ALLAH 'ım

 
ALLAH 'ım

Ey şəfqəti və mərhəməti sərhədsiz olan ALLAH 'ım,
Bütün ürəyim, ruhum və səmimiyyətimlə əllərimi Sənə qaldırıb yalvarıram. Bu günə qədər Sənə dönmək, Sənin sevmədiyin şeyləri etməmək və bütün ruhumla Sənə bağlanmaq mövzusunda verdiyim sözləri pozdum. Həmişə nəfsimin və şeytanın çirkin tələlərinə qapılıb, vicdanım fəryad etdiyi halda, Sənin hüzurunda Sənə üsyan mənasını verəcək pislikləri etdim.
Mən bu anda Sənin qüdrətinin təcəllisiylə bu sözləri söyləyərkən, təkrar, utanmaq qaralrmış alnımla hüzurunda boynumu əyirəm. Bir daha Sənin uca mərhəmətinə sığınaraq, əzabından qorxub rəhmətin üçün yalvarıram.

Şəfqətli və Mərhəmətli ALLAH 'ım,
Şübhəsiz, Sənin qullarına olan şəfqət və mərhəmətin, bütün anaların ruhlarına bağışladığın övlad şəfqətiylə müqayisə olunmayacaq qədər böyük və sərhədsizdir. Təkrar, rəhmətini ümid edərək, bulanıq gözlərimi sinəmə endirib, bağışlanmağımı diləyirəm.
Səndən başqa əl açacağım, nəticədə Səndən başqa qapısına sığınacağım, Səndən başqa ürəyimin və ruhumun sərhədsiz arzularını təmin edə bilən heç kim yoxdur.

Məni bağışlamağını səmimiliklə istəyirəm.
Sənin sevmədiyin və məni Sənə sevdirməyəcək şeyləri etməmək barəsində, mənə möhkəm bir iradə verməyini diləyirəm.
Nəfsimə qalib gəlmək, nəfsimin çirkin arzularını sənin çəkdiyin qanunların dairəsi çərçivəsində təmin etmək mövzusunda mənə müvəffəqiyyət verməyini diləyirəm.
Şübhəsiz mənim və sevdiklərimin və sevmək istədiklərimin sahibi Sənsən. Sənin mülkün olan şeylərə yönələn nəfsimin Səndən icazəsiz istəməsinə qarşı, Sənin köməyinə sığınıram.
Mənə insanlığın xüsusilə sonsuz xoşbəxtliyini dəstəkləyəcək işlərdə bir bədən və zehin sağlamlığı bağışlamağını diləyirəm.

ALLAH 'ım...
Kainatı Onun nurundan yaratdığın, bizim Səni tanımağımıza görəı borclu olduğumuz Sevimli Peyğəmbərimizin (s.ə.v) Sənə olan uca sevgisinin hörmətinə; Sənin Qədr, Rəhim və Rəhman adlarının hörmətinə, yalvarışlarımı qatında qəbul et. Xeyirli hədəflərimdən ayrılmağıma icazə vermə.

ALLAHım!
Məni sürüyüb Səndən uzaqlaşdırmağa çalışan nəfsimin əllərinə təslim etmə. Səni sevməkdən daha böyük bir xoşbəxtlik ola bilməz.
Səni mənə sevdir. Ruhuma hər səhər bu duanı səmimiyyətlə oxumağa məni təşviq edəcək bir arzu ver.
Rəbbim! Məni bağışlayıb, sevdiklərinə daxil olmaq istəyirəm. Məni qaranlıq və təhlükəli yollardan keçirərkən tək buraxmamağını, mənim yanımda olduğunu hiss etməyimi Səndən istəyirəm. Qüsurlarımdan utanıram. Yalanlarımdan, şükrsüzlüklərimdən utanıram.
Əgər məni bağışlasan və sevsən, bundan daha böyük nəyi bacara bilərəm?

İsrarla və səmimiliklə Sənə sığınıram 'ım. Səndən uzaqlara düşməkdən Sənə sığınıram.


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:42
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Inciciceyi

  • 20 iyun 2011 12:09
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 51

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}