Eşqimin qəlbini yaralı qoyub
Hara gedəcəksən qayıdacaqsan
Oduma alışıb oduma yanıb
Külə dönəcəksən qayıdacaqsan
Keçmiş günlərimiz düşər yadına
Dözmərsən həsrətin acı oduna
Yanarsan bir kimsə çatmaz dadına.
Məndə sönəcəksən qayıdacaqsan
Çıxarsan sahilə sahil kimsəsiz
Sənin göz yaşını yuyacaq dəniz
Ürəyin qırılar sınarsan mənsiz
Məni sevəcəksən qayıdacaqsan
Ürəyim hər zaman istəyər səni.
Fələklər aramsız izləyər səni.
Anar ölənədək gözləyər səni.
Məndə öləcəksən qayıdacaqsan
Hara gedəcəksən qayıdacaqsan
Oduma alışıb oduma yanıb
Külə dönəcəksən qayıdacaqsan
Keçmiş günlərimiz düşər yadına
Dözmərsən həsrətin acı oduna
Yanarsan bir kimsə çatmaz dadına.
Məndə sönəcəksən qayıdacaqsan
Çıxarsan sahilə sahil kimsəsiz
Sənin göz yaşını yuyacaq dəniz
Ürəyin qırılar sınarsan mənsiz
Məni sevəcəksən qayıdacaqsan
Ürəyim hər zaman istəyər səni.
Fələklər aramsız izləyər səni.
Anar ölənədək gözləyər səni.
Məndə öləcəksən qayıdacaqsan