İçmək Ədəbləri

 
 İçmək Ədəbləri

 İçmək Ədəbləri

İçmək Ədəbləri

1. Sağ əllə içmək.

"..ALLAH Rəsulu (ALLAHın ona salavat və salamı olsun) buyurmuşdur: Qoy heç kəs sol əllə yeyib-içməsin. Çünki şeytan sol əllə yeyib-içir.." (*Muslim)

 İçmək Ədəbləri

2. "Bismilləh" (ALLAHın adı ilə) deyərək içmək.

Peyğəmbər (ALLAHın ona salavat və salamı olsun) buyurmuşdur: Su içərkən bəsmələ çəkin ("Bismilləh" deyin).." (*Tirmizi)

 İçmək Ədəbləri

3. Ən az üç qurtumda, aramla su içmək.

"..İbn Abbasdan (ALLAH ondan da, atasından da razı olsun) rəvayət edilən hədisdə Muhəmməd (ALLAHın ona salavat və salamı olsun) buyurmuşdur: Suyu dəvə kimi bir nəfəsə içməyin. İki-üç nəfəsdə için.." (*Tirmizi)

Digər bir hədisdə isə:
"..Aramla içmək həm həzmi asanlaşdırır, həm susuzluğun tez dəf olunmağına kömək edir, həm də salamatlıqdır.." (*Muslim)

 İçmək Ədəbləri

4. Oturaraq içmək daha fəzilətlidir.

Əbu Səid əl-Xudridən (ALLAH ondan razı olsun) rəvayət edilir ki, ALLAH Rəsulu (ALLAHın ona salavat və salamı olsun) ayaq üstə içməyi qadağan etmişdir. (*Muslim)

Lakin qeyd etmək lazımdır ki, bu qadağa bəzi müsəlmanların hesab etdiyi kimi ayaq üstə içməyin haram, yaxud məkruh (bəyənilməyən) olması mənasına gəlmir.
Belə ki: Hz. Əli (ALLAHın ona salavat və salamı olsun) ayaq üstə duraraq içdikdən sonra dedi: "..Bəziləri ayaq üstə dura-dura içməyin məkruh olduğunu bildirirlər. Amma mən ALLAH Rəsulunun (ALLAHın ona salavat və salamı olsun) mənim etdiyim kimi etdiyini görmüşəm.." (*Buxari)

İbn Ömər (ALLAH ondan da, atasından da razı olsun) deyərdi: "..Biz ALLAH Rəsulu (ALLAHın ona salavat və salamı olsun) ilə yeriyə-yeriyə yemək yeyər, ayaq üstə su içərdik.." (*Tirmizi)

[Şeyx Albani (ALLAH ona rəhmət etsin) hədisi səhihləmişdir.
İmam Nəvəvi (ALLAH ona rəhmət etsin) demişdir: "..Bu hədislərin heç birində ziddiyyət yoxdur və onlardan heç biri zəif deyildir. Əksinə, hamısı səhihdir. Bu da ona dəlalət edir ki, Peyğəmbər (ALLAHın ona salavat və salamı olsun) oturaraq içməyi imkan olduğu müddətcə daha fəzilətli hesab etmişdir.."]

 İçmək Ədəbləri

5. Küpə və s. kimi boğazlı qablardan içməmək, fincan yaxud stəkana tökərək içmək.

Belə ki, Əbu Hureyrə və İbn Abbasdan (ALLAH onlardan razı olsun) rəvayət edilən hədislərdə Peyğəmbərimizin (ALLAHın ona salavat və salamı olsun) bunu qadağan etməyi barədə hədislər varid olmuşdur. (*Buxari, Muslim)

 İçmək Ədəbləri

6. İçməyi əvvəl sağdakına təklif etmək.

ALLAH Rəsuluna (ALLAHın ona salavat və salamı olsun) su gətirildi və ondan (bir qədər) içdi. Sağında bir uşaq, solunda isə yaşlı adamlar oturmuşdu. Uşaqdan soruşdu:
"..Olarmı öz haqqını əvvəlcə bunlara (yaşlılara) verəsən..?
Uşaq: Ya Rəsulullah, səndən sonra (içdiyin qabdan birinci su içmək) haqqını heç kimə vermərəm.." Peyğəmbər (ALLAHın ona salavat və salamı olsun) də qabı uşağa verdi. (*Buxari, Muslim)

 İçmək Ədəbləri

7. Hamıya payladıqdan sonra içmək.

Ənəs ibn Malik (ALLAH ondan razı olsun) rəvayət edir ki, ALLAH Rəsulu (ALLAHın ona salavat və salamı olsun) səhabələrə su paylayardı. Ona : "..Ey ALLAHın elçisi, özün də iç.." deyildiyi zaman: "..Camaata su paylayan onların sonuncu içənidir.." cavabını verərdi. (*İbn Macə)

 İçmək Ədəbləri

8. Qızıl və gümüş qablarda içməmək.

Peyğəmbər (ALLAHın ona salavat və salamı olsun) buyurmuşdur: "..Qızıl və gümüş qablarda su içməyin, yeməyin, ipək və dilbac geyinməyin. Bu şeylər dünyada onlar (kafirlər), Axirətdə isə sizin üçündür.." (*Buxari, Muslim)

 İçmək Ədəbləri

9. İçib qurtardıqdan sonra

"Əlhəmdulilləh" (ALLAHa həmd olsun) demək.
Peyğəmbər (ALLAHın ona salavat və salamı olsun) demişdir: "..İçib qurtardıqdan sonra ALLAHa həmd edin.." (*Tirmizi)

 İçmək Ədəbləri

10. Bardağın içinə nəfəs verməmək.

Su içdikdən sonra oxunulacaq dua:
Əbu Cəfər (r.a.)-dən rəvayət edildiyinə görə Rəsulullah (s.a.a.) su içərkən bucür dua etmişdir:

Əlhəmdülillahilləzi səkana azben füraten birahmetihi vələm yəc`alhü milhan ücacən bizünubina.

"Bizə rəhməti ilə dadlı və ləzzətli suyu içirən və günahlarımız üzündən onu duzlu və acı etməyən Allaha Həmd olsun" (C. Sağir: 6728)

 İçmək Ədəbləri


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:48
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

R.M_FaNaTka

  • 25 iyun 2011 17:42
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler

--------------------

Bu Menem

  • 17 iyun 2011 13:42
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked

Inciciceyi

  • 17 iyun 2011 09:28
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

NELLY19

  • 16 iyun 2011 19:28
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
tewekkurler

qonce

  • 16 iyun 2011 19:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur....ekseriyyetine mence emel edilir.

lema

  • 16 iyun 2011 18:36
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
bunların hamısına emel edirem.elmde bunları tesdiqleyir.4.bend haqqında alimler çox maraqlı faktlar tapmışdılar.twk....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

KRiPToS

  • 16 iyun 2011 18:22
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
tewekkurler

--------------------

RaminYek

  • 16 iyun 2011 17:24
  • Məqalə: 44
  • Şərh: 568
  • Bal:
{awards}
twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 36
Cəmi: 64

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}