19 İyun - Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov`un Şəhid Olduğu Gündür!

 
19 İyun - Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov`un Şəhid Olduğu Gündür!


Həyatı
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Qəhrəmanlığı
Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilmişdir.
Atası Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."
Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.
Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər - Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunnmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.

Dövlət tərəfindən aldığı yüksək qiymət
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

"Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:

Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010-cu ilin adamı” elan edib.



Son məktubu

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Türk oğlu, azər oğlu.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun misilsiz əfsanəvi şücaətinə
İgidlikdə, cəsarətdə sənin tək,
Gərək olmur öz xalqına hər oğlu.
Bu gün millət sənin ilə öyünür,
Ey vətənin, ey yurdunun nər oğlu.

Qisas üçün öz əhdində dayandın,
Bir örnəkdi hər bir kəsə bu andın.
Ölümünlə ölməzliyi qazandın,
Yaşa sən ey türk oğlu, azər oğlu.

Görməmişdi yağı belə tamaşa,
Döyüş etdin düşmən ilə başbaşa.
Hələ yenə səsləyəcək savaşa,
Vətən sən tək neçə-neçə ər oğlu.

Vətən adlı bir zirvədə qarsan sən,
Milyon qəlbə doğmasan sən, yarsan sən.
Nə qədər ki, bu dünya var varsan sən,
Unudarmı millət hünərvər oğlu.

Yol açmısan zəfərlərə çatmağa,
Qarabağa bayrağımı saçmağa.
Qoymayacaq qanınızı batmağa,
Baş komandan ər İlham, Heydər oğlu.



6 noyabr 2010-cu il.
Aqşin Hacızadə - şair
VƏTƏN SAĞ OLSUN



Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə
Bir körpə dil açaraq Biləsuvar elində,
Oddan-alovdan keçib böyüdü at belində.
Çinartək boy ataraq igid pəhləvan oldu,
Fərəhdən atasının gözü sevinclə doldu.
İdman yarışlarından qayıdırdı üzü ağ,
Onu görən deyirdi, arxamızdı, gəlir dağ.
Çempion olan vaxtı dostları sevinirdi,
Ana, üzərrik yandır, bacısı deyinirdi.
Göz dəyməsin xalqımın qəhrəman övladına,
Allah yetsin mərdlərin həmişə imdadına.
Könüllü xidmət etdi, sərhəd bölgələrində,
Gözləyirdi səngərdə, kəndin döngələrində.
Azğınlaşmış erməni bizə pusqu qururdu,
Türkü arxadan vurub, üzlərinə dururdu.
Mübariz haqsızlığa dözə bilmədi, əlbət,
Düşmənin qarşısında sinəsi sipər, həm sədd.
Məktub yazdı "ay ana məndən qalma nigaran,
Vətən sağ olsun” – dedi, göynəsədə qəlb yaram.
Əgər mən qayıtmasam, məni bağışla, ana!
Görən ana dərdindən alovlanıb kim yanar?
Xeyir-dua alaraq anasından Mübariz,
Ona tanış gəlirdi, işğalda qalan hər iz.
Cəsur kəşfiyyatçıtək irəliyə şığıdı,
Kolda-kosda gizlənən terrorçu bic-dığadır.
Vətəni qoruyaraq düşmənin cəbhəsinə,
Vəlvələ salıb çökdü mənfurun sinəsinə,
Xeyli kafir qıraraq qisas aldı həmin an,
Düşmənlər çaşqın qalıb, deyirdilər oy aman:
- Bunu Allah göndərib bəlkə bizi qırmağa?
Diri tutaraq onu tez keçirin qarmağa!
Qırıb, çapdı düşməni, şəhid oldu qəhrəman.
Hər an anılacaqdır keçdikcə zaman-zaman,
Yağılar əsirdilər igidin nərəsiylə,
O, düşmən gülləsini susdurdu sinəsiylə.
Cəsədindən qorxurdu ermənilər həmin an,
Görün neçə saqqallı yerdə gəbərib, inan!
Ağır seyid övladı düşmənlə cihad etdi,
Bir günəştək saçaraq dünyadan rahat getdi.
Ali Baş Komandanım Qəhrəman adı verdi
Mübariz uyan məkan əbədi cənnət yerdi.
Tarixə qəhrəmantək şərəflə yazdı adın,
Əbədi yaşayacaq mübariztək soyadın.



Rauf İlyasoğlu - şair.
Bütöv Azərbaycan qəzeti. 6 oktyabr 2010-cu il. № 38(37)

Facebook: http://www.facebook.com/ibrahimov.Mubariz

***
Şəhid Mübariz İbrahimov`a Həsr Olunmuş Sənədli Film:



****

Şəhid Mübariz İbrahimova Həsr Olunmuş Şeir:

Bir oğul yetişdi ana vətəndə,
Ürəklərdə qaldi gözden itəndə.
Şehid olmaq üçün getdi gedəndə,
Haqsizlığa sinə gərdi Mübariz.

Yadigarı namə oldu, söz oldu,
Vətəninə, öz əhdində düz oldu.
Bir gecede silinməyən iz oldu,
Yüz yağını yerə sərdi Mübariz.

Qeyrətinə siğdırmadi olanı,
Getdi haqq əliylə bölsün yalanı.
Allaha tapşırdi ata-ananı,
Ürəyində vətən dərdi Mübariz.

O, bütöv istədi Azərbaycanı,
Ayırmadı Qarabağı, Muğanı.
Vətən torpağını suladı qanı,
Həm Əlabad, həm Tərtərdı Mübariz.

Güc aldığı imanıydı, diniydi,
Quran səsi cəsarətin himnidi.
Sanki zəmanənin Hüseynidi,
Qeyrət simvoludu, nərdi Mübariz.

Ürək məzarındı, gözüm baş daşın,
Nahaqq ilə bitməyəcək savaşın.
Şehidliyin ölməzlikdi qardaşım,
Dönməzə qeyrət, hünərdi Mübariz.


***


Mübariz İbrahimovun İgidliyindən Bəhs Edən Video Roliklər:







Geri dön

VIPTOZ

  • 6 fevral 2012 00:49
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
torpagin altinda yatan sehidler siz caninizi torpaga qurban verdiniz.papabalalarisa her gun qizlarin daliyca duserek papa sotuna kef edrler.
xebere gore tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 19:59
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

ulker97

  • 22 oktyabr 2011 18:42
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
Allah rehmet etsin. Azerbaycan bele ogullari ile fexr edir.

M_U_R_A_D_5_5_5_

  • 11 oktyabr 2011 21:37
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
wassat men fexr edirem ki bele qehramanimiz var

meaningles_life

  • 9 oktyabr 2011 16:42
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
asddasdasds

dadadsasdasd

Zehra MeLeK

  • 2 sentyabr 2011 16:15
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

music_angel

  • 21 iyul 2011 22:53
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem

Allah rehmet elesin

--------------------

GLADIATOR MACSIMUS

  • 19 iyul 2011 19:39
  • Məqalə: 2
  • Şərh: 38
  • Bal:
{awards}
Halaldi veten ugrunda caninnan kecib

Her igid bir gun sehid olar.

David Villa

  • 7 iyul 2011 23:50
  • Məqalə: 2
  • Şərh: 95
  • Bal:
{awards}
Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

Allah rehmet elesein!Ruhu sad olsun

--------------------
Soruşma ki, sənin ölkən sənin üçün nə edə bilər, soruş ki, sən ölkən üçün nə edə bilərsən.

kiskanc

  • 2 iyul 2011 17:05
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkur edirem

tatamik

  • 1 iyul 2011 18:06
  • Məqalə: 0
  • Şərh: 144
  • Bal:
{awards}
ayda adam baxanda cox pisss olur neise INSAALLAH YERI CENNETDIYDI AMIN ERMENILERIN..............

ayda adam baxanda cox pisss olur neise INSAALLAH YERI CENNETDIYDI AMIN ERMENILERIN..............

ayda adam baxanda cox pisss olur neise INSAALLAH YERI CENNETDIYDI AMIN ERMENILERIN..............

ayda adam baxanda cox pisss olur neise INSAALLAH YERI CENNETDIYDI AMIN ERMENILERIN..............

ayda adam baxanda cox pisss olur neise INSAALLAH YERI CENNETDIYDI AMIN ERMENILERIN..............

KAROCI ALLAH ONA REHMET AILESINE DE SEBR VERSIN AMMIIIIINNNNNNNN

--------------------
любит отпусти вернется твое нет никогда твоим не было

rossioneri-004

  • 28 iyun 2011 16:15
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
{awards}
xebere goretwk
..."Sagliginda qiymet verin insanlara"...

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!

Cazibe

  • 24 iyun 2011 08:35
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
ALLAH RƏHMƏT ELƏSİN

Grabitel_Lubvi

  • 23 iyun 2011 04:59
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Allah rehmet elesin Ruhun shad olsun!!!!!

MILADY

  • 22 iyun 2011 18:45
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
allah bele ogul boyuden anaya cennet bexw edib artiq

... Deryam ...

  • 20 iyun 2011 15:36
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Ne yaxşı ki sənin kimi qeyrətli oöulları oldu bu vətənin...Mübarizə və onun kimi şərəfli ölümə yÜksələn bütün şəhidlərimizə ALLAH RƏHMƏT ELƏSİN...

--------------------

Inciciceyi

  • 20 iyun 2011 09:11
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ABIYEV

  • 19 iyun 2011 22:57
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
ALLAH rehmet elesin

--------------------
))))))(((((((

Musique Sage

  • 19 iyun 2011 16:44
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Allah rehmet elesin mekani cennet olsun Allah ailesine sebr versin.

recourse

beyaz melek

  • 19 iyun 2011 15:41
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
ALLAH GENI -GENI REHMET ETSIN.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

naz

  • 19 iyun 2011 15:30
  • Məqalə: 0
  • Şərh: 559
  • Bal:
{awards}
Allah rehmet elesin...bu xalq seni hec vaxt unutmayacaq

--------------------
SEVGI ETIR KIMIDIR,HAMIDA VAR AMMA HAMIDA ORIGINAL DEYIL...!

Lindo

  • 19 iyun 2011 15:12
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah rəhmət eləsin əsl qəhrəmana ! Ailəsinə və sevənlərinə səbr diləyirəm! Azərbaycan səninlə fəxr edir ! Qəhrəmanlar unudulmur ! Ruhun şad olsun ! Amin !

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}