Dünya iki ildən sonra çökəcək?

 
Dünya iki ildən sonra çökəcək?

Qlobal maliyyə böhranı barədə qabaqcadan xəbər verən Nobel mükafatı laureatçısı, Nyu-York Universitetinin professoru Nuriel Rubini yeni proqnoz verib. 2008-ci il böhranını hamıdan öncə xəbər verən professor yenidən qlobal iqtisadi kataklizmlər barədə xəbərdarlıq edib. Məşhur iqtisadçının ən son proqnozu bu günlərdə ictimaiyyətə təqdim olunub. ANS PRESS-in “The Financial Times”a istinadən verdiyi xəbərə görə, iqtisadçı sözügedən qəzetdə dərc etdirdiyi məqaləsində iki ildən sonra dünya iqtisadiyyatının öz nəticələri ilə bütün əvvəlki böhranları üstələyən “ideal fırtına” ilə əhatə olunacağını bildirib.

Professorun fikrincə, o, Çin iqtisadiyyatının artım tempinin azalması, Avropada borc böhranı, Yaponiyada durğunluq və ABŞ-da köhnə maliyyə problemləri kimi bir çox qlobal amillərin əsasını qoyacaq. Bütün bu amillərin “ideal fırtına”da cəmləşmə ehtimalını Rubini 30 faiz qiymətləndirir.

İqtisadçı öz məqaləsində əsas diqqəti Avropadakı vəziyyətə ayırır. Onun fikrincə, Avropa iqtisadiyyatında yayılan borc böhranı ilə mübarizəyə mərhələli yanaşma nəticə verməyib. Regionun köklü problemləri və ilk növbədə qitə ölkələrinin iqtisadi bərabərsizliyi həll olunmamış qalır. Bu o deməkdir ki, yaxın gələcəkdə Avropa ölkələri borc məsələlərini birdən həll etmək qərarına gələcəklər ki, bu da valyuta ittifaqının dağılmasına gətirib çıxaracaq.

Kapital yatırımlarından danışan mütəxəssis həmçinin bildirib ki, heç Amerika da sərmayə yatırımları üçün ideal sığınacaq deyil. İqtisadçı Amerikanın istiqraz bazarında “üsyan” ehtimalını istisna etməyib.

“Bu il bizim büdcə defisitimiz 1 trilyon dolları ötür. Gələn il də belə olacaq və ola bilsin ki, 2013-cü ildə həmçinin. Hansısa məqamda Avropada olduğu kimi bazarın oyanma və faiz dərəcələrinin artma prosesinin başlanması riski də var ki, bu da dünya iqtisadiyyatının bərpasını mümkünsüz edəcək”, - deyə o bildirib.

Professor Çini də diqqətdən kənarda qoymayıb. Onun rəyinə görə, Çin iqtisadiyyatının sürət tempinin aşağı düşməsi 2013-cü ildə əməli olaraq qaçılmaz olacaq. O hesab edir ki, Çin hakimiyyəti böhrandan qaçmaq üçün yaxın illərdə əsas kapitala investisiya yatırımlarını azaltma və daxili istehlakı artırma siyasətini aparmalı olacaq.

Etiraf etmək lazımdır ki, Rubininin sübutları kifayət qədər dəqiqdir və onun proqnozlarının həqiqətən özünü göstərməsi ehtimalı var. Və onun dediklərinin ard-arda deyil, eyni zamanda baş verəcəyinə də heç bir zəmanət yoxdur. Bu münasibətlərdə ən problemli ünsür Avropadır. Baş verən son hadisələr mahiyyət etibarı ilə Yunanıstanda daxili çaxnaşmanın yaranması və bunun dövlət çevrilişi ilə başa çatma ehtimalını artırır.


Geri dön

gul_93

  • 19 iyun 2011 12:37
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
HM OLA BILER TWKLER

_H.O.S.T_

  • 16 iyun 2011 21:14
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Her wey ALLAHin elindedi ozlerinden uydururlar Allah ne vaxt istese o vaxtda dunya cokecek

isayev.elvin

  • 16 iyun 2011 12:55
  • Məqalə: 0
  • Şərh: 82
  • Bal:
{awards}
her sey allahin elindedi belke iki gunden sonra cokecek ne bilmek olar?

--------------------
kicik insanlarin kolgesi boyudu biz gun batan yerdeyik

Bu Menem

  • 16 iyun 2011 12:31
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws amma her sey allahin elindedir

Inciciceyi

  • 16 iyun 2011 12:09
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Her wey allahin elindedi
Allah bilen meslehetdu

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

tuilip

  • 16 iyun 2011 12:04
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
NECENCI DEFEDIR KI, BU HAQDA ESIDIRIK. ARTIQ BU SOHBETLERE INANMIRAM.
THANKS

--------------------
(Heyatdan zovq almaq ucun qarsinda meqsedin olmalidir)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}