Kamil insanın mövludunu yaşamaq səadətini

 
Kamil insanın mövludunu yaşamaq səadətini

HƏZRƏT ƏLİNİN (Ə) ƏTİNƏ VƏ QANINA İMAN, HƏZRƏT PEYĞƏMBƏR (S) QƏDƏR QARIŞIB

Bir kəsin mövludunu qeyd edirik ki, Allahın Evi o şəxsin mövludunu qarşılayıb. Bir kəsin mövlududur ki, əziz Peyğəmbərimizdən (s) sonra bəşəriyyətin ən kamil insanıdır. Bəhsimizi böyük İslam Peyğəmbərindən (s) Həzrət Əli (ə) ilə bağlı buyurduğu mübarək hədislə başlamaq istərdik. Yaranışın hikməti, Allahın Elçisi, əziz Rəsulumuz (s) Zülfüqar sahibi, Elm şəhərinin qapısı olan Həzrət Əlini (ə) bizlərə çox incə bir buyuruşla tanıdır. Peyğəmbər (s) buyurur: “Ey Əli can! İmanın sənin ətin və qanınla qarışması, mənim ətimə və qanıma qarışması qədərdir”. Rəsulallah (s) Həzrət Əlinin (ə) dərəcəsini olduqca dəqiq çatdırır. Buyurur, necə ki, Allah elçisinin qanına və ətinə iman qarışıb, o cür də Əlinin (ə) əti və qanına iman qarışıb.

ADLARINI SAYMAĞA SAATLAR YETMƏZ


Qeyd etdiyimiz ki, Həzrət Əlinin (ə) yalnız adlarına gəlsək, saatlarla danışmaq olar. Kəbə mövludu, Əmirəlmöminin, Siratəl-mustəqim, Allahın aşkar nuru, kafirləri məhv edən, pis əməllər sahiblərinin qənimi, sirlər mədəni, aydın ayələrin aşkar və parlaq möcüzələrinin sahibi, məhvdən nicat verən, Rəsulun (s) qardaşı, Zəhranın həyat yoldaşı, Həsəneynin (ə) atası, Allahın çəkilmiş qılıncı, parlaq ulduz, elm mətləblərinin dairəsinin mərkəzi, ümmətin sərvəri, Bismillahın “ba”sının nöqtəsi, Cəbrailin müəllimi, Mikayılın əmiri, Əzrailin hakimi, pənah axtaranların pənahı, biçarələr və hacət diləyənlərin dadına çatan...

Saatlarla bu adlarını davam etdirmək olar. Görün Əli (ə) kimdir ki, bu qədər ona aid olan xüsusiyyət var. Əziz Rəsulumuz (s) Əli (ə) barədə buyurur: “Əli ibni Əbutalib İslamda Allaha tabe olmaqda mənim ümmətimin ən irəlidə gedənidir. Onların ən elmlisidir. Onların dində ən salimdir. Və odur imam və məndən sonra xəlifə və canişin”. Əziz Peyğəmbərimiz bizlərə İmamı (ə) tanımaq üçün aydın və açıq-aşkar mesajlar verir, ən gözəl şəkildə onu tanıdır.

