Əli (Ə) Aşiqi necə olmalı?

 
Əli (Ə) Aşiqi necə olmalı?

ƏLİ (Ə) AŞİQİ NECƏ OLMALI?
Niyə Əlidən (ə) qorxurlar? Çünki, Əli (ə) bütləri sındırandır. Niyə Əli (ə) aşiqindən qorxurlar? Çünki, onlar zalımlara “yox” deyəndir, bütlərə “yox” deyəndir. Əli (ə) aşiqi öz rəhbəri kimi - istər daxili nəfsani bütlərini, istərsə də cəmiyyətdəki bütləri sındırandır. Əli (ə) aşiqi kamillik müstəvisində olmalıdır. Əgər bu gün Əli (ə) eşqi Əhli-beyt (ə) davamçısının ətinə, qanına hopubsa, bu əməllərində özünün təzahürünü tapmalıdır. Dilimiz Əli (ə) haqqını deməli, məntiqimiz Əli (ə) məntiqi olmalıdır. Əgər yaşayışımızda Əli (ə) yaşayışından əsər-əlamət yoxdursa, demək ki, sevgimiz hələ lazımi səviyyədə deyil.

Oruc halda olan Həzrət Əlinin (ə) üç gün ardıcıl qapısı döyülür, ac, imkansız insan müraciət edir, Əli (ə) və Zəhra (ə) öz iftarını o şəxsə verir. Və üç gün obaşdan, iftarı ehsan verilmiş halda təhvil verilir. Sonra Qurani-Kərim bu insanlara bəh-bəh deyir. Əhli-beyt (ə) aşiqi İslamı bu cür yaşatmalıdır. İslamı sözdə deyil, əməldə yaşatmaq gərəkir.

YEZİD (lən) DEYİL, HƏZRƏT ƏLİ (ə) YETİŞDİRƏN DÜNYANI NECƏ YAŞAMALI?

Həzrət Əli kimi yaşamaq mövzusuna bir qədər ətraflı toxunaq. İslam mətnlərinin insan həyatını tam şəkildə əhatə edən bütün məsələlər yanaşması var. Bu mövzuların ən ciddilərindən biri, insanın dünya həyatı ilə olan münasibətinə dairdir. Bu dünyaya göz açan, bu dünyada yaşayan insan həmin bu dünya ilə necə davranmalıdır? Tamamilə tərki-dünya olub yalnız axirət üçünmü çalışmalı, Axirəti udub dünyanın dalıycamı getməli və ya dünyanı bir vasit tutaraq axirət qazanmağa can atmalı?

İmam Sadiqdən (ə) çox mübarək bir buyuruş var. Həmin əziz hədisdə İmam Sadiq (ə) çox qiymətli məsələlər toxunur: “Bir kəs sübh edə və gecə edə, bir halda ki, dünya onun ən böyük qəmi və dərdi ola - Allah Təala ehtiyaclılığı, fəqri onun iki gözünün arasında qərar verər və onun işlərini bir-birinə qarışdırar. Və bir kəs ki, sübh edə və gecə edə, bir halda ki, axirət onun ən böyük qəmi və dərdi ola - Allah Təala onun üçün qənilik, ehtiyacsızlıq kimi bir gözəl neməti qəlbində qərar verər və onun işlərini yerbəyer edər”.

Əziz İmamımız (ə) bu hədisdə iki çox incə mətləbi çatdırmaq istəyir. Biri budur ki, əgər insan gecə-gündüzünü dünya dərdi, dünya qəmi ilə keçirsə, bununla onun dərdi və qəmi aradan getməyəcək. Əksinə, insanın ehtiyaclılığı və fərqliliyi bir miqdar da artacaq, iki gözün arasında qərar veriləcək. İkinci dərs isə budur ki, insan gecə və gündüzü Axirət qəmi ilə başa vurarsa, Allah Təala onun dünya işlərini özü həll edər. Belə yaşamı öyrədir bizə mövludunu qeyd etdiyimiz İmam Əli (ə)...

