Allahı tanımağın qəlb hüzuruna təsiri

 
Allahı tanımağın qəlb hüzuruna təsiri

Qəlb hüzurunun mühüm amillərindən biri məbud və ibadətin həqiqətinə olan agahlıqdır. Çünki insanın Allaha diqqət etməsi və Haqqı Təalanın əzəmətini dərk etməsi, onun Allahı tanıma və mərifət səviyyəsindən asılıdır. İnsan bu Uca Varlığı tanıyandan sonra elə bir məsələlərlə üzləşir ki, qəlb hüzurunu əldə etməkdə çox təsirlidir.

1. Ehtiyac hissi duymaq.

İnsanın kamalı, onun kamala olan ehtiyacından asılıdır. Hər nə qədər bu ehtiyac çox olarsa, insanın kamalı bir o qədər artar və başqa tərəfdən də insanın Haqqa mərifəti nə qədər artarsa, ehtiyacı da artar.

O insanlarda ki, bu tanıma və mərifət azdır, onların ehtiyac hissi də azdır. Ancaq o insanların ki, agahlıqları yuxarı səviyyədədir, daha çox ehtiyac hiss edirlər. Nəticədə demək olar ki, insanın məbud qarşısındakı diqqəti və qəlb hüzuru onun tanıma və mərifətindən asılıdır. Çünki, bu tanıma nə qədər çox olarsa, insan özündə daha çox ehtiyac hiss edər və bu da onun namaza diqqətinə səbəb olar.

Həzrət Əlinin (ə) başqalarından üstünlüyü onun namaza və ibadətə hiss etdiyi ehtiyac hissinin miqdarına görə idi. O Həzrət, namaz Sahibi haqqında ali mərifətə malik idi, ona görə də o Həzrətdə kamil və ali ehtiyaclar görmək olardı və elə buna görə də ibadətə dayananda, kamil diqqət sahibi idi və qəlb hüzuruna malik idi.

Bizim namaza qarşı ehtiyac hissimizin az olmasının səbəbi ibadət və Allah haqqında az mərifətə malik olmağımızdır. Belə ki, ibadət zamanı kiçik və lazımsız istəklərlə Onun qarşısında dayanırıq və bu da namazda Allaha diqqətsizliyə gətirib çıxarır. Fikrimizin başqa yerdə olduğu halda onun qarşısında dayanırıq və ürəyimizi bazara çeviririk.

İnsan bir padşahla söhbət edəndə diqqətlə və sözlərinə nəzarət edərək, məsuliyyət hissi ilə dayanır. Əgər Allahın da əzəmətini və qüdrətini tanısa, ibadət zamanı da kamil diqqət sahibi olaraq, qəlb hüzuru əldə edər. Hədislərdən birinə müraciət edək:

Aban ibni Təğəllub deyir: “İmam Sadiqə (ə) ərz etdim: “Əli ibni Hüseyni (ə) gördüm ki, namazda rəngdən-rəngə düşürdü. Buyurdu: “Bəli o, qarşısında dayandığı məbudu kamilən tanıyır””.

O zaman ki, insan Allahı əzəməti ilə tanıyır, hər bir şey onun nəzərində kiçik görünəcəkdir. Bunu belə bir şeyə bənzətmək olar:

Təyyarəçi hər nə qədər yuxarı qalxsa, yer onun üçün kiçik görünər. İnsan da hər nə qədər Allahın əzəməti ilə tanış olsa, Allahdan qeyriləri onun nəzərində kiçik görünərlər.

İmam Əli (ə) buyurur: “Allah əzəmət və böyüklüyü ilə əhli-mərifət və haqqın qəlbində cilvə edər və ona görə də Allahdan qeyriləri və hər nə ki, var - onun nəzərində kiçik olar”.

Beləliklə deyə bilərik ki, bizim Haqq Təalanı dərk etməməyimizin səbəbi ona aid mərifət və elmimizin olmamasıdır. Ona görə də hər bir kiçik ləyaqətli insanın yanında diqqətli oluruq, ancaq Allahın qarşısında diqqətsiz və hüzursuz dayanırıq.

Deməli, biz əgər Haqq Təalanı və onun sifətlərini tanımaq istəsək, Onu həmin böyüklüyü və əzəməti ilə tanımalıyıq ki, bu məsələ də qəlb hüzurunu əldə etməyə səbəb olacaqdır.

2. Hüzur hissi.

İnsan, Allah və Onun sifətlərinə olan elmin səviyyəsinə görə namazda qəlb hüzuru əldə edir. O kəs ki, Allahın hər yerdə olduğunu bilsə, namaz zamanı da onunla sönbət etsə, ondan qafil olmayacaqdır.

Mühüm odur ki, biz Allahı Allah olduğu və Allahlıq etdiyi üçün tanıyaq və başa düşək ki, Allah hər yerdədir. Və Allah buyurur ki, “Allah sizin əməllərinizə nazir (görən) və şahiddir”. (“Ələq” surəsi, ayə 14).
Bu ayəni qəlbimizə təlqin edək. Əgər tanıma hasil olsa, bir an belə Ona diqqətdən qafil olmayacağıq və ibadət zamanı diqqətin və hüzurun yuxarı səviyyəsinə çatacağıq. Belə ki, Rəsulallah (s) buyurur: “Allaha elə ibadət et ki, sanki Onu görürsən və sən Onu görməsən də, O ki, səni müşahidə edir”.

İnsan gərək “O, bizdən gizli deyildir və bizə bizdən yaxındır” cümləsinin mənasını qəlbinə başa salsın və həmçinin bilsin ki, buna mane olan ancaq özüdür. Deməli insan əgər Allahı, ona yaxın olan və hər yerdə olaraq, dərk etsə və tanısa, onun hüzurunu hiss edər və ona çatmaq üçün olan bütün maneləri aradan qaldırmağa cəhd edər ki, namazda da bu özünün kulminasiya nöqtəsinə çatar.

Beləliklə, deyə bilərik ki, bizim etdiyimiz günahların səbəbi ibadət və namazda qəlb hüzuru əldə edə bilməməyimizdir. Belə ki, insan o vaxta qədər ki, Allah qarşısında hüzur əldə etməsə və onun buyurduqlarına iman gətirməsə, yenə də günah sahibi olacaqdır. Allah Təala buyurur: “Biz insana onun şah damarından da yaxınıq” (“Qaf” surəsi, 16). Başqa ayədə buyurur: “Bilin ki, Allah insan ilə onun qəlbi arasında qərar tutur”. (“İnfal” surəsi, 24).


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:45
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Inciciceyi

  • 21 iyun 2011 11:35
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Sevinc ADU

  • 18 iyun 2011 01:04
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH razi olsun sizden,cox gozel ve sozsuz ki dogru fikirlerdir.Cox sag olun.

R.M_FaNaTka

  • 17 iyun 2011 23:34
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Allah razı olsun sizdən.

--------------------

AliNikA

  • 17 iyun 2011 18:14
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurlerrrrrrrr

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

lema

  • 17 iyun 2011 17:55
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun.biraz dili ağır idi deye iki defe oxudum.yenede twk....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

samir_252

  • 17 iyun 2011 17:13
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
ilks erh meden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 48
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}