Uşaqlığım üçün darıxdım...

 
Uşaqlığım üçün darıxdım...

Uşaqlığım üçün darıxdım...

Bu gün uşaqlığım üçün darıxdım...Uşaq vaxtı heç böyümək istəmirdim.Amma böyüdükcə anladım ki,uşaq olub böyüməyi arzu etmək,böyük olub uşaq olmağı arzu etməkdən daha yaxşıdır.

Bu gün uşaqlığım üçün darıxdım,həyətdə oynayarkən yıxılmağım üçün.,Sonra dizlərimdə olan yaralara görə ağlayardım.Amma böyüdükcə anladım ki,qəlbdə olan yaralar daha çox incidirmiş.


Darıxdım,bir səhv etdikdə anamın məni acılaması üçün darıxdım.Düşünürdüm ki,o məni sevmir.Amma böyüdükcə anladım ki,anamın bir acı sözü indi eşitdiyim min saxta şirin sözlərdən üstün imiş...
Uşaqlığım üçün darıxdım...Uşaqlığım üçün darıxdım...Uşaqlığım üçün darıxdım...

Uşaqlığım üçün darıxdım,mənə nağıllar oxunması üçün.Onda ağ atlı şəhzadələrin varlığına inanardım.Amma böyüdükcə anladım ki,onlar yalnız nağıllarda olurlar.

Bu gün uşaqlığım üçün darıxdım,nənəmin saçlarımı hörməsi üçün.Onda əsəbləşirdim,sonra gedib açırdım,böyümək istəyirdim.Amma böyüdükcə anladım ki,hörükləri açmaqla böyümək olmur.

Darıxdım....Həyətdə oynadığım dostlarım üçün darıxdım.Onda mənə 1 şəkər verən qızı dostum hesab edirdim.Amma böyüdükcə anladım ki,şəkər verən o qız,mənə zəhər də verə bilər.
Uşaqlığım üçün darıxdım...Uşaqlığım üçün darıxdım...Uşaqlığım üçün darıxdım...
Uşağlığım üçün darıxdım.Atamın axşam evə gəlməsini gözləməyim üçün.Hər gələndə mənə sevdiyim şokoladı alırdı.Dünya mənim olurdu..Sonra səhərləri atamı işə yola salarkən,gələndə mənə saqqız almağını tapşırmağımı.Amma böyüdükcə anladım ki,həyatda istədiyim şeyləri əldə etmək,saqqızı əldə etdiyim qədər asan deyil.


Bir gün gedərkən vitrində gördüyüm oyuncağı mənə almağını istədim anamdan..Bax o gün üçün darıxdım.Ağladım,anam da aldı.Amma böyüdükcə anladım ki,hamı anam qədər yumşaq qəlbli deyil.Göz yaşlarıma acımazlar.
Uşaqlığım üçün darıxdım...Uşaqlığım üçün darıxdım...Uşaqlığım üçün darıxdım...
Gizlənpaç oynamağ üçün darıxdım..Çox sevirdim bu oyunu.Amma böyüdükcə anladım ki,problemlərlə gizlənpaç oynamaq olmur.

Sonra,gülüşlərim üçün darıxdım.Gülmək üçün səbəb lazım deyildi mənə.Amma böyüdükcə anladım ki,bir dəfə içdən gülmək üçün min çətinlikdən keçmək lazımdır.

Küsərkən böyüklərdən ,məni əzizləmələri üçün darıxdım.Məni qucağlamalarını.Amma böyüdükcə anladım ki,həyatdan küsdükdə o almır insanı qoynuna.

Bu gün uşağlığım üçün çox darıxdım.....Məsum xəyallarım,gözəl röyalarım üçün darıxdım.....bəs sən?

Uşaqlığım üçün darıxdım...


Geri dön

Just For Legend

  • 5 dekabr 2010 14:38
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
maraqli xebere gore minnattaram

--------------------

qonaq

  • 5 oktyabr 2010 17:55
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Coooxx sagolunki Muellif huquqlarini yenede pozmusuz!!

Ulya

  • 22 avqust 2010 17:14
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
coox sagol gozel movzuya gore

Miss_LeGenDa

  • 21 avqust 2010 20:02
  • Məqalə: 12
  • Şərh: 747
  • Bal:
{awards}
Ehhhh,men de darixiram herden :((((( recourse
Teshekkur...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 64
Cəmi: 91

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 871
 
Limon qoxusu
Xəbərləri: 50
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}