Dəvətsiz qonaq

 
Dəvətsiz qonaq

Çöldə yağış, bir fincan isti çay və mən. Hər zamanki ayrılmaz üçlük. İndi nə olub?
Suallardan cavab axtarmağa imkan yoxdur. Pəncərəni yenə kimsə tıqqıldadır.
Göydələnə belə çıxsan yenə o pəncərəni döyəcək. Açım ya açmayım?! Təkəm axı.

Dostum yox, evdəkilər anlamır, sevgilimdən ayrılmışam. Yaxşısı budur açım.
Onsuz da yaxşısını düşünüb seçmək şansım yoxdur. Heç halım da.
Hə, buyur gəl, xoş gəlmisən. Gözlətdim bağışla. Yağış da isladıb səni. Necəyəm?
Sən ki gəldin. Əgər gəldinsə demək ki təkəm. Yol göstərəcəksən mənə? Hansı yol?
Mən heç nə görmürəm axı. Danış, danış dinləyirəm. Doğrudur.
Evdəkilər məni heç vaxt anlamayıb. Dost qalmayıb indi razıyam.

O isə. Hə, həmişəlik itirdim. İndi başqası var? Hardan bilirsən?
Həə, elə hiss elədin. Məncə də tapıb yenisin amma bax, mən təkəm. Qisas alım?
Nə deyib, necə? Öldürüm? Ha ha ha...öldürmək mi? O cəsarət olsaydı yanında
qalardım daha cinayət niyə?! Necə? Onu yox, özümü? Yox, yox. Bacarmaram axı.

Yenə ürəyim sıxılır. Bax, hamı xoşbəxtdir bəs mən? Hər gecə göz yaşım seldir.
Amma hamı gülür. Elə o da. Sən belə gülürsən. Bəs mən? Sevilmirəm.
Gecələrdən zəhləm gedir. Hər kəsə nifrətim var. İlk öncə də özümə.
Güzgülərə bax bilmirəm. Hər şey bərbaddır. Hər şey. İndi qalx get!
Gələndə olmaya bilərəm “dostum” depressiya. Bəlkə bir də heç zaman olmadım.

Yox olan hisslərim kimi yox olacam. O zaman kimsə bəlkə məni xatırladı.
Bəlkə kimsə darıxdı. Bəlkə kimlərsə göz yaşına qıya bildi..
mənim üçün..hə, hə mənim üçün...İndi sağol....

Bu qonaq sizi sevmir.
Siz siz olun o pəncərəni nəbadə üzünə açmayın "dəvətsiz qonağın".


Geri dön

Inciciceyi

  • 20 iyun 2011 12:04
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twkler maraqli yazidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

JISTEN TIMBERLAND

  • 18 iyun 2011 11:50
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
Maraqli idi

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

qaraqan_girl

  • 18 iyun 2011 11:47
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
Təşəkkürlər

Musique Sage

  • 18 iyun 2011 10:25
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
hem gulmeli hem maraqlidir tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}