Nə Edim?!

 
Nə Edim?!

Sıxılır köksüm amandır,çatacaq son məqama
Görəsən hansı səbəbdən bu cahan dardı mənə
Sürüdür, təhrik edir ruhum halaldan harama
Gecələr sanki məzəmmətlə baxır gözlərimə

Sual etdim özüm-öz mənimə kimdir bu dedim
Çıxacaq axırıma, əvvəlimikən, nə edim!?


Nədir o, yaxşıya pis, pislər üçün yaxşı olan
Harda ləzzət var, o yerçün gözəl ad fikr eləyir
Yaşa bir günlə,söz at namusu,pak abrı olan
Gəlin olsun, ya da qız, fərq eləməz, söylə deyir

Cahil ol, çünki cavansan, hələ çoxdur səbəbin
Eləyir vəsvəsə mən yazığı hərdən, nə edim!?


Mənə etməz bu kifayət ki, işim pis gətirər
Elədiklərimin üzündən bu üzüm qapqaradı
Mənə xoşdur o təam ki,onu iblis gətirər
Çün onun ismi gözəl, üstü bütün zərxaradı

Görəsən kim alacaq “uçmaga” xəlvət biletim
Axa gözlər, ötə cərəyan bədənimdən, nə edim!?


Yox olub gözlərimin nuru, büzüşmüş vücudum
Dizimin taqəti boş başımın əlindən çəkilib
Bir zaman valideynlərimə “əyilməz” qürurum
Bu gün əllərdə gəzən sadə varaqtək bükülüb

Hansı əziyyəttli həyatdan belə artır gileyim
Olum azad bu “şirin zülm”ün əlindən, nə edim?!


Məni hifz eylə İlahi, qəbul et tövbələrim
Çünki ol xəstə könül dərdə dəva səndə tapar
Mənə rəhm eylə əgər vardısa bir xoş əməlim
Bəlkə ruhum ayıla, yoxsa ki, qəflətdə yatar!

Düşünüm, duyğulanım, mən daha Haqq yolunu gedim!
Çıxmasın bir sual hərgah bu dilimdən, Nə edim!?


Şükürov, etmə vəfa fani ömür karvanına
Ona sarbanlıgı sən təyin edən şeytan edir
Söymə heç vaxt zamanın pis gətirən dövranına
Dəhri ALLAH yaradib, pis nə edir, insan edir

Uca ol, insanı ALLAH, ucalarçün var edib
Demə, verdim o cür imkanı əlimdən, Nə edim!?


Geri dön

Narka E-ZaDe

  • 8 avqust 2011 13:44
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
xebere gore twk.....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

NELLY19

  • 26 iyul 2011 17:35
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
se rlere gore tewekkurler

only-girl

  • 16 iyun 2011 12:50
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Uca ol, insanı ALLAH, ucalarçün var edib
Demə, verdim o cür imkanı əlimdən, Nə edim!?

twk sheire xoshuma gelmedi

--------------------

Jasmi

  • 16 iyun 2011 12:30
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
tewekkurler ela seirdiiii love

--------------------

Bu Menem

  • 16 iyun 2011 12:29
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

Inciciceyi

  • 16 iyun 2011 12:14
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler superdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Musique Sage

  • 16 iyun 2011 12:03
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesirlidir vawww

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}