Evəz edə bilməyəcək

 
Evəz edə bilməyəcək


Basqa birisi olacag. Onunla danışanda tez-tez sənin adını çəkəcəm, sonra onu nə qədər incitdiyimin fərqinə varıb üzr istəyəcəm, o isə “anlayıram” deyəcək… Səni misal gətirəcəm hər hadisədə, “o elə edərdi”, “o bunu deyərdi” kimi ifadələrlə… səni unutmadığımı hiss etsə də sözlərimdə, içində boğacaq hisslərini və gülümsəyərək yola verəcək… Mən də yola verəcəm, sənsiz bütün həyatımı… Bəlkə mən də onun üçün birisi olacam, bəlkə onun böyük, bəlkə də ilk sevgisi olacam… Hər dəfə sözümüz düz gəlməyəndə, ya sənli xatirələrdə boğulduğuma dözüb-dözüb partlayanda dalaşacağıq, amma evdən çıxıb təklikdə gəzdiyim anlarda, ondan küsülü və ayrı qaldığım anlarda onun üçün deyil, sənin üçün darıxacam… Birisi olacaq, onu sevməyəcəm, sadəcə tək qalmamaq üçün qəbul edərək sevgisini, aldadacam özümü… Onunla birgə belə səni yaşayacam yoxluğunla… Birisi mütləq olacaq bəlkə, yanımda, daim, onunla yaşayacam səninlə yaşaya bilmədiklərimi, qəlbimdə daim sənin sevgini yaşayaraq ağlayacam gecələri… Hər dəfə yaxınlaşıb niyə ağladığımı və niyə siqaret çəkdiyimi soruşacaq, bəzən cəsarət toplayıb “onu düşünürəm” deyəcəm, bəlkə də “heç…” deyib qucaqlayacam onu bərk-bərk, gözlərimdən damla-damla axacaqsan, bütün qəlbimlə səni içimə dəfn edib daim qəbrin üzərində göz yaşı tökəcəm… Sən başqası ilə xoşbəxt olacaqsan, mənimdə yanımda başqa birisi olacaq, bir daha heç vaxt sevə bilməyəcəyimə əmin olsam da, ona bəlkə bir gün onu sevə bilərəm deyə ümid verib yanımda olmasını istəyəcəm, güman ki, qəbul edəcək… Ona verə biləcəyim hər şeyi verməyə çalışacam, sevgisinə qarşılıq. Onunla boşluqları dolduracam… Ona daim yalan danışacam, hətta gülümsəməyim də yalançı olacaq, o mənim üçün sadəcə BİRİSİ olacaq, heç vaxt SƏN ola bilməyəcək… Birisi bəlkə nə vaxtsa, olacaq, bəlkə də səndən sonra kimsəyə toxuna bilməyəcəm, kimsəyə baxa bilməyəcəm və həyatımı səninlə dolan bütün xatirələrimlə yaşayacam sonadək, bəlkə də birisi heç olmayacaq… Yalnız nə qədər davam gətirəcəm, bilmirəm… Əslində mən tək yaşamağa məhkumam, əslində yanımda səndən başqa bütün olanlar BİRİSİ oldu sadəcə… Səndən öncəkilər sənin axtarışların zamanı yolda qarşılaşdıqlarım, səndən sonra olanlar sadəcə sənsizliyin iztirabını unutmaq üçün vasitəçi… Alınmadı, hər nə qədər məni sevsələr belə, sən ola bilmədilər… Hər dəfə birisinin gözlərində səni gördüm, digərinin saçlarında, başqa birisinin səsində və ya üz cizgilərində mənə səni xatırladan izlərə rastlaşdıqca mən izlərlə qaldım, o izlərlə səni unutmağa çalışdım, yeni izlərə bağlanmaq istədim, amma bacarmadım… Birisi olacaq deyirlər, hə… Şəkillərinə baxacam ondan gizli, bəzən işdən çıxıb səni xatırladan yerlərdə keçirəcəm vaxtımı, evə gec getməyimin səbəbi kimi “işim var idi” deyib yola verəcəm… Mənim üçün birisi olduğu zamanlarda sən haralarda olacaqsan? Bəlkə başqası üçün sən də birisi olacaqsan, bəlkə qarşılıqlı sevib bu dəfə xoşbəxt olacaqsan… Qəribədir, deyirlər qarşılıqlı sevgi xoşbəxtlikdir, amma məni senden istediyim xoşbəxtliydə duya bilmədim.Bəlkədə qarşılıqını gormədim deye duya bilmədim. Bir gün onunla yolda sənə rast gələcəm, tutmağa qıymadığım əllərindən başqasının tutduğunu görəndə keçirəcəyim hissləri təsəvvür etmirəm, amma geriyə baxmaq hissi məni öldürəcək… Sənin isə içini daim bir söz yeyib səni məhv edəcək: Kaş… Onda gec olacaq, çünki artıq o zaman sənin də həyatında birisi olacaq…


Geri dön

All iS LoST buT HoPE

  • 17 noyabr 2011 01:30
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
beyendim...teshekkurler=)

Silent Emo

  • 15 iyul 2011 18:00
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
xebere gore twk

Inciciceyi

  • 21 iyun 2011 11:51
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 17 iyun 2011 23:56
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk maraqli xeber ucun

--------------------

Gamze

  • 17 iyun 2011 23:04
  • Məqalə: 356
  • Şərh: 196
  • Bal:
{awards}
gozum agradi wassat

--------------------

CoRdIaL

  • 17 iyun 2011 15:18
  • Məqalə: 1
  • Şərh: 96
  • Bal:
{awards}

sad recourse sad

YazYamuru

  • 17 iyun 2011 14:30
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Menim ücün birisi oldugu zamanlarda sen haralarda olacaqsan?!!
eeeehhhh görekdeeee heyatdir neler göreceyik ......

--------------------



qonce

  • 17 iyun 2011 13:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,sona qeder oxudum beyendim....

lema

  • 17 iyun 2011 13:45
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Eger sen qarşılıqsız mehebbetle sevirsense yeni senin sevgin bir sevgi olaraq sevgi doğurmursa,bir seven adam kimi sen heyatı tezahürüyle özüne sevdire bilmirsense onda senin sevgin gücsüzdür ve bu bedbextlikdir. Twk hekayeye göre...........

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

only-girl

  • 17 iyun 2011 13:38
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
cox gozel hekayedir teskurler edirem

--------------------

Bu Menem

  • 17 iyun 2011 13:31
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws axira qeder oxudum eladi winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}