Sinəmi yandırır yenə ayrılıq,
Nələr çəkdirməmiş mənə ayrılıq.
Gəlsənə insafa, dinə, ayrılıq,
Məni güldürən də, ağladan da sən.
Kədərlə dost edən hər zaman da sən.
Sən bizim ellərə bir sirdaş oldun,
Duyan könüllərə bir yoldaş oldun,
Ölkəmdə qanunsuz vətəndaş oldun.
Sən elin qəlbinə bir dağ olmusan.
Dillərdən dillərə soraq olmusan.
Bu bir xəyal deyil, bir gələcəkdir,
Ayrılan ürəklər birləşəcəkdir.
İntizar könlüm də dincələcəkdir.
Həyat öz hökmünü vermişdir artıq,
Ölümə məhkumdur hicran, ayrılıq.
Nələr çəkdirməmiş mənə ayrılıq.
Gəlsənə insafa, dinə, ayrılıq,
Məni güldürən də, ağladan da sən.
Kədərlə dost edən hər zaman da sən.
Sən bizim ellərə bir sirdaş oldun,
Duyan könüllərə bir yoldaş oldun,
Ölkəmdə qanunsuz vətəndaş oldun.
Sən elin qəlbinə bir dağ olmusan.
Dillərdən dillərə soraq olmusan.
Bu bir xəyal deyil, bir gələcəkdir,
Ayrılan ürəklər birləşəcəkdir.
İntizar könlüm də dincələcəkdir.
Həyat öz hökmünü vermişdir artıq,
Ölümə məhkumdur hicran, ayrılıq.