Saralıb ömrümün gülü-çiçəyi
Mənimdi dünyanın GÖZƏL-GÖYÇƏYİ
Romanın həyatı canı ürəyi
Tərk edib cahanı ağla a DÜNYA
Çiçəklər görmədi ilk baharını
Bağbanlar dərmədi ilk nübarını
Zalım fələk məndən aldı yarımı
Bax gör bu fəqanı ağla a DÜNYA
Bu bahar ömrümü eylədin xəzan
Hüsnünə min cürə şerlər qoşan
Səninlə sevinən sənlə ağlayan
İtirib yarını ağla a DÜNYA
Deyəsən həyatım çatacaq sona
Qoyma gülümüzə yad bülbüllər qona
Mələklər görsənin deyin siz ONA
Gəlibdir son anı ağla a DÜNYA
Halıma yas tutub göydə buludlar
Yay Payız Qış Bahar mənimlə ağlar
Dərdimi bölməyə gəlibdi dağlar
Silmə göz yaşını ağla a DÜNYA
Halımı eşidib ellər ağlasın
Çiçəklər ağlasın güllər ağlasın
Bu acı dəhşətə gözlər ağlasın
Ağlatdın ROMAnı ağla a DÜNYA
Dünya da ağlayır mənimlə birgə
Mənimdi dünyanın GÖZƏL-GÖYÇƏYİ
Romanın həyatı canı ürəyi
Tərk edib cahanı ağla a DÜNYA
Çiçəklər görmədi ilk baharını
Bağbanlar dərmədi ilk nübarını
Zalım fələk məndən aldı yarımı
Bax gör bu fəqanı ağla a DÜNYA
Bu bahar ömrümü eylədin xəzan
Hüsnünə min cürə şerlər qoşan
Səninlə sevinən sənlə ağlayan
İtirib yarını ağla a DÜNYA
Deyəsən həyatım çatacaq sona
Qoyma gülümüzə yad bülbüllər qona
Mələklər görsənin deyin siz ONA
Gəlibdir son anı ağla a DÜNYA
Halıma yas tutub göydə buludlar
Yay Payız Qış Bahar mənimlə ağlar
Dərdimi bölməyə gəlibdi dağlar
Silmə göz yaşını ağla a DÜNYA
Halımı eşidib ellər ağlasın
Çiçəklər ağlasın güllər ağlasın
Bu acı dəhşətə gözlər ağlasın
Ağlatdın ROMAnı ağla a DÜNYA
Dünya da ağlayır mənimlə birgə