını Zeynəb olaraq dəyişdirmişdir. (Buxari, Ədəb, 108, Əbu Davud, Ədəb, 62) Həmçinin Firon və Qarun kimi zülm və küfr simvolları olan adların da verilməsi dində qadağandır.
Allah qatında isimlərin ən gözəli Abdullah və Əbdürrəhmandır. (Buxari, Ədəb, 105-106; Müslim, Ədəb, 2; İbn Macə, Ədəb, 2)
Uşaqlarımıza verəcəyimiz adlar, Allaha qulluq ifadə edən, İslamı qayələrə və insan heysiyyətinə uyğun, çevrəmizdəki insanların, xüsusi ilə də qulağa xoş gələn, İslam böyüklərindən xatirə qalan, mənası gözəl olan isimlərdən hər hansı biri ola bilər. Daha öncədən heç duyulmamış, anlamsız ifadələr daşıyan, İslam toplumunda heç istifadə olunmayan uydurma və müsəlman olmayanlara aid adların uşaqlarımıza isim olaraq verilməsi doğru deyildir. Çünki Peyğəmbər (s.a.s) demişdir: “Qiyamət günündə atalarınızın adı ilə çağırılacaqsınız. Bu baxımdan uşaqlarınıza gözəl adlar qoymağınız məsləhətdir”.(Əbu Davud, Ədəb, 61; İbn Hənbəl, V, 194)


Geri dön

music_angel

  • 1 sentyabr 2011 12:47
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

Ulya

  • 20 avqust 2010 19:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk xebere gore

MuslimGirl

  • 20 avqust 2010 14:16
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Cox maraqli xeberdir. Bunu her bir ailenin bilmesi vacibdir.

DaMLa

  • 20 avqust 2010 13:44
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Təşəkkür xəbər üçün...

--------------------

_Unal_

  • 20 avqust 2010 12:18
  • Məqalə: 64
  • Şərh: 251
  • Bal:
{awards}
xebere soz ola bilmez.Cox beyendim elleriniz var olsun

--------------------

winner...

  • 20 avqust 2010 11:54
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
maraqli idi..tewekkurler..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}