DÜNYANIN İKİ MƏNASI VAR

Bu hədisdə görürük ki, dünya tənqid olunur, dünya dərdi çəkmək tənqid edilir. Amma bir başqa hədislərdə görürük ki, dünya bu cür tənqid edilmir. Eyni zamanda belə buyuruşlar da var ki, İslam elə bu dünya üçün gəlib. Bu dünya insan üçün yaranıb. Bu iki fikir arasında hər hansı ziddiyyət varmı? Ayələrin, hədislərin və ümumən İslam məntiqinin nəticəsi budur ki, iki növ dünya mövcuddur. Bir növ dünya var ki, ona “məzmumə dünya” deyirlər. İkinci növ dünya isə “məmduhə dünya” adlanır. O dünya ki, insanın hədəfinə çevrilə, o dünya ki, insanı həqiqi məqsədlərindən ayıra, insanı aldada, başını yalnızca müvəqqəti işlərə qata, həmin dünya “məzmumə dünyaya” çevrilir. Və bunun əksi də var. İnsana Əli (ə) olmağa imkan verən, insana Zəhra (ə) olmağa imkan verən, Zeynəb (s.ə), Əbəlfəzl (ə), Əbazər (ə) olmağa imkan verir, həmin dünya “məmduhə dünya” adlanır. Hədis elminin mütəxəssisləri buyururlar ki, yuxarıdakı hədisdə söhbət məzmumə dünyadan gedir. Əgər insan gecəsini-gündüzünü keçirdə və dərdi məzmumə dünya olarsa, həmin şəxs bir yerə gedib çıxa bilməz.

DÜNYA SƏNİ DƏNİZ SUYU TƏK TƏŞNƏ EDƏR və SONDA ÖLDÜRƏR

Zülfüqar sahibi, yetim görəndə dizləri əsən Həzrət Əliyə (ə) nisbət verirlər ki, buyurur: “And olsun Allaha, Əbu Talibin oğlu ölümə uşağın ana sinəsinə olan meylindən daha çox meyllidir”. Həzrət (ə) buyurur ki, necə ki, südəmər körpə ana südünün teşnəsidir, mən də ölümün o qədər teşnəsiyəm.

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: “Dünyanın məsəli dənizin suyu təkidir. Hər nə qədər susuz ondan içsə, susuzluğu bir o qədər çoxalar. Ta onu öldürənə qədər”. İmam (ə) burada çox incə məqamlara toxunur. İnsanın teşnəliyi, susuzluğu təbiidir. Amma insan adi su yerinə dəniz içərsə, bu, onun ziyanına olar. Hər ikisi zahirdə sudur. Lakin, onlardan biri insanın susuzluğunu yatırdar, teşnəliyini aradan aparar, digəri isə nəinki insanın susuzluğunu aradan aparır, əksinə onun susuzluğunu artırır və öldürənə qədər rahat buraxmır. O dünya ki, insanı Allahdan ayırar, insanı kamilliyə aparmaz - həmin dənizin suyu təkidir. Necə ki, insan aldanar və həqiqi su əvəzinə dəniz suyu içər, nəticə etibarilə məhv olar, eləcə də məzmum dünyada yapışan insanın istəkləri getdikcə daha da artar və sonda onu məhv edər. Bu dünya Əli (ə), Zəhra (ə), Hüseyn (ə), Həsən (ə) də yetişdirib. Həmin bu dünya məmduhə dünyadır. İnsan gərək dünyanı bunun üçün vasitə görsün. Eyni zamanda bu dünya əbuləhəblər (lən), müaviyələr (lən), yezidlər (lən) də yetişdirib. Həmin dünya isə məzmumə dünyadır. Məzmumə dünyadan dənizin suyu tək doymaq mümkün deyil. İnsan o dünyadan yapışdıqca hərisliyi, görməmişliyi daha da artar. O zamanadək ki, cənab Əzrail (ə) onun qapısını döyər.

İNSAN NƏLƏRƏ ALDANIR?

Həzrət Peyğəmbər (s) buyurur: “Sizdən öncə adamları dirhəm və dinar öldürdü və sizi də məhv edən onlardır”. Rəsul (s) ürəyi yanan həkim kimi öz ümmətinə tövsiyə edir. Həm on dörd əsr bundan qabaq yaşayanlara, həm bugünkü insanlara xəbərdarlıq edir. Ümmətini sevən Rəsul (s) xəbərdarlıq edir ki, ey insan, səndən öncəkiləri məhv edən, bədbəxt edən, tarixin zibilliyinə atan dünyanın o parıldayan iki madiyyatı oldu. İnsan gərək o nümunələrə baxsın və allanmasın. Əgər allansa, onu da məhv edəcək.

