Təfəkkür və düşüncə!

 
Təfəkkür və düşüncə!

İmam Sadiq(ə) buyurur: "Təfəkkür və düşüncə yaxşılıqların güzgüsü, pisliklərin örtüyü, qəlblərin nurlandırıcısı, xoşbəxtliyin açarı və qəlbin genişliyidir. Təfəkkür vasitəsilə insan qiyamət gününün xeyrindən, öz işinin aqibətindən xəbərdar olur, elm və biliyi günbəgün artır. Təfəkkür etməkdən yaxşı ibadət yoxdur.»
Peyğəmbər(s) buyurur: "Bir saat təfəkkür, bir illik ibadətdən (əlbəttə, burada söhbət müstəhəb ibadətlərdən gedir) daha fəzilətlidir. Yalnız o kəslər bu məqama yetişərlər ki, Allah-təala onları mərifət və tövhid nuru ilə işıqlandırmışdır."("Üsuli-Kafi" c.11, səh.76, taət və təqva fəsli, hədis: 7)
Təzəkkür (xatırlama) və təfəkkür müxtəlif mərhələlərdə bir-birini izləyir. Gah təzəkkür təfəkkürün başlanğıcı, gah da təfəkkür təzəkkür üçün zəmin yaradır. İnsanın ətrafında baş verən cərəyanlardan yeni məlumatların əldə olunması üçün fikri işə salıb sabitlik və passivlikdən qurtulmaq, durğunluqdan fəaliyyətə keçmək lazımdır. Təfəkkür insanın maddi və mənəvi inkişafının, təkamülünün əsasını təşkil edib, onu başqa məxluqlardan fərqləndirir. Təfəkkür insanı duyğu mərhələsindən düşüncəyə, heyvanlıq dərəcəsindən insanlıq məqamına sövq edir. Təfəkkür insan ruhunun əhatə dairəsini oyadır, onu uca məqamlarda qanad çalmağa həvəsləndirir. Buna görə də Allah-təala möminləri vəsf edərək buyurur:
"O kəslər ki, ayaq üstə olanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması barədə düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!…" («Ali-İmran»-191)
Bu ayədən belə başa düşülür ki, zikr fikirsiz və fikir zikrsiz heç bir fayda verməz. Əgər hər ikisi birgə olsa, insanı heyvanlıq və yırtıcılıq dərəcəsindən ürfan, mərifət zirvəsinə yüksəldər. Ona görə də, əziz qardaş, çalış həmişə Allahı xatırlayasan və eyni halda da təfəkkür edib ruhunu yüksəkliklərdə qanad çalmaq üçün hazır edəsən.
Peyğəmbər(s) buyurur:
«Ağıllı şəxs özü üçün gərək üç vaxt ayırsın: bir qədər Allah-təala ilə münacat, bir qədər özü ilə hesablaşmaq və bir qədər də Allah-təalanın onun barəsində nə edəcəyi haqda düşünmək üçün. Əlavə bir qədər də istirahət və halal ləzzətlərdən bəhrələnmək üçün bunların üstünə artırsın. (Çünki bu mərhələ insana digərlərini yerinə yetirməkdə kömək edir.)("Nəhcül-Bəlağə" (Sübhi Salehi) 45-ci məktub)
Həzrət Əli(ə) buyurur:
"Təfəkkür etməklə qəlbini oyat" ("Nisa" surəsinin, 59-cu ayəsinə işarədir. "Allaha və Peyğəmbərə itaət edənlər, (axirətdə) Allahın nemət verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar")
"Xoş o şəxsin halına ki, qəlbini təfəkkürlə, dilini isə zikrlə məşğul edir"(Müsəlmanların ümumi malı)
"Hər kim öyrəndiyi şey barədə fikirləşsə, elmini möhkəmlədib qabaqca başa düşmədiklərini anlayar".(Bu barədə Hz. Əlinin (ə) Bəsrə valisi Osman ibn Hüneyfə yazdığı məktub daha çox diqqəti cəlb edir. "Ey Hüneyfin oğlu! Mənə xəbər verildi ki, Bəsrə dövlətlərindən bir nəfəs səni qonaqlığa dəvət etmiş və sən də bu qonaqlığanı qəbul edib yabanmadan qonaqlığa getmisən. Müxtəlif yeməklər böyük qablarda bir-birinin ardınca sənin qarşına qoyulmuşdur. Mən güman etməzdim ki, sən yoxsullara laqeyd olun dövlətlərin çağırıldığı belə bir cəmiyyətin dəvətini qəbul edəsən. Yediyin yeməyə fikir ver.(Bax gör, halaldırmı ya yox?) Bu zaman halallığına şübhə etdiyin yeməyi yeme, paklıq və halallığına yəqinin olsa yeməkdən çəkinmə. Bil ki, sizin imanınızbu dünyada yalnız köhnə paltarla, yeməklərdən də vur-tut iki ədəd çörəklə kifayətlənmişdir. Əlbəttə, siz belə ola bilməzsiniz, lakin mənə təqva, səf, iffət və, paklıq və doğru yolla kömək edin"
İmam Sadiq(ə) buyurur:
"Təfəkkür insanı yaxşılıq və saleh əməllərə dəvət edir".(Təbərsi yazır:" Bütün günahlar Allah qanunlarına itaət etməmək sayıldığından böyükdür. Günahların böyük və kiçik olması onlar arasındakı fərqlərinə görədir. Bu bizim imamiyyədə olan əqidə məsələlərindəndir" ("Məcməül-Bəyan" c.lll, səh.38)
"Əbuzərin ibadətinin çoxu təfəkkür etmək və hadisələrdən ibrət almaq idi."("Üsuli-kafi" c.11, səh. 79, "Fiqh" fəsli, hədis 4)
İmam Riza(ə) buyurur: "İbadət o demək deyil ki, çoxlu namaz qılıb, oruc tutasan. İbadət Allahın işləri barədə düşünməkdir."("Nəhcül-Bəlağə" (Sübhi Salehi) hikmət: 477)
Deyilənlərdən məqsəd budur ki həqiqi ibadət Allah, onun işləri və iradəsi haqda olan təfəkkürdür. Başqa bir ifadə ilə desək, ibadət odur ki, hər bir şey Allahın məxluqu, iradəsinin məzhəri, sifət və adlarının təcəllisi olduğundan insanın diqqət mərkəzində durmalıdır. Bu cür düşüncə həqiqi pərəstiş olub ibadətin vücuduna can verir.


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:49
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Inciciceyi

  • 20 iyun 2011 09:32
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

KriMiNaLkA

  • 19 iyun 2011 21:28
  • Məqalə: 9
  • Şərh: 197
  • Bal:
{awards}
haminiz cooox saqolun.. smile

R.M_FaNaTka

  • 19 iyun 2011 18:31
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ALLAh razi olsun

--------------------

ASMIYA

  • 19 iyun 2011 15:32
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
M I N N E T D A R A M. OXUDUM ELBETTE KI, COX GOZELDIR. ALLAHIM HER KESDEN RAZI OLSUN.

--------------------


lema

  • 19 iyun 2011 14:58
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Twk.ümumiyyetle dini mövzular haqqında çox oxuduğum üçün azda olsa hamısından melumatım var.bu xeberdede yeni şeyler öyrendim.Alla razı olsun!

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Musique Sage

  • 19 iyun 2011 14:28
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
maraqlidir yaxsi ki bilkliyem cehennemden azda olsa qurtuluram

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 56

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}