Mən və dünyam

 
Mən və dünyam

Bir kağız, bir də qələm götürüb, istədim yazam dünyanın ötəriliyindən, nemətlərinin yalançı şirinliyindən, aldadıcı bər-bəzəyindən. Bir neçə cümlə qoşdum, anladım ki, yaza bilməyəcəyəm özümün də qəlbən dərk etmədiyim həqiqətlərdən yalandan. Axı necə deyim ki, Allahın Peyğəmbəri (s) buyurmuşdur: «Dünyanı sevmək - ən böyük «kəbirə» günahdı».

Başqa yerdə Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Dünya məhəbbəti - hər bir asiliyin kökü və hər günahın başlanğıcıdır».

İmam Sadiqdən (ə) nəql edirlər: «Dünya sevgisi - bütün günahların mənşəyidir».

İmam Əli (ə) buyurmuşdur: «Dünyaya məhəbbət - ağlı zay, qəlbi kar edər, qəlb hikməti eşitməz və ağrılı əzaba səbəb olar».

İmam Sadiq (ə) buyurmuşdur
: «Qəlbini dünyaya bağlayan kəs, qəlbini üç şeyə bağlamışdır: sonu olmayan qəm-qüssəyə, əlçatmaz arzuya və doğrulmayan ümidə».

İmam Əli (ə) buyurmuşdur: «Dünyaya, ona rəğbəti, meyli olmayan və ondan ayrılan kəs kimi bax, dünyaya, ona məftun olan aşiq kimi baxma».

İmam Sadiq (ə) buyurmuşdur: «Əgər dünya fanidirsə, ona ürək bağlamaq nəyə gərəkdir?».

Ey dünya, sənə nifrətim böyükdür, çünki sən məni cisimdə yaşadırsan, cismim isə məni məhdudiyyətlər məngənəsində saxlayır. Mən azad olmaq istəyirəm axı! Mən maddi olan hər şeydən üstdə durmaq istəyirəm. Mən axı müqəddəsəm, mən axı məscudam, mənə səcdə etdi bütün aləm. Axı dünya mənim üçün yaranmışdı. Bəs niyə mən indi dünya üçün yaranmış kimi yaşayıram?! Dünya, görəsən, sənsən günahkar, yoxsa mən?!

Allahın Peyğəmbəri (s): «Dünyaya nalayiq sözlər deməyin, o mömin üçün gözəl bir minikdir. Çünki mömin onun vasitəsilə xeyir-bərəkətə yetişər və şər-bəladan xilas olar. Bəndə «Allah dünyaya lənət etsin» deyəndə, dünya deyər: «Allahın lənəti öz Rəbbinə qarşı ən çox itaətsizlik edənimizə olsun».

İmam Əli (ə): «Ey dünyanı məzəmmət edən kimsə, axı onun puçluqlarına məftun olan və batilinə aldanan da sənsən. Dünyaya məftun olduğun halda onu məzəmmət edirsən? Sən onu cinayətkar və günahkar bilirsən, yoxsa o səni? Dünya səni nə vaxt məftun etdi, nə vaxt aldatdı?! Dünya, ona doğru-düzgünlük qapısından daxil olan hər kəs üçün doğruluq sarayıdır. Onu yaxşı dərk edən üçün əmin-amanlıq və səadətdən bir imarət, ondan (axirətə) azuqə yığançün qüdrət və ehtiyacsızlıq sarayıdır».

Axı sənə həqiqət eynəyi ilə baxdıqda sənin gözəlliyini kəşf etmək, sənin cazibəliyinin səbəbini görmək, sənin itaət və zikrini duymaq mümkün olur. Axı sən yaranmış olduğun hədəfi kamil surətdə yerinə yetirirsən, məndən yaxşı. Əgər kamaldan bəhrələnə bilmirəmsə, demək, mən naqisəm.

Axı sən olmasaydın, mən Onu necə tanıyardım, Onun sevgisini necə duyardım, Onun mərhəmətini, nəzarətini necə hiss edərdim?! Axı mən Ona necə ibadət edərdim?! Ona qeybdən iman etməyin dəyərini necə bilərdim?! Ona itaət və təslimiyyətimi necə bildirərdim?! Buğdanı necə biçərdim əkinsiz?! Bu ayrılıq həsrətində yanmasaydım, Onunla vüsalın ləzzətini necə bilərdim?!

Sən əslində mənim həm xoşbəxtliyim, həm də bədbəxtliyimsən. Sən mənə bu iki yoldan birini seçməyə fürsət verən azad iradəmsən. Sən böyük bir məktəbsən ki, səndə oxumamış qiymət almaq olmur. Sənin imtahanından keçməmiş ali məktəblərə-məqamlara adlamaq mümkün deyil.

Ey dünya, əslində sən mənim dostumsan, sirdaşımsan, vasitələrim və fürsətlərimsən. Mənim düşmənim sən deyil, elə özüməm, məndəki sənə olan sevgidir, məndəki sənə olan bağlılıqdır. Amma sən heç sevmirsən səni sevəni. Axı sən itaətkar məxluqsan, onun üçün itaətdən çıxana düşmən kəsilirsən.

Mən səni sevirəm səni sevənləri sevmədiyinə görə. Əhsən sənə ey, dünya!


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:47
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Inciciceyi

  • 21 iyun 2011 12:03
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 18 iyun 2011 00:05
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
hmm tesekkur edirem maraqli xebere gore

--------------------

AliNikA

  • 17 iyun 2011 18:33
  • Məqalə: 117
  • Şərh: 1619
  • Bal:
{awards}
cox sag olun xebere gore

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

qonce

  • 17 iyun 2011 13:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur....

rusalka

  • 17 iyun 2011 13:14
  • Məqalə: 0
  • Şərh: 163
  • Bal:
{awards}
Xebere gore tewekkurler. Dunyaya bagliliq, herislik insanlari gunaha, ucuruma aparir. Cox teessuf ki, bunu anlamaqda cetinlik cekirik. Dunyanin fani oldugun unuduruq. Bu dunya ebedi dunyaya hazirliqdi, imtahandi.

--------------------
HƏR İNSANIN AYNALARA GÖSTƏRMƏDİYİ BİR ÜZÜ VE HEC KİMƏ SOYLEMEDİYİ BİR HÜZNÜ VARDIR.

jalicka

  • 17 iyun 2011 12:47
  • Məqalə: 27
  • Şərh: 1960
  • Bal:
{awards}
xebere gore tesekkurlerr

lema

  • 17 iyun 2011 12:46
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Dünya ber bezekli gözel gelin kimidir onu elde etmek isteyen heç kime sonunacan yar olmamışdır.twk xebere göre...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Bu Menem

  • 17 iyun 2011 12:38
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked ilk serh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 62

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 52
Cəmi: 155
 
The Shield
Xəbərləri: 48
Cəmi: 310
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 18
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 15
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}