Bu nə sirrdir, YA ƏLİ?!

 
Bu nə sirrdir, YA ƏLİ?!

Salam olsun sənə, Ya Şahların Şahı! Salam olsun sənə, Ya Təbiblərin Təbibi!
Salam olsun sənə, Ya Peyğəmbərin canı! Salam olsun sənə,
Ya Möminləri Əmiri! Salam olsun sənə, Ya Əli!


Bu nə sirrdir, ya Əli?! Sən də əksər insanlar kimi olmusan. 63 il yaşamısan.
Ya Əli, səndən qabaq da yaşayanlar olub, səndən sonra da olub, indi də var.
Ya Əli, biz insanlar ömrümüz boyu fəth edə bilmirik bir zirvəni.
Sən bütün zirvələri fəth etmisən. Necə etdin? Bu nə sirrdir, ya Əli?!

Daxmada da yaşamısan, sarayda da yaşamısan.

Kasıb da olmusan, imkanlı da olmusan.

Evdən əkinçi kimi də çıxmısan, xəlifə kimi də çıxmısan.

Amma hər dəfəsində sən olmusan, ya Əli! Fikirlərin, baxışların, istəklərin, sevincin,
kədərin, düşüncələrin dəyişməyib. Özün qalmısan. Bəşəriyyətin özündən çıxardığı
qanunlara görə belə olmaq qeyri-mümkündür. Qeyri-mümkünü mümkün etmək
qeyri-mümkündür. Sən bəşəriyyətin özündən
çıxartdığı qaydaları sındırmısan. Bacarmısan. Bu nə sirrdir, ya Əli?!

Xeybər qalasını qaldıran da sənsən, yetim görəndə ağlayan da sənsən.

Döyüşdə doqquz bayraqdarı öldürən də sənsən, 25 il səbr edən də sənsən.

Ərəb pəhlavanı Əmr ibni Əbdəvəd ilə döyüşən də sənsən, rükuda zəkat verən də sənsən.

Bədrdə üç pəhləvandan biri də sənsən.
Peyğəmbərin (s) yerində yatıb canını Allaha təslim edən də sənsən…

Səni dərk etmək olmur, seyyidim!
Sən xassələrin vəhdətisən. Bu nə sirrdir, ya Əli?!

Həzrət Musa (ə) qırx gün, qırx gecə mağarada oyaq qaldı.
Haqqın ona vəd etdiyi vaxt yetişdi. Ona vəhy olunan ilk əmr ayaqqabılarını çıxarması oldu.

İslam peyğəmbəri Həzrət Muhəmməd (s) də qırx gün, qırx gecə oyaq qaldı.
Rəbbinin ona vəd etdiyi vaxt yetişdi. Ona edilən ilk əmr Əlini sevmək oldu.

Qırx gün oyaq qalmanın mübarək hədiyyəsi.
Əli məhəbbəti. Nə mübarək əmr. Bu nə gözəllik. Bu nə sirrdir, ya Əli?!
Ya Əli sən vilayətsən, risalətsən.
Ayədəki əmr sahibi, ayədəki vilayətsən. Ayədəki risalətsən.

Sonuncu Həcc mərasimindən qayıdan Peyğəmbər (s) bütün hacıları Qədir-Xum
deyilən yerdə yığdı. Sənin əlini qaldırdı. Dini kamilləşdirdi. Tamamladı risaləti.
23 illik tikdiyi evin damını qoydu. Bəşəriyyətin yaradılış səbəbi Mövla dedi.
Dini əmanət etdi. Bax hörmətə. Verilən qiymətə. Dağ dağa əmanət
edilə bilərdi, edildi də. Sən bir dağsan! Bu nə sirrdir, ya Əli?!

Bütün kainatın sirri Qurandadır. Quranın sirri Fatihə surəsindədir.
Fatihənin sirri Bismillahındadır. Bismillahın sirri “Bə” hərfindədir. “Bə”-nin sirri
nöqtəsindədir. Ya Əli, sən o nöqtəsən. Sən vacibsən. Sən olmasan “Bə” olmaz.
“Bə” olmasa Bismillah. Bismillah olmasa Fatihə.
Fatihə olmasa Quran. Quran olmasa Kainat olmaz.

Kainatın mövcud olma səbəblərindənsən. Olamamağın
olmamağımız deməkdir. Bu nə əzəmətdir? Bu nə sirrdir, Ya Əli?!
Ya Əli, sən bir günəşsən. Şuaların məhv eləyir qaranlığı. Aydınladır zülmətləri.

Mən də bir zülmətəm. Ya Əli, gəl ki, səhər olsun. Nur ver mənə.
Ehtiyacım var nuruna. İzah et sirlərini. Ya Mövlam, ya seyyidim,
ya rəhbərim, ya ağam. De sirrini bu fağıra. De hidayət olmağın yollarını bu yazığa.

Mən soruşdum. Mən istədim. Niyə mənə sən demədin?
Niyə sirrini aşkar eyləmədin, eyləmədin, eyləmədin…

Bunun da vardır səbəbi. Həm mənim ləyaqətim
çatmır buna, həm də Sən təvazönün zirvəsisən...


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:47
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

AliNikA

  • 17 iyun 2011 18:36
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

jalicka

  • 17 iyun 2011 12:59
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
xebere gore tesekkurlerr

Musique Sage

  • 17 iyun 2011 11:44
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Allah razi olsun

lema

  • 17 iyun 2011 11:43
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
İmam Əli doğulanda bele mübarek Kebede doğulmuşdu.Demeli Allah onu bele olmağı üçün yaradıb.Allah razı olsun.....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Musique Sage

  • 17 iyun 2011 11:42
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Allah razi olsun


Allah razi olsun

Inciciceyi

  • 17 iyun 2011 11:36
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun
twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}