Mobil telefonlar xərçəng xəstəliyi yaradır!

 
Mobil telefonlar xərçəng xəstəliyi yaradır!

Mobil telefonlar xərçəng xəstəliyi yaradır!
"The Daily Mail"ə istinadən bildirir ki, mobil telefonlar insan orqanizmində xərçəng xəstəliyi yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müxtəlif ölkələrdən olan ekspertlərdən ibarət qrupu onlarla elmi araşdırma və tədqiqatların nəticələrini təhlil edərək belə nəticəyə gəlib ki, mobil telefonlardan istifadənin beyin xərçəngi yaratma riski həddən ziyadədir.

Fransanın Lion şəhərindəki Beynəlxalq Xərçəng Xəstəliklərinin Tədqiqatı Agentliyi bir həftə davam edən araşdırmalardan sonra bu hesabatı açıqlayıb. Komissiya üzvləri insan orqanizmində xərçəng xəstəliyi ilə mobil telefonlar, mikrodalğalı sobalar və radarların yaydığı elektromaqnit şüalanmanın əlaqəsini araşdırıblar.

Liondakı agentlik ÜST-ə daxil olduğundan, bu qurumun hesabatı bütün dünya ölkələrinin səhiyyə nazirlikləri və təşkilatlarına yayılacaq.

Araşdırmaların nəticələrinə əsasən, komissiya mobil telefonları 2B sinfinə şamil edib. Bu isə mobil telefonlardan istifadənin insan orqanizmində xərçəng yaratması ehtimalının həddən ziyadə olması deməkdir.
2B qrupuna DDT tipli pestisidlər və avtomobil mühərrikinin tüstüsü daxildir.

ÜST-ün indiki hesabatı təşkilatın ötənilki açıqlaması ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, ötənilki açıqlamada Ümumdünya Səhiyyə Təşkilatı mobil telefonlardan istifadə ilə beyin xərçənginin yaranması arasında birbaşa əlaqənin olmadığını bildirmişdi.

Liondakı komissiyanın rəsmisi Conatan Sametin dediyinə görə, onun çalışdığı təşkilatda 15 ölkənin nümayəndəsi var. "Hazırda yetərincə sübut və dəlil toplamışıq. Birmənalı şəkildə bildirirəm ki, naqilsiz və mobil telefonlar insan orqanizmi üçün təhlükəli kanserogenlər siyahısına daxildir. Müxtəlif epidemioloji araşdırmalar sübut edib ki, mobil telefonlar insan orqanizmində gliomalar (beyin şişi) yaradır", - C.Samet deyib.

Mütəxəssislər bununla yanaşı, mobil rabitədən imtinaya çağırmırlar. Sadəcə, mobil telefonlardan ifrat dərəcədə, sürəkli istifadə etmək məsləhət görülmür.

Beynəlxalq Mobil Operatorlar Assosiasiyasının icraçı direktoru Con Kuk isə bəyan edib ki, mobil telefonlardan istifadənin tam təhlükəszliyini təmin etməyə çalışırlar: "Bunun üçün əlimizdən gələni edirik".


Geri dön

.♣.Chrysalis.♣.

  • 25 dekabr 2011 00:04
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

NELLY19

  • 3 avqust 2011 12:36
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tesekkurler xebere gore

AliNikA

  • 2 iyul 2011 19:05
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
twklerrrrrrrr

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

GlamouR_

  • 19 iyun 2011 23:49
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
coox sag olun maraqi werhlerinize gore :))

--------------------

Inciciceyi

  • 17 iyun 2011 10:36
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler deyerli xeberdi
ammaki telefonsuz durmaq olmur axi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

hazal-kaya

  • 16 iyun 2011 12:46
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
tewekkurler

RaminYek

  • 16 iyun 2011 12:39
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
tfuuuuu mende teze telefon alirdim bed xebere gore twk)))

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 25
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}