Hüseyn Dərya: "O, mənim sevgimə mane olur"

 
Hüseyn Dərya: "O, mənim sevgimə mane olur"

Azərbaycanda rep sənətinin kökləri yaxın keçmişimizdən başlayır. Az müddət ərzində rep musiqisi milyonların sevgisini qazanmaqla yanaşı, milli reperlərimizi də meydana çıxardı. Bu günkü qonağımız ən məşhur reperlərdən biri Hüseyn Dəryadır.

Hüseyn Dərya bu sənətdə ilk addımlarını atdığı gündən az müddət sonra çox məşhurlaşıb, milyonlarla gəncin sevimlisinə sevrildi. Bu məşhurluq onun həyatında müxtəlif eniş-yoxuşlarla müşahidə edildi. Lakin o, bütün bunlara sinə gərib boş yerə sevilmədiyini sübut elədi.

- Çoxların sevimlisi Hüseyn Dərya və çoxlardan biri olan Hüseyn Dərya. Bunlar bir-birinə necə nəzarət edir? Hansı o birisinə mane olur və yaxud əksinə, kömək edir?

- Əslində, Hüseyn Dərya çoxlardan biri olan Hüseyn Muradova mane olur.
Sənətimizə görə çoxların arasında seçilib tanınmağımıza baxmayaraq, biz də onlardan biriyik. Onlar kimi yeyirik, yatırıq, nəfəs alırıq. Biz də adi insanıq, özümüzə məxsus arzularımız, sevdiklərimiz, dostlarımız var. Yəni bütün düşüncələrimiz sırf sənətlə bağlı deyil, insani düşüncələri bizlər də hiss edirik.

O da doğrudur ki, insani düşüncələri insan simasını itirməyənlər hiss edirlər. Həqiqətən də, Hüseyn Dərya Hüseyn Muradova insanlara qarışıb-qaynamağa, onlar kimi sərbəst istirahət etməyə, ailəsi ilə piknik etməyə mane olur. Hələ ki, başımız sənətimizə qarışıb, həyatdan ürəyimiz istədiyi kimi həzzi ala bilmirik. Vaxt gələcək, qocalacağıq, həyatın ləzzətini duymaq üçün gənclik həvəsi öləcək. Bəlkə də o zaman bu günlər üçün təəssüflənəcəyik.

Mən də bütün atalar kimi nə qədər ki, oğlum balacadır, onunla vaxt keçirmək, onunla oynamaq, onun qabağımda yıxılıb ağladığını görmək və «ata qurban» deyib onu sakitləşdirmək istəyirəm. Mən oğlumun uşaqlığının necə keçməsini görmürəmsə, o, 15 yaşına çatanda ayılıb görəcəyəm ki, artıq gecdir, onu oxuya bilməyəcəyəm. Övladım olmasına baxmayaraq, onun psixologiyası, düşüncəsi, marağı mənim özümə müəmmalı olacaq.

Bundan başqa, Hüseyn Dərya Hüseyn Muradova sevdiyi insanlara öz sevgisini çatdırmağa mane olur. Görürsən ki, gözümün ağı-qarası bir xalam qızı var, onun nişanı vaxtı mən Rusiyada konsertdə oluram. Artıq bu zaman özüm-özümə, Hüseyn Dəryaya nifrət edirəm. Çünki o, mənim sevgimə mane olur. Artıq yaydır, insanlar dincəlmək barədə fikirləşirlər, dost-tanış yığışıb istirahətə gedirlər. Amma mən iş başındayam, təzə klipimin çəkilişləri yenicə başa çatıb. Bundan başqa, «Pik-productions»u yeni layihəsi olan «Çempionla bir gün» verilişində aparıcılıq edəcəyəm. Yeni albomumun üzərində tamamlama işləri gedir. Onun təqdimatına hazırlaşıram. Yəni işlərim çoxdur.

İş çox olanda da stresslər, əsəblər də çox olur. Bu streslərin nəticəsində insanların sevimlisinə çevrilsəm də özümü-özümdən, sevdiklərimdən uzaqlaşdırır. Hüseyn Drəya Hüseyn Muradovun tam tərsidir. Mən təbiətcə insanlara qaynayıb-qarışmağı sevən insanam, deyib-gülməyi xoşlayıram. Amma Hüseyn Dərya məni vadar edir ki, özüm kimi deyil, özgəsinin istədiyi kimi olum.

- Bəlkə, elə buna görə Hüseyn Muradov Hüseyn Dəryaya dözməyib onu cəmiyyətdən uzaqlaşdırdı…

- Hüseyn Dəryanı yenidən Muradov Hüseynə qaytarmaqla Allah onu bir daha sınağa çəkdi, onu zirvədən endirdi. Mənim çəkdiyim əzablar sonrakı uğurlarıma böyük stimul verdi. Hər əziyyətin sonunda özü boyda mükafat var. Rusların bir sözü var ki, hər bir sonluq özü bir başlanğıcdır. Allahın nəzərində günahkar olsaydım, gözləmədiyim halda mənə Məşhəd, Kərbəla ziyarəti qismət etməzdi. Allahım etdiyim günahlara görə cəzalandırdısa da, yenidən məni xalqın gözündə qaldırdı, məni xalqa sevdirdi.

Bu günkü həyatım çəkdiyim əzablara görə mükafatımın başlanğıcıdır. Ən azından, insanlar mənə nifrət etmədilər. Əslində, mən nifrətə layiq heç nə etməmişdim. Xalq mənə, onlara bəla gətirsəydim, şər atsaydım, insanlara mərdiməzarlıq etsəydim, o zaman nifrət edərdi. Mən sadəcə özüm-özümə düşmən kəsildim.

- Niyə, sizi sizlə düşmən edən nə oldu? Dost xəyanəti, yaxud yaxınlarının sizdən üz döndərməsi?

- Həyata olan zövqüm itmişdi. Bilmədiklərimi, gördüklərimi yaşamaq üçün başqa maraqlar, məcəralar axtarırdım.

- Hər halda, düzgün iş görmədiyini dərk edə-edə bu addımı atmağınız maraqlıdır...

- Mən adam tanıyıram ki, vaxtilə rəssam olub, amma indi tibb elmləri doktorudur. Yaxud həkim var ki, gözəl şerləri var. Bilirsinizmi, insanın həyatı boyu neqativ dəyişikliklərə maraq göstərməsi onun həyatına qeyri-ciddi yanaşmasının göstəricisi deyil. Çünki insan bəzən həyatını öz istədiyi kimi idarə edə bilmir, onu nəzarətdə saxlamağın öhdəsindən gəlməyi bacarmır.

Mən özüm istəmədən həyat tərzim bəzi dəyişikliklərə uğradı. Narkotikadan istifadə etməyimdə kənar təsirlərin də böyük rolu oldu. İlk əvvəl mən məşhurlaşandan sonra başa düşmədim ki, ətrafımda yığılan insanların hamısı məni sevmir. Əvvəllər mənə dedilər ki, yaxşı şeydir, adama ləzzət verir. Lakin mənim buna qurşanmağımın əsas səbəbi insanların mənə xəyanəti oldu. Ən çox sevdiyim insan mənə düşmənçilik etdi. Elələri vardı ki, üzümə deyə bilmədiyini əməlləri ilə nümayiş etdirdilər.

Telekanallarla aramı vurdular. Bütün bunlar həqiqətən məni çox yorub. Gücümün tükəndiyini hiss edirəm. Bu da məni qorxudur.

- Hər halda, yenidən keçmiş günahlarınıza qayıtmazsınız…

- Niyə elə fikirləşirsiniz ki, yenidən narkotikaya qurşana bilərəm? Qara bulud insanın başının üstünü örtəndə insan çıxış yolunu tapmır. Mən o qara buluddan qorxuram. Səhv etməmək Allaha məxsusdur. Mən səhv edəcəyimdən yox, qismətin acılığından qorxuram, yenidən qazandıqlarımı bir daha itirməkdən qorxuram. Şans insana bir dəfə verilir. Adi bir avtomobil qəzası mənim həyatımı baş-ayaq edə bilər.

- Silahı nə üçün əldə etmişdiniz?

- Mən onu tapmışdım. Həqiqətən tapmışdım. Özü də tutulan günü narkotika almaq üçün gedəndə yolda tikintidən tapmışdım. Narkotika almaq üçün o tikintidən keçib gedirdim ki, heç kəs məni görməsin. Gedib narkotikanı alıb, istifadə edib qayıdanda polislər məni saxladılar, üstümdən silah çıxdı.

- "Silah şeytan əməlidir" deyənlər həqiqətən yanılmayıblar.

- Silah şeytan əməli olsa da onu qanuniləşdirib istifadə etmək də olar…

- Silahdan heç də yaxşı işə görə istifadə etmirlər.

- Mən onu polisə verəcəkdim. Amma evimdə də saxlamaq fikrim vardı, onda düşmənlərim çox idi, evimə basqın olunacağından çox qorxurdum.

- O düşmənlər kimlər idi ki, səni silahlanmağa məcbur edirdi?

- Məni sevməyən insanlar elə düşmənlərimdir də.

- Ayıq vaxtı bu vəziyyətə necə düşdüyünü və ondan qurtulmaq barədə düşünmürdünüzmü?

- Ayıq vaxtım olurdu ki, oturum nəsə fikirləşim? Ayıq olanda şiddətli ağrılarım olurdu, gedirdim narkotika əldə edirdim… Yalnız bu barədə fikirləşirdim. Nə isə, gəlin artıq bu söhbətləri qurtaraq. Bəzən deyirlər ki, bundan əl çəkmək mümkün deyil. Mən sübut etdim ki, narkotikanı atmaq mümkündür. Əgər insan özü qarşısına məqsəd qoysa hər şey edə bilər…

- Bir halda ki, bronxlarınızda problemlər var, belə şiddətli öskürəklərə son vermək üçün siqareti niyə atmırsınız?

- Problem deyəndə, sağlam insanın siqaret çəkməsi zərərlidir. Hələ ki, özüm tərgitmək barədə düşünmürəm. Bu barədə həqiqətən heç düşünməmişəm.

- O dövrdə sizi kimlər tərk etmədi?

- Yalnız həyat yoldaşım. Bilirsinizmi, o adam başa düşdü ki, məni atmamaq onun borcudur. O, məni atsaydı, mən də onu atacaqdım. Hamının gözü qarşısında onun etirafını eşidib ailəm kimi qəbul etdim. Ən azından, başa düşdü ki, övladına mütləq ata lazımdır. İndi olmasa da, gələcəkdə mütləq lazımdır. Bir də mənim çətin dövrüm cəmi bir il çəkdi, ona çox dözmək lazım olmadı.

- «İçəri»də sənə qarşı münasibət necə idi, sənətçi olduğuna görə hörmət edirdilərmi?

- Bilirsinizmi, içəri və yaxud çöl olsun, hər yerdə dilin sənin düşmənindir. Qəlbində qara nöqtə varsa, deməli, xain adamsan və sənin dilin bu xüsusiyyətini nə vaxtsa üzə çıxaracaq. Xain deyilsənsə, harada olmağından asılı olmayaraq, qarşına yalnız yaxşılıqlar çıxacaq.

http://legend.az/uploads/posts/2011-06/1308206147_huseyn_derya_surpriz.jpg[/img]



Bəli, dustaq yoldaşlarım bilirdilər ki, mən pis əməlin yiyəsi deyiləm, incəsənətlə məşğulam. İçəridə mənə Hüseyn deyən yox idi, Dərya çağırırdılar. İçəridəkilərə sənin hansı peşənin sahibi olmağının təfavütü yoxdur. Hər kəsin kartoçkasında adının qarşısında «məhbus» sözü yazılır. Mənim kartoçkamda yazılmışdı ki, məhbus Muradov Hüseyn Cahangir oğlu, filan maddə ilə həbs olunub, filan vaxt həbsdən buraxılacaq, nömrəsi də «532».

- Siz həbsdən çıxan kimi, Yaşıl Teatrda böyük bir konsert verdiniz. Halbuki, həmin gün orada Elşad Xosenin konserti olmalıydı. Bilet satılmadığından o konsert təxirə salınmışdı. Amma sizin konsertin bütün biletləri iki gün ərzində satıldı. Bunu necə bacardınız?

- Bu barədə danışmaq istəmirəm.

- Bu öz qarşınızda imtahan idi, yoxsa prinsip?

- Bəli, bu özümə qarşı imtahanım idi. Ona görə də risk etdim. Murad Dadaşov sağ olsun ki, mənə inanıb konsertin təşkilati işlərini öhdəsinə götürdü. Əgər o konsertə insanlar gəlməsəydi, mən çamadanımı yığışdırıb başqa ölkəyə gedəcəkdim. İnsanlar sevgilərini göstərməklə bir daha mənə başa saldılar ki, bundan sonra mütləq məsuliyyətli olmalıyam. Adama etimadı bir dəfə göstərirlər. Amma mənə bu xalq iki dəfə etimad göstərdi və mən də bütün ömrümü bu borcu xalqıma qaytarmağa həsr edəcəyəm.
[/center]


Geri dön

Sirli Melek

  • 21 iyun 2011 13:48
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
təşəkkürlər

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 17 iyun 2011 10:26
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lider

  • 16 iyun 2011 17:22
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

TEWEKKURLER

RaminYek

  • 16 iyun 2011 13:46
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
MiLeyla,
xeber kimi o da maraqlidi)))))))

MiLeyla,
xeber kimi o da maraqlidi)))))))

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

krel

  • 16 iyun 2011 13:45
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
huseyn derya reo sehnesinde hemise bir nomredir
wink

heyasiz204

  • 16 iyun 2011 13:42
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

MiLeyla

  • 16 iyun 2011 13:41
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
fellow maraqli insandi fellow

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}