Sənin sevginlə insanlar sevməyi, sevilməyi öyrəndi, Ya Rəsulallah (s)

 
Sənin sevginlə insanlar sevməyi, sevilməyi öyrəndi, Ya Rəsulallah (s)

Ya Rəsulallah (s)!

Bu mənəm.

Sənin ümmətindənəm.

Ya Rəsulallah (s), bilirəm ki, ümmətini çox sevirsən, ona görə də özümü belə təqdim edirəm.

Ya Rəsulallah (s), ümmətin üçün dişlərinin sındırılmasını, başına kül tökülməsini, adına divanə deyilməsini, olub-olmazın əziyyətlərin verilməsini, hətta ölümünə də cəhd edilməsini bilirəm.

Ya Rəsulallah (s), lakin sən bütün bu olanlardan yorulmadın, usanmadın bütün varlığınla Allahın əmrlərini insanlara çatdırdın.

Sən ümmətini sevdin, Ya Rəsulallah (s).

Bütün qəlbinilə sevdin.

Sevginlə insanlara sevgi bəxş etdin.

Sənin sevginlə insanlar sevməyi, sevilməyi öyrəndi.

Sən öz həyatınıla insanlara insan kimi yaşamağı öyrətdin.

Ya Rəsulallah (s), Sənin haqqında deyiləsi sözlər çoxdur.

Lakin mən səni vəsf etmək qüdrətində deyiləm.


Ya Rəsulallah (s), bilirəm ki, ümmət üçün bu dünyada etdiklərinlə yanaşı Qiyamət günü də ümmətini tək qoymayacaqsan. Çünki sən ümmətini sevirsən.

Ya Rəsulallah (s), ümüd edirəm ki, ümmətindən olduğum üçün məni də sevirsən. Ümmətindən olduğum üçün məni də Qiyamət günü tək qoymayacaqsan.

Ya Rəsulallah (s), bəs mən necə, sənin bu sevginə layiqəmmi?

Mən səni sevə bildimmi?

Mən sənin tək yaşaya bildimmi?

Mən sənin tək dinimi yaşada bildimi?

Mən sənin öyrətdiklərini digərlərinə öyrədə bildimmi?

Mən sənin dünyadan köçərkən qoyduqun iki əmanətə layiqincəsinə sahib çixa bildimmi?

Sən mənə məzluma kömək etməyi tapşırdın, mən bunu edə bildimmi?

Sən mənə yetimlərə qayğı göstərməyi tapşırdın, mən bunu edə bildimmi?

Sən mənə qonşu haqqına riayət etməyi tapşırdın, mən bunu edə bildimmi?

Sən mənə ailəmlə yaxşı davranmağı tapşırdın, mən bunu edə bildimmi?

Sən mənə valideyinlərimlə gözəl rəftar etməyi tapşırdın, mən bunu edə bildimmi?

Sən mənə namazlarımı əvvəl vaxtda qılmağı tapşırdın, mən bunu edə bildimmi?

Mən İmam Hüseynə (ə) layiqincə yas tutub, sənin, Həzrət Əlinin (ə) və Xanım Zəhranın (s.ə.) qəlbini sevindirə bildimmi?

Ya Rəsulallah (s), bütün bunları edə bildimmi?

Xeyr. Edə bilmədim, ya Rəsulallah(s).

Ya Rəsulallah (s), nəfsi istəklərim mənə mane oldu.

Ya Rəsulallah (s), utanıram səndən.

Çünki məndə səni görə biləcək göz yoxdur, koram.

Çünki məndə sənin səsin eşidə biləcək qulaq yoxdur, karam.

Çünki məndə səninlə danışa biləcək dil yoxdur, lalam

Ya Rəsulallah (s), məndə zahirdə var olub həqiqətdə olamyan əzalarım üçün utanıram.

Ya Rəsulallah (s), Səninlə qiyamət günü üz-üzə gəlməkdən utanıram. Hansı əməllərimə görə sənin yanınıa gələrək, səndən şəfaət istəyim ?

Qeybət edən dilimləmi, yoxsa qeybətə qulaq asan qulaqlarımlamı?

Məhrəm-naməhrəm arasında fərq qoymayan gözlərimləmi?

Mənasız keçimiş ömrümləmi?

Dinimin işlərində etdiyim süstlükləmi?

Ya tələm-tələsik qıldığım namazlarımlamı?

Ya sındırdığım qəlblərləmi?

Ya Rəsulallah(s), bu halımla sənin ümmətindənəm deməkdən utanıram.

Ya Rəsulallah (s), bu halımala məni, Allaha, "Ya Rəbbi bu da mənim ümmətimdəndir" deyə təqdim edərsənmi ?

Ya Rəsullallah, deyillər ki, bir gün buyurubsan ki, «Qardaşlarımı nə zaman görəcəyəm?». Səhabələrin səndən soruşublar: «Məgər biz sizin qardaşınız deyilik?». Sən buyurubsan ki: «Siz mənim səhabələrimsiniz. Mənim qardaşlarım o kəslərdir ki, məni görmədən mənə iman gətiriblər. Onları görmək şövqündəyəm».

Ya Rəsulallah (s), bütün bu çatışmamazlıqlarımla mən də sənin qardaşın ola bilərəmmi?

Mənə qardaş deyərsənmi, Ya Rəsulallah(s)?


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:46
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Inciciceyi

  • 21 iyun 2011 11:53
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 17 iyun 2011 23:57
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twk maraqli xeber ucun

--------------------

AliNikA

  • 17 iyun 2011 18:27
  • Məqalə: 117
  • Şərh: 1619
  • Bal:
{awards}
tewekkurlerrrrrrrr

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

DOQRULAR

  • 17 iyun 2011 15:41
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Allah razi olsun .

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

YazYamuru

  • 17 iyun 2011 14:44
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Ya Resulallah utaniram senden....
belay mende......


--------------------



lema

  • 17 iyun 2011 14:02
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Mence senki Hz.Mehemmed(s.a.v) i bele sevirsen o senden heç vaxt üz çevirmez.bacardığın qeder tövbe ele.Allah bütün günahlarını bağışlayacaq qeder rehmlidi.hem Quran-i Kerimde rehm qezebden 2 defe çox çekilib.twk xebere göre....Allah razı olsun...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

CandyGirl

  • 17 iyun 2011 13:17
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
teewekkurlerrrrr

--------------------

Musique Sage

  • 17 iyun 2011 13:16
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
Allah razi olsun

qonce

  • 17 iyun 2011 13:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,hemise sizden bele movzulara toxunmanizi isteyerdim.Allah razi olsun!

Bu Menem

  • 17 iyun 2011 13:09
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws BOYUK ALLAHIM HERZAMAN YANIMIZDADIR winked

tws BOYUK ALLAHIM HERZAMAN YANIMIZDADIR winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 73
Cəmi: 100

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}