Gedən sənin cismin oldu

 
Gedən sənin cismin oldu

Gedən sənin cismin oldu, Sevgilim. Hər şeyi buraxıb getdin…Bir gedişlə getdin…Məni tərk etdin. Məhv elədin həyatımı, yaşayan canımı, sevən qəlbimi.Düşüncələrimi,xəyallarımı param-parça elədin.Son gedişin çixmaz yadımdan heç zaman…Hər zaman məni həyata, yaşamağa ruhlandıran sözlər çıxan o dodaqlardan son dəfə ayrılıq kəliməsi çıxdı. Buna inanmadım. Ağlıma gəlməzdi ki, bunu sən deyə bilərsən. Həyatımı alt-üst edəcək o bir kəliməni demək üçün bu qədər cəsartəli olacağını düşünməzdim. Sən bunu bacardın.Və getdin. Arxana,arxada gözü yaşlı buraxdığına baxmadan getdin.
Gedərkən düşündün ki, hər şeyini alıbmı gedəcəksən?Düşünmədinmi...Düşünmədinmi yaşadığlarımızı, mənə yaşatdığlarını, bir birimizə yaşatdığlarımızı alıb gedə bilməyəcəyini? Düşünmədinmi o anları,o görüşləri,xatirələri alıb getmənin mümkünsüzlüyünü? İlk görüşdəki məsum baxışları,utancaq davranışları və o andakı həzin-həzin yağan yağışları alıb gedəcəyinimi düşündün? Bütün bunlar mənə qaldi. Sən getdin. Mənə yalnızlığı, həsrəti, hicrani, göz yaşlarını buraxdın. Mən tək qalmadim. Qaranlıq gecələr,göy üzündəki ulduzlar,aylı gecələr, dərin düşüncələr mənim sirdaşım oldu. Sən getdin. Gedən sənin cismin oldu.
Sevgin, həyatımda buraxdığın izlərin, məni dünyanın ən xoşbəxti edən o anlar mənimlə qaldı.Son görüşdəki "Son görüş" sözü…O sözdən sonra sənin getməyin canlanır gözümdə. Məndən uzaqlaşdıqca ayaq səslərini sanki döyünən ürəyim sayırdı…Sən getdin…Cismin görünməz olanda üfüqlərdə…Xəyalın canlanmağa başladı mənim gözümdə. O andan anladım ki, sən hər zaman gözümün önündə olacaqsan.Unuda bilməyəcəm səni. Hara baxdımsa, nə düşündümsə səni gördüm. Hər şeyin mənimlə qaldı…Gedən sənin cismin oldu…
Kimə söyləyim bu dərdimi? Kim anlayar ki məni? Gecələr bəzən göy üzündə parıldayan ulduzlarla bölüşürəm dərdimi…Bəlkə onlar anlayar deyə. Təsəllimi onlarda tapıram. Biz bu ulduzlu gecələri çox sevərdik. Bu gecələrdə sevgimizi anlatmaqdan doymazdıq.
Canım, gözum, sevgilim, bircəciyim, həyatım, varlığımın mənası,hər şeyim…Bu sözlər indi necə də mənə yaddır…Dilimizdən düşməyən bu sözləri yadlaşdırdın mənə…Bir xatirə olaraq
yaşayacaqsan qəlbimdə. Əsib keçən bir külək kimi, ürək titrədən həzim musiqi kimi xatırlayacam səni…Get…Getməyə nə var ki ?...Çətin olan gedənin arxasınca həsrətlə baxmaqdı…Get… Get ey vəfalı vəfasızım mənim…Çünki bu dəfə də mən gedirəm.Sən bir tək cisminlə getdin.Mən isə bir daha geri dönməyəcək şəkildə hər şeyimlə gedirəm…


Geri dön

Inciciceyi

  • 20 iyun 2011 09:10
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lema

  • 19 iyun 2011 16:59
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
teşekkürrrr..........

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Musique Sage

  • 19 iyun 2011 16:41
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
maraqlidir tws

Bu Menem

  • 19 iyun 2011 15:41
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

barbie doll

  • 19 iyun 2011 15:39
  • Məqalə: 1
  • Şərh: 354
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrr

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥sen PIYONSUN ben sah sen kaybedersen en fazla 2 puan gider,SEN BENI KAYBEDERSEN OYUN BITER!♥♥♥♥♥♥♥♥♥♥♥

rusalka

  • 19 iyun 2011 15:31
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Tewkkurler cox xosum geldi. Ehhhhhh heyat. Olum yasamin sonu oldgu kimi, Ayriliq da sevginlerin sonudu. Cox teessuf istemesen de yasanir her ikisi de. Acisi ise anlatilmazdi.

--------------------
HƏR İNSANIN AYNALARA GÖSTƏRMƏDİYİ BİR ÜZÜ VE HEC KİMƏ SOYLEMEDİYİ BİR HÜZNÜ VARDIR.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}