Qız qalası bərpa olunur

 
Qız qalası bərpa olunur

Qız Qalası abidəsinin bərpa və muzey konservasiyası işlərinə başlanılıb. Bərpa işləri Avstriyanın “Atelier Erich Pummer” şirkəti tərəfindən aparılır.

Şirkətin müdir müavini Çingiz Nemanzadə bildirib ki, işlərin aparılmasında məqsəd fasadın monolitliyini bərpa etməkdir: “Sadə insan bu abidənin bərpasına ehtiyac olmadığını düşünə bilər. Lakin Qız Qalasının fasadı bərbad gündədir və bərpa işlərinə böyük ehtiyac var. Bərpa işləri elə aparılmalıdır ki, qalanın görünüşündə problem yaranmasın və bu, tarixi abidənin qədimliyinə xələl gətirməsin”.

İş icraçısının sözlərinə görə, son illərin tədqiqatları Qalanın bərpasının qaçılmaz olduğunu göstərir: “Qalanın daşlarının arasında böyük boşluqlar var. Həmin boşluqlar da tikili üçün böyük təhlükədir. Biz xüsusi hazırlanmış məhlullar vasitəsilə boşluqları dolduracağıq. İşlərin çətinlikləri ondan ibarətdir ki, bərpa zamanı tarixi abidəyə heç bir zərər gəlməməlidir. Qala heç bir kənar element əlavə edilmədən bərpa ediləcək”.

Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin bərpası üçün nəzərdə tutulan xüsusi materiallardan istifadə olunacaq. Bu işlər üçün 2 il ərzində xüsusi tədqiqat aparılıb, sınaq sahəsi işlənilib. Qala məhz sınaq sahəsi əsasında bərpa olunacaq. Əsas bərpa işləri ayaqaltılar quraşdırılandan sonra, 1-2 həftəyə başlanacaq.

Çingiz Nemanzadənin sözlərinə görə, bərpa işlərinə xarici mütəxəssislərlə yanaşı, 4 nəfər də yerli mütəxəssis çalışacaq. Onlar xarici mütəxəssislərdən bərpa elminin sirlərini öyrənəcəklər. Sonradan həmin insanlar “Atelier Erich Pummer” şirkətinin rəhbərliyi altında Qız Qalasının içərisində bərpa işlərini davam etdirəcəklər.

Çingiz Nemanzadənin sözlərinə görə, bərpa zamanı tarixi abidənin dəqiq hansı dövrə aid olması haqqında mübahisələrə də son qoyulacaq.

“İyunun 16-da “Atelier Erich Pummer” şirkətinin rəhbəri Erich Pummerin rəhbərliyi altında tarixi abidələrin problemlərilə məşğul olan qrup Bakıya gələcək. Onlar Qız Qalası ilə bağlı xüsusi tədqiqat aparacaqlar. Bunun əsasında abidənin yaşı ilə əlaqədar dəqiq məlumat öyrənə biləcəyik. Bir aydan sonra Bakıya xüsusi avadanlıq gətiriləcək. Bu aparatlar vasitəsilə divarın dərinliklərini, yerin altını və s. öyrənə biləcəyik. Bəlkə hansısa dərinlikdə boş, yaxud otaq var. Bütün bunlar araşdırılacaq”, – deyə Çingiz Nemanzadə vurğuladı.


Geri dön

KriMiNaLkA

  • 18 iyun 2011 22:23
  • Məqalə: 9
  • Şərh: 197
  • Bal:
thanks love

Inciciceyi

  • 17 iyun 2011 10:19
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Tewekkurle
duzelsin baxaq gorekde

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

MiLeyla

  • 16 iyun 2011 15:20
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
GOREK BUNDAN SONRA NEYLEYECEKLER. am angry

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

gulshen

  • 16 iyun 2011 14:44
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
tesekkurler

RaminYek

  • 16 iyun 2011 14:19
  • Məqalə: 44
  • Şərh: 568
  • Bal:
{awards}
Inwallah twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

Musique Sage

  • 16 iyun 2011 14:18
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
eurovisiona qeder her berpa oluub temizlenecek

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 40

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 722
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}