İNSAN HƏYATININ ÜÇ ƏN ÇƏTİN MƏQAMI

Bəs insan dünya mərəzindən necə qurtulmalı, nələri xatırlamaqla özünü Axirət dünyasına hazırlamalı? İmam Rzadan (ə) çox mübarək və qiymətli bir hədis nəql edilir. İmam (ə) buyurur: “İnsanı ən çox vəhşətə salan həyat mərhələlərindən ən ağrılısı - üç andır. Birinci dünyaya gələn gündür ki, insan təzə dünyaya göz açır. İkinci, ölüm vaxtıdır ki, başqa bir dünyanı və onun əhlini görür. Üçüncü, Qiyamət günüdür ki, qəbirdən qalxır və yeni durumu müşahidə edir. Allah Təala bu üç halda Yəhyaya (ə) salam göndərib. Salam olsun ona, mövlud günü, ölüm vaxtı və o vaxt ki, diri öz yerindən qalxacaq”. İmam (ə) bizlərə həyatımızın ən mühüm və eyni zamanda ağrılı mərhələsini çatdırır. Eyni zamanda Həzrət İsa (ə) da buyurur: “Salam mənə, o gün ki, dünyaya gəlmişəm, o zaman ki, ölürəm və o zaman ki, diriləcəyəm”. Deməli, bu anlar olduqca ciddi anlardır.

ƏHLİ BEYTİN (ə) HAQQINI TANIYANLARDAN KİMLƏR NİCAT TAPA BİLMƏYƏCƏK?

İmam Səccad (ə) buyurur: “İnsan həyatında ən çətin saatları üç saatdır. Bir o andır ki, ölüm mələyi gələr və insan ölüm mələyini görər. İkinci, qəbirdən hərəkət edəndə. Üçüncü, o saat ki, Allah dərgahındadır, gözləyir görəsən Behiştə gedəcək ya Cəhənnəmə”. Bu anların növbəti ikisinə gərək insan indidən, dünya həyatında özünü hazırlaşdırsın, öz durumunu hazır vəziyyətə gətirsin. İmam Baqir (ə) çox incə bir həqiqəti müsəlmanlara öyrədir və buyurur: “Bu ümmətin hər üzvü ki, bizim haqqımızı tanıya, nicat tapma ümidi var. Üç kəsdən başqa: bir, zalım padişanın saray əhli, ikinci həvayi-nəfsinin qulu olan, üçüncü açıq-aşkar günah edən”. İmam (ə) burada mücərrəd olaraq hansısa müsəlmanlara deyil, hər bir kəsə deyir. Bir müsəlman Əhli-beytin (ə) haqqını tanıya - onun nicat tapmaq şansı çoxdur. Amma göstərilən üç kəsdən başqa. Onlar çətin ki, nicat tapalar. Bunlardan birincisi barədə İmam Səccaddan (ə) çox dəqiq bir çatdırış var: “Zülmkar və o kəs ki, ona kömək edər və hər kəs ki, onun işindən razıdır - hər üçü zülmdə şərikdir”.

Biri var ki, zülm edir, biri var kimsə ona həmin zülmü etməkdə kömək edir, biri də var onun elədiyi zülmdən razıdır. Onların hamısı əslində zülmdə şərikdirlər. Zülmkar bəlkə də Qiyamətdə onun işindən razı olanlardan şikayət edəcək. Deyəcək ki, “siz əgər mənim işimdən razı olmasaydınız, vaxtı-vaxtında mənə düz etmədiyimi bildirsəydiniz, bəlkə mən bu qələtləri etməzdim”.

BAĞIŞLANAN, BAĞIŞLANMAYAN və ÜSTÜNDƏN KEÇİLMƏYƏN ZÜLMLƏR

İmam Baqir (ə) buyurur: “Zülm üç növdur: bir - bağışlanan zülmlər, ikinci, bağışlanmayan zülmlər, üçüncü, o zülmdür ki, üstündən keçilməz. Birinci zülm – insanın nəfsinə etdiyi zülmdür. İkincisi budur ki, insan şirk edə. Üçüncüsü, odur ki, insanın hüquqlarını pozasan”.

İnsanın Rəbbi ilə özü arasında etdiyi günahlar birinci növ zülmə daxildir. İnsan günah edəndə zülm edir. Biri var ki, kiməsə işgəncə verirsən, kimi qətlə yetirirsən və s. Bir də var ki, insan öz nəfsinə zülm edir. Bəndə yaranmayıb günah edə, haram iş görə, Allahdan uzaqlaşa. İnsan Allaha bəndə olmaq üçün yaranıb. İnsan bunu etməyəndə özü-özünə zülm edir. Zülm əslində bir şeyin öz yerində olmamasıdır. İnsan öz yaranış fəlsəfəsinə uyun həyat yaşamadıqda demək ki, özünə zülm edir. Amma bu zülm bağışlanan zülmlərdəndir. İkinci zülm, Allahla bərabər kiməsə və ya nəyəsə sitayiş etməkdir. Bu hər bir formada ola bilər – istər canlı, istərsə də cansız. Bu, Allahın məqamını tanımaqda zülmdür. Üçüncüsü isə budur ki, insanların hüquqlarını pozasan. Bu zülmün üstündən asanlıqla keçilməz. Çünki, insana qarşı zülm edilib. Uca Allahdan istəyək ki, bizləri zalım olmaqdan uzaq etsin.

Allahım, bizləri bu dünya və axirətdə Əli (ə) sevərlərdən qərar ver! Bizləri Əli (ə) eşqinə xatir bağışla! Müsəlmanları Əli (ə) vilayətində qərar ver! Amin!


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:50
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Inciciceyi

  • 20 iyun 2011 10:08
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqli melumatdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

piko

  • 19 iyun 2011 23:14
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Eli awiqlerinin qelbi xudaya baqlidir smile

AliNikA

  • 19 iyun 2011 14:17
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
Tewekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

Musique Sage

  • 19 iyun 2011 12:54
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
maraqlidir

RaminYek

  • 19 iyun 2011 12:23
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
tWA wink

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

JISTEN TIMBERLAND

  • 19 iyun 2011 12:23
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
BAĞIŞLANAN, BAĞIŞLANMAYAN və ÜSTÜNDƏN KEÇİLMƏYƏN ZÜLMLƏR

İmam Baqir (ə) buyurur: “Zülm üç növdur: bir - bağışlanan zülmlər, ikinci, bağışlanmayan zülmlər, üçüncü, o zülmdür ki, üstündən keçilməz. Birinci zülm – insanın nəfsinə etdiyi zülmdür. İkincisi budur ki, insan şirk edə. Üçüncüsü, odur ki, insanın hüquqlarını pozasan”.

İnsanın Rəbbi ilə özü arasında etdiyi günahlar birinci növ zülmə daxildir. İnsan günah edəndə zülm edir. Biri var ki, kiməsə işgəncə verirsən, kimi qətlə yetirirsən və s. Bir də var ki, insan öz nəfsinə zülm edir. Bəndə yaranmayıb günah edə, haram iş görə, Allahdan uzaqlaşa. İnsan Allaha bəndə olmaq üçün yaranıb. İnsan bunu etməyəndə özü-özünə zülm edir. Zülm əslində bir şeyin öz yerində olmamasıdır. İnsan öz yaranış fəlsəfəsinə uyun həyat yaşamadıqda demək ki, özünə zülm edir. Amma bu zülm bağışlanan zülmlərdəndir. İkinci zülm, Allahla bərabər kiməsə və ya nəyəsə sitayiş etməkdir. Bu hər bir formada ola bilər – istər canlı, istərsə də cansız. Bu, Allahın məqamını tanımaqda zülmdür. Üçüncüsü isə budur ki, insanların hüquqlarını pozasan. Bu zülmün üstündən asanlıqla keçilməz. Çünki, insana qarşı zülm edilib. Uca Allahdan istəyək ki, bizləri zalım olmaqdan uzaq etsin.

Allahım, bizləri bu dünya və axirətdə Əli (ə) sevərlərdən qərar ver! Bizləri Əli (ə) eşqinə xatir bağışla! Müsəlmanları Əli (ə) vilayətində qərar ver! Amin!

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}