Yol gedirəm

 
Yol gedirəm

Enişli-yoxuşlu, dərəli-təpəli,
izsiz-cığırsız,
Bütün insanlardan, oxucularımdan,
Yorulmuşam...
uzaq olmaq üçün,
Sakit və səssiz bir səhra qoynunda
iki gündür yol gedirəm.

Təbiətin gözəlliyi üz döndərib
bu səhradan,
İnsanlar da!
Sürgün olmuş ümidlərin, arzuların
məskənidir bu, səhra.
Bir qəribəm bu səhrada,
qərib kimi gəlmişəm,
qərib kimi yol gedirəm.

Yüküm kitablarım,
birdə beynimdəki düşüncələrim,
Hər şeyi unudub, silib ataraq,
Bəlkə də saf, bəlkə də rahat
olmaq üçün gəlmişəm bura!
Sanki cansız bir bədəninsahibi kimi
dinməz-söyləməz yol gedirəm.

Bilirəm bu yolun sonu bilinmir,
Səhra qoynunda haldan düşərək,
Uzanıb qalacam, gözü yumulu,
Örtəcək üstümü qum dənələri,
Məhv olacam bir gün,
Bütün bunları bilsəm də yenə,
dayanmıram yol gedirəm.

Yaşayıb yaratdım,
Çevirdim sözlərə xəyallarımı,
Oxuyub sevdilər sölərimi,
Fərq etməz onlara mən varam, ya yox...
Əsas sözlərim yaşayacaqdır,
Düşünüb bunları, ruhdan düşərək,
Qərara aldım ki... yol gedirəm.

Qoyub kitabları səhra qoynuna,
Sanki dəfn edirəm xəyallarımı,
Sarı qum dənələri
örtür üzlərini kitablarımın,
Əsən rüzgara verib düşüncələrimi,
yola salıram,
Yumub gözlərimi rahat olaraq,
Arxayın-arxayın yol gedirəm.

Bu yolun əvvəli sonudur demə,
Bu yolun sonu da əvvəli imiş,
İki ölüm var; ruhən və mənən
Mən mənən ölüyəm,
Ruhən ölmək üçün
seçdim bu yolu,
Kimsəsiz, sahibsiz səhra qoynunda
Ölümün üstünə yol gedirəm...

Yol gedirəm


Geri dön

Narka E-ZaDe

  • 8 avqust 2011 13:28
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
xebere gore twk.....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

YazYamuru

  • 1 iyul 2011 03:30
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
iKi YolUm vAr :ruhen ve menen no

hhhmmmm te$ekkürler gözel menali yazi idi

--------------------



CeLa

  • 1 iyul 2011 01:23
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
super
[color=#CC66CC][/color]

Inciciceyi

  • 20 iyun 2011 12:06
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 18 iyun 2011 16:22
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkur edirem

--------------------

qaraqan_girl

  • 18 iyun 2011 11:48
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
Təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}