O, İNSANLARIN ƏN XOŞƏXLAQLISIDIR

Başqa bir hədisində Həzrət Peyğəmbər Əlinin (ə) kimliyini bildirir. Buyurur: “Əli (ə) -insanların ən xoşəxlaqlısıdır”. Bu məsələ çoxlu sayda alim, mütəxəssis və tədqiqatçıların tədqiqat obyektinə çevrilib. Necə olur ki, bir insan döyüş meydanında əlində Zülfüqar qılıncı olanda düşmənə aman vermir, amma həmin o insan yetim görəndə dizləri əsir? Həmin o insanın möminlərə ürəyi yanır, kafirlərin isə belini sındırır?! Həmin o insan elm şəhərinin qapısıdır. Necə olur ki, bir şəxsdə bu qədər keyfiyyət və xüsusiyyətlər cəmləşir? Əli (ə) – Rəsul (s) məktəbinin birinci barıdır. İllərlə bəşər bilmirdi ki, İslam var, bilmirdi tövhid var – Əli (ə) əziz Rəsulallah (s) və Həzrət Xədicə (ə) ilə müsəlman olaraq yaşayırdı. Əli (ə) – Rəsul tərbiyəsini görüb, mövludu Allah evindən başlayıb. Əli (ə) bütün ömrü boyu qarşısına bir məqsəd və bir hədəf qoyub – bəndə olmaq. Əli (ə) bəndə olaraq, hər kəs hicrət edən zaman Rəsulallahın (s) mübarək yatağında şəhadəti qəbul etmək üçün uzanır. Əli (ə) bəndə olaraq, döyüşlərdə İslamın aradan getməsi təhlükəsi olan zaman, bütün küfr haqq ilə üzbəüz gələn zaman İslamı xilas edir.

ƏSL HÖKUMƏT BAŞÇISI SİMVOLU

Əli (ə) – İslamın məsləhətinə görə, “Allahu Əkbər” sədalarının minarələrdən ucalması üçün öz evində “xaninişin” olur. O, bir kəsdir ki, hökumət başında olan zaman camaatın malını talamağın, insanların gününü qara etməyin qarşısını alır. Müsəlman ümmətinin başında dayanmağın nə olduğunu izah edir. Həzrət Əli (ə) hökumət başında olan zaman gecələr yetimlərə baş çəkməklə, aclıqdan mədəsinin əziyyət çəkməməsi üçün qarnına daş bağlamaqla və ümmətin ən aciz vəziyyətdə olan üzvü qədər sadə bir həyat keçinməklə dərs qoyur. Əli (ə) göstərir ki, hakimiyyət başında olmaq - çoxlu pula malik olmaq, çoxlu yemək, tabeliyindəkiləri incitmək və s. deyil, təqva və imanla rəhbərlik etməkdir.

HƏZRƏT ƏLİNİN (Ə) MÖVLUDUNU YAŞAMAQ – NADİR NEMƏTLƏRDƏNDİR

Həzrət Əli (ə) Rəsul (s) məktəbinin yetişdirdiyi kamil insandır. İllər keçəcək, dostlar müxtəlif şərait və səbəblərə görə ona olan sevgisini gizlədəcək, öz sevgisini dilə gətirməkdən çəkinəcək. Düşmənlər paxıllıqdan Əlinin (ə) fəzilət və xüsusiyyətlərindən danışmaqdan çəkinəcək. Lakin bir İlahi möcüzə ilə onun mübarək şəxsiyyəti əsrlərdən keçəcək, unudulmayacaq. Bu İlahi möcüzədir ki, bu gün bütün dünya Həzrət Əlinin (ə) kimliyini tanıyır. Bütün dünya Əli (ə) mərdliyini, şücaətini, elmini tanıyır.

İmam Əli (ə) mövludunu yaşamaq çox az tapılan, nadir səadətlərdən biridir. “Əşhədu ənnə Əmirəlmomininə Əliyyən vəliyullah” sədasını ucaltmaq - böyük bir nemətdir. Bu, elə bir sədadır ki, batil əqidələrin müqabilində ucalır. Bir vaxtlar bu sədanı ucaltmaq çox təhlükəli olub. Həmin zamanlarda bunun yerinə “Əli Allahın düşmənidir” (nəuzibillah!) şüarı səsləndirilirdi. Öyrədilmiş şəxslərə bu sözü deməyə görə böyük pullar paylanılırdı. Əli (ə) kimi haqq, kamil insan Allahın düşməni kimi tanıtdırılırdı... Amma, Əli (ə) sevərlər bu böyük eşqi əsrlər boyu müxtəlif yollarla yaşadıb.


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:51
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Inciciceyi

  • 20 iyun 2011 10:18
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 19 iyun 2011 18:40
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore twk edirem

--------------------

RaminYek

  • 19 iyun 2011 11:58
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
twk wink

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 48
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}