Qızıl balıq

 
Qızıl balıq

Atasının günü-gündən arıqlaması, əldən düşməsi onu cox narahat edirdi. Gözünün ağı-qarası olan atasını itirməkdən qorxurdu. Yaşlı adam onun yalnız atası deyildi, onlar həm də yaxın dost və sirdaş idilər. Həmişə bir-birilərinə dayaq olmuşdular, yaxşı-pis günlərini birlikdə kecirmişdilər. Anası vəfat etdikdən sonra yaşlı atasına o baxırdı. Evlənməyi ağlından belə kecirmirdi. Qorxurdu ki, evlənəcəyi qadın atasına xidmət etməsin, onun qulluğunda dayanmasın və atası da bundan məyus olsun.

Dənizin ortasında balaca, ancaq cox gözəl və mənzərəli bir adada yaşayırdılar. Hər şeyləri var idi: dalğaların gətirdiyi odun qırıntılarını yandıraraq isinir, dənizdən tutduqları balığı bişirib yeyir, balaca daxmalarının həyətində saxladıqları toyuqların yumurtaları, qoyunların südü ilə dolanırdılar. Ona görə də süfrələrindən hec vaxt süd, balıq, ət, yumurta, yağ əskik olmurdu. Adadakı bütün ağaclar, güllər, cicəklər, təpələr onların bağları idi. Birlikdə cox xoşbəxt həyat kecirirdilər.

Atasının vəziyyəti yaxşı olanda bağcanın işləri ilə məşğul olurdu. Meyvə, tərəvəz yetişdirirdi. Yemək bişirmək, paltar yumaq kimi işlərlə isə anası öləndən bəri o özü məşğul olurdu. Bir də ki, balığı o özü tuturdu, atası yaşlandığı üçün onu dənizə buraxmırdı. Coxdan bəri istifadə etdikləri kürəkli qayıq artıq cürüdüyü ücün umidləri köhnə bir tilova qalmışdı. Atasının ən cox xoşladığı balıq qızıl balıq idi. Ona görə də tilova qızıl balıq düşəndə evdə bayram olurdu. Baxmayaraq ki, atası mədəsinin qulu deyildi, ancaq yenə də süfrədə qızıl balıq olanda sevincini saxlaya bilmirdi, “Bu balıq cənnətdən gəlib”, - deyirdi...

Xəstəliyi artdıqca yeməkden iştahası da kəsilirdi. İki qaşıq şorbanı cox cətinliklə icirdi. Günlərin birinde yaşlı adam ağzından bir söz qacırdı: qızıl balıq. Oğul bu sözü eşidən kimi hövlnak ayağa qalxdı. Atası bu balığı yesə, az da olsa sağalar, özünü yaxşı hiss edər deyə düşündü. Əlini tilova atdı və dənizə üz tutdu...


Qızıl balıq


Sabahdan bəri tilova hec nə düşməmişdi. Axşam yaxınlaşdıqca evə əliboş qayıtmaq qorxusu onu titrətməyə başlamışdı. Axı atası bu qoca vaxtında ondan bir balıq istəmişdi! Bu arzunu yerinə yetirməsəydi, özünü bağışlamayacaqdı. “Ya Rəbb”, - deyə əllərini göyə acdı: “İndiyə qədər atamın bütün istəklərini yerinə yetirdim. O, indi məndən balıq istəyir. Mən dənizə hökm edə bilmərəm. Atamın istədiyi şey, əlbəttə ki, sənin xəzinəndə var”.

Dənizdə ani bir yırğalanma oldu. Dalğaların ləpələndikcə qağayılar dənizə baş vurmağa başladılar. Bu, sahilə doğru balıq axınının olduğuna işarə idi. Oğul xeyli ürəkləndi. Gözünü tilovdan cəkmirdi. Ancaq tilov tərpənmirdi...

Günəş batdı, oğul kor-peşman geri qayıtdı. Daxmaya yaxınlaşmağa az qalmış otların üzərində nəyinsə tərpəndiyini hiss etdi. Əyildi. Yerdə kicik bir qızıl balıq var idi. Yeqin ki, dünyada ən cox sevindiyi an bu idi. Duaları qəbul olmuşdu. Dodaqlarından şükür tökülürdü. Gözlərini yuxarı dikdi. Balıq səmadakı qağayıların ağzından düşmüşdü. Göz yaşlarını saxlaya bilmirdi...

Qızıl balığı evə gətirdi. Atası yuxudan yenicə oyanmışdı: “Oğlum, yuxuda yenə ananı gordum. Həmişəki kimi, bu dəfə də Cənnətdə idi. Mənim üçün yemək bişirirdi”. Oğul əlindəki balığı müqəddəs əmanət kimi tavaya qoyarkən: “Anamın secdiyi yemək qızıl balıq idi hər halda. Onu qızartmaq üçün mənə göndərdi”, - pıcıldadı.


Qızıl balıq


Geri dön

nice_angel

  • 22 iyul 2011 21:23
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
tewekkurler....
♫♫ ♫ ♪ ♫ ♫ ♪ ♪ ♪♪♪

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

::..ONSLAUGHT::..

  • 5 aprel 2011 20:03
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 10 mart 2011 18:45
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekkur edirem coooox sagolun

--------------------

nilayka

  • 17 fevral 2011 23:55
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Tesekkurler. Maraqli idi.

--------------------

Just For Legend

  • 5 dekabr 2010 15:06
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnattaram

--------------------

fbq

  • 23 noyabr 2010 19:12
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
yaxsidi
yaxsidi

_Unal_

  • 20 avqust 2010 20:44
  • Məqalə: 64
  • Şərh: 251
  • Bal:
{awards}
Zolusqa xanim xeberiniz cox gozeldi,elleriniz var olsun

--------------------

Ulya

  • 20 avqust 2010 19:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox maraqli hekaye idi,tesekkur baciw

MuslimGirl

  • 20 avqust 2010 18:39
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler. Maraqli idi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}