HP TouchPad Wi-Fi Planşeti Artıq İyulun 1-dən Etibarən Satışa Çıxarılacaq

 
HP TouchPad Wi-Fi Planşeti Artıq İyulun 1-dən Etibarən Satışa Çıxarılacaq

HP şirkəti blldirib ki, TouchPad Wi-Fi planşeti artıq 1 iyuldan etibarən satışa çıxarılacaq.

Təbii ki, ilk günlərdə məhsul ABŞ-da satışa çıxarılacaq. Bir neçə gün sonra planşet Böyük Britaniya, Almaniya, İrlandiya və Fransa, iyulun ortalarında isə Kanadada ictimaiyyətə təqdim olunacaq.

Müəyyən olunmuş təchizat qrafikinə əsasən, TouchPad Wi-Fi planşeti həmçinin İtaliya, İspaniya, Avstraliya, Honq-Konq, Yeni Zelandiya və Sinqapura da göndəriləcək.

HP TouchPad planşetini həm pərakəndə satıcılardan, həm də birbaşa HP-nin şirkətindən əldə etmək mümkündür.

HP TouchPad Planşetinin Dəyəri

16 və 32 Gb daxili yaddaşla təchiz olunan modellərin qiyməti müvafiq olaraq $500 və $600 olacaq. İstər Şimali Amerika, istərsə də Avropada HP TouchPad üçün ilkin sifarişlər artıq 19 iyundan etibarən qəbul olunacaq.

Xatırladaq ki, HP TouchPad planşeti bu ilin fevral ayında rəsmi olaraq nümayiş edilmişdi.

HP TouchPad Planşetinin Başlıca Göstəriciləri:
9,7″ sensor ekran (1024×768);
İkinüvəli 1,2 GHz Snapdragon APQ8060 prosessoru;
HSPA+, Bluetooth 2.1+EDR və Wi-Fi 802.11b/g/n simsiz rabitə modulları;
1,3 mp kamera;
Akselerometr;
Hiroskop;
Rəqəmli kompas;
İşıqlanma sensoru;
3,5-mm audio-port;
WebOS 3.0 əməliyyat sistemi.


Planşet alıcılarına həmçinin bir sıra aksessuarlar: HP Touchstone Charging Dock induktiv enerji təchizatı qurğusu, HP TouchPad Wireless Keyboard simsiz klaviaturası və HP TouchPad Case örtüyü də təklif olunacaq. Bu əlavələrin hər birinin qiyməti təqribən 50-80 dollar civarında tərəddüd edəcək.

HP TouchPad planşetinin 3G şəbəkələrini dəstəkləyən versiyası isə bu ilin yayında təqdim olunacaq.


Geri dön

xXxboykaxXx

  • 3 iyul 2011 11:38
  • Məqalə: 0
  • Şərh: 112
  • Bal:
wink am am

Bu Menem

  • 17 iyun 2011 14:31
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws cixsin notbukla eyni firma olar ela winked

Inciciceyi

  • 17 iyun 2011 10:32
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
cox sag olun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

RaminYek

  • 16 iyun 2011 12:55
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}