Bu gün İslamın əzəmətli qadını Xanım Zeynəbin (s.ə) vəfat günüdür

 
İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi.

İlahi göstərişlə qoyulan ad - Zeynəb

Xanım Fatimə (s.ə) Zeynəbi (s.ə) dünyaya gətirəndə Peyğəmbər (s) Mədinədə yox idi. Ona görə də Xanım Fatimə Əlidən (ə) uşağa ad qoymasını istədi. Əli (ə) isə bildirdi ki, Allahın Peyğəmbərinin (s) səfərdən dönməsini gözləsinlər və O, hansı adı məsləhət bilsə, o adı da qoyacaqlar. 3 gündən sonra Peyğəmbər (s) səfərdən döndü. Əli (ə) mətləbi ona anlatdı. Və ondan uşağa ad qoymasını istədi. Peyğəmbər (s) bildirdi ki, Fatimənin övladları mənim övladlarım olsa da, onlar barəsində qərar vermək yalnız Allaha məxsusdur. Ona görə də mən ilahi vəhyi gözləməliyəm. Bundan sonra Cəbrail (ə) nazil olaraq bildirdi: "Ya Peyğəmbər, Allah buyurur ki, bu qızın adını Zeynəb qoyasan. Çünki bu adı Lövhi-Məhfuzda bu cür yazmışam".Bunu eşidən Peyğəmbər (s) təzə doğulan körpəni onun yanına gətirilməsini istədi. Uşağı qucağına alan Peyğəmbər (s) onu öpərək buyurdu: "Ümmətin hal-hazırda mövcud olanlarına və gələcək nəsillərə vəsiyyət edirəm ki, bu qızın qədrini bilsinlər, ona hörmət etsinlər. Çünki o, Xədicəyi-Kubra kimidir".

Bir qəlb, iki məhəbbət

Xanım Zeynəb (ə) hələ uşaq yaşlarından yüksək mərifətə sahib idi. Bir gün o, atası Əlidən (ə) soruşur: "Atacan, məni istəyirsən?" Əli cavab verir ki, bəli, qızım, istəyirəm. Bu cavabdan sonra Xanım Zeynəb (ə) buyurur: "İki məhəbbət- Allaha və övladlara qarşı duyulan məhəbbət bir qəlbə sığa bilməz. Ona görə də, əslində, xalis və həqiqi məhəbbət Allaha məxsusdur. Şəfqət, ürəyi yanma və rəğbət isə övladlara məxsusdur. Və övladlara qarşı duyulan məhəbbət özü də Allaha xatir olur".

"Müsibətlər anası"

Heç şübhəsiz ki, Xanımın həyatının ən çətin və ən dəyərli anları Kərbəla müsibətində - qardaşı İmam Hüseynin (ə) Qafiləsində olmasıdır. Buna görə də Xanımı "müsibətlər anası" adlandırırlar. Dağlar böyüklüyündə dərd gəlir, qəm gəlir, amma Xanım Zeynəb səbr edir. İmam Hüseyni, Həzrət Abbası şəhadətə yetirirlər, amma o səbr edir. Bu azmış kimi iki oğlunu da şəhadətə göndərir. Amma təmkinini itirmir. Buna görə də birmənalı olaraq, Kərbəla hadisəsini tədqiq edənlər bildirirlər ki, İmam Hüseynin (ə) vəzifəsi Kərbəlaya qədər idi, ondan sonra isə heç də daha az məsuliyyətli olmayan bu məşum hadisəni yaşatmaq vəzifəsi gəlirdi. Bunu da Xanım Zeynəb ən kamil şəkildə yerinə yetirdi.

Məhrumiyyətlər içində ibadət

İmam Səccad bibisi Zeynəb (s.ə) barəsində bildirir: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, minacatlarını edirdi. Bütün bu məhruumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı". Bundan əlavə, Kərbəla qəhramanın ibadətindən xəbərdar olan Seyyiduş-Şühəda İmam Hüseyn (ə) Xanıma buyurmuşdu: "Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma".


Geri dön

Inciciceyi

  • 20 iyun 2011 10:57
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Sevinc ADU

  • 18 iyun 2011 20:57
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH razi olsun.Xebere gore tesekkur edirem.

piko

  • 18 iyun 2011 20:03
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
emeye hormet smile

MiLeyla

  • 18 iyun 2011 17:33
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

qonce

  • 18 iyun 2011 16:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,Allah razi olsun!Hemcinin bu gun qehremanimiz MUbariz Ibrahimovun vefatindan 1il otur.Allah rehmet etsin!Rhu sad olsun!O her zaman ureyimizde yasayacaq.

justin bieber

  • 18 iyun 2011 16:28
  • Məqalə: 46
  • Şərh: 415
  • Bal:
{awards}
Sitat: OK
tesekkurler, maraqli idi


OK

  • 18 iyun 2011 16:19
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
tesekkurler, maraqli idi

--------------------

lema

  • 18 iyun 2011 16:19
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun.bilirdim bunu seher teqvimde oxumuşdum.Bele gözel xebere göre twk....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

ASMIYA

  • 18 iyun 2011 16:12
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
COX COX COX TESEKKUR EDIREM. BIZE O INSANLARIN HEYATI LAZIMDIR. ONLARDAN BIR SEYLER GOTURMEYE CALISMALIYIQ. YOXSA OZUMUZU HANSISA TANINMISIN EXLAQSIZIN GEYIMINE YA DA KI HEREKETLEINE DEYIL. ISTER AZERI, TURK ISTERSE XARIC OLSUN, ETMEYEK BUNLARI SONRA PESMAN OLARIQ DA GEC OLAR.
wassat

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 34
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}