Belə sevdim....(Onun gündəliyindən)

 
Belə sevdim....(Onun gündəliyindən)

Belə Sevdim mən səni. Böyük bir ürəklə sevdim. Gözlərim deyil, ürəyim idi səni görən.
Sən damarlarımdakı qana qarışıb, gəldin oturdun ürəyimə. Bir başqa yerdə
ola bilməzdin onsuz da. Sən, mənim ən qiymətli yerimdə, ürəyimdə olmalı idin,
orada qalmalı idin. Çox eşqə ev sahibliyi edən bu ürək, ilk dəfə bu qədər
asan qəbul etdi səni. Hər hansı bir qonaq deyil idin artıq. Buna görə nə
qarşılama təlaşı vardı, nə də yola salma. O ürəyin gerçək sahibi idin.


İndi payız, qışa giririk ... Mən dörd mövsüm baharı yaşadım
səninlə. Çiçək çiçək açdın ürəyimdə. Göy qurşağı zəif qaldı, sənin
rənglərin qarşısında. Təzə bir yarpaq kimi yaşıl idin. Təravətli idin
çəhrayılığınla. Üzərinə qar dənələri düşmüş sarı gül idin. Qırmızı idin bir
atəş kimi. Və mavi idin... Ən çox bu rənglə xatırlamağı sevdim səni. Dənizə
tutqundum, dənizi sənsiz, səni də dənizsiz düşünə bilmədim.

Səni sevərkən dünyanı da sevdim mən, insanları da... Özümə belə dar
gəlirkən, içində hər kəsə yer olan bir həyatın sahibiydim artıq. Ən qızğın,


ən dözümsüz olduğum anlarda belə, səni düşünmək çatdı mənə. İçimdəki
sevinc üzümə əks olundu, güldüm. Məni elə güldürən sənin sevgin idi və
mən qayğısız, içdən gülüşün nə demək olduğunu, necə gözəl bir şey
olduğunu anladım səninlə...

Hər şeyə baxmayaraq sevdim səni. Güclüydüm və aşa bilməyəcəyim heç bir çətinlik
yox idi. Böyük bir şəhərə, böyük bir ölkəyə baş tuta bilərdim. Sən əlimdən
tutduğunda, partlamağa hazır bir vulkan kimi hiss edərdim özümü. Mənzil


sən idin və mən o mənzilə çatmaq üçün önümə çıxan hər şeyi yox edə bilərdim.
Sənə çatmamı maneə törədəcək hər şeyi əridərdim, kül edərdim. Sənə
çatdığımdasa sakit bir gölə çevrilərdim. Və o gölə bir tək sən
girə bilərdin.

Sevdim və pərəstişkardım da... Hər halın çəkdi məni. Duruşunu, yatmanı,
gülməni, hirslənməyini, mat qalmağını, saflığını, hiyləgərliyini, uşaqlığını,
yetkinliyini sevdim. Səsini də sevdim susqunluğunu da.


Kiçik oyunlarını, kaprizlərini, qorxularını sevdim. Səni və o
doyumsuz sevdanı, uçqun sevdanı izah edəcək söz tapa bilmədim çox vaxt.
Sığmadın cümlələrə və heç bir cümlə səni

kifayət qədər təsvir edəcək qədər dərin olmadı.

Səni sevərkən yorulmadım. Çünki sən həyat qaynağı idin. Hər gün yeniləndim.
Səninlə çoxaldım, böyüdüm. Əskik qalan neyim varsa tamamladın.
Ölməyəcəkdim çünki sən ölməzliyin də özü idin.

Sevdim. Sevdim. Sevdim. Sonrası yox...


Geri dön

Inciciceyi

  • 20 iyun 2011 10:07
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Kiçik oyunlarını, kaprizlərini, qorxularını sevdim. Səni və o
doyumsuz sevdanı, uçqun sevdanı izah edəcək söz tapa bilmədim çox vaxt.
Sığmadın cümlələrə və heç bir cümlə səni


twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 19 iyun 2011 18:38
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore twk edirem

--------------------

lema

  • 19 iyun 2011 17:21
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
sevdim sevdim sevdim sonrası yox.. love .twk.....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Bu Menem

  • 19 iyun 2011 15:38
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked

ozlem2010

  • 19 iyun 2011 14:42
  • Məqalə: 0
  • Şərh: 539
  • Bal:
{awards}

Sevdim. Sevdim. Sevdim. Sonrası yox...

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

MiLeyla

  • 19 iyun 2011 14:03
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
THANK YOU fellow

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Musique Sage

  • 19 iyun 2011 12:52
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
adami bele seven ola sonra?

RaminYek

  • 19 iyun 2011 12:40
  • Məqalə: 44
  • Şərh: 568
  • Bal:
{awards}
twk wink

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

single lady

  • 19 iyun 2011 12:28
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
tesekkur.......

tesekkur.......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 41

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 34